Modern.az

Goranboyda Heydər Əliyev adına park genişləndirilir

Goranboyda Heydər Əliyev adına park genişləndirilir

12 İyun 2019, 11:59

Goranboy icra başçısı Məhərrəm Quliyev Heydər Əliyev adına mədəniyyət və istirahət parkında genişləndirmə və yenidənqurma işlərinə baxış keçirdi.

 

 

İcra başçısı Məhərrəm Quliyev iyunun 12-də Heydər Əliyev adına mədəniyyət və istirahət parkında genişləndirmə və yenidənqurma işlərinə baxış keçirdi.

 

İcra başçısına, parkın ərazisində  görülmüş işlərlə bağlı  məlumat verildi. Bildirildi ki, işıqlanma-suvarma sistemlərinin qurulması başa çatdırılmış, 3500 kv.metrdən çox əraziyə  tomet düzülmüş, yeni elektrik dirəkləri quraşdırılmışdır.

 

Məhərrəm Quliyev park ərazisində abadlıq və yaşıllaşdırma işlərinin sürətləndirilməsi ilə bağlı öz tapşırıq və tövsiyyələrini verdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir