Modern.az

Uşaqları işlədən sahibkarlar cərimələnib

Uşaqları işlədən sahibkarlar cərimələnib

Aktual

12 İyun 2019, 12:01

“2019-cu ilin 5 ayı ərzində Dövlət Əmək Müfəttişliyi Xidməti uşaqları əməyə cəlb edən 3 işəgötürəni cərimələyib".

Modern.az xəbər ki, bunu jurnalistlərə açıqlamasında 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Araz Bayramzadə bildirib.

A.Bayramzadə bildirib ki, uşaq əməyindən sui-istifadə halları ən çox avto-yuma məntəqələrində, ictimai nəqliyyatda və şadlıq evlərində rast gəlinir:

"Sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması ilə əlaqədar müəssisələrə gedə bilmirik, sadəcə bizə vətəndaşlar tərəfindən daxil olan şikayət ərizələri və digər dövlət orqanlarından daxil olan materiallar əsasında araşdırma apara bilirik”.

Onun sözlrinə görə, qanunvericiliyin uşaq əməyindən istifadəyə icazə verdiyi hallar var:

“Məcəllənin tələbi var, valideynin razılığı ilə olan məqamlar var. Yəni 15 yaşından 18 yaşına qədər olan uşaqlar valideynlırin yazılı razılığı ilə işləyə bilərlər. Ancaq DƏMX tərəfindən il ərzində maarifləndirmə xarakterli tədbirlər olur. Daxil olan müraciətlərin araşdırılmasında bir neçə hallarda uşaq əməyinin istismarı ilə bağlı daxil olan faktlara görə İnzibati qaydada tədbirlər görülür, cəza tədbirləri aparılır. Məqsədimiz sadəcə cəza vermək deyil, o cəzaya qədər olan maarifləndirmə ilə bu cəzaların qarşısını almaqdır".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü