Modern.az

Xanım icra başçısı “Son zəng”də məzunların köynəyini YAZDI – FOTO

Xanım icra başçısı “Son zəng”də məzunların köynəyini YAZDI – FOTO

Təhsil

15 İyun 2019, 00:35

Bu il respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 80514 nəfər şagird bitirir. Bunlardan 19786 nəfər şagird Bakıda məzun olub.

İyunun 14-də Abşeron rayonundakı məktəblərdə keçirilən “Son zəng” tədbirlərinin bəzilərinə İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova da qatılıb.

Modern.az-ın məlumatına görə, İradə Gülməmmədova, Xırdalan şəhərindəki 1, 2, 5 və 9 saylı tam orta məktəblərdə keçirilən “Son zəng” tədbirlərində iştirak edib.

Şagird və müəllim kollektivləri ilə xatirə fotoları çəkdirən xanım icra başçısının məzunlarla səmimi davranışı diqqət çəkib.

Belə ki, İradə Gülməmmədova 11-ci sinfi bitirən məzunların köynəyinə ürək sözlərini yazmaqla ətrafdakıların marağına səbəb olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür