Modern.az

Krımda azərbaycanlı pula görə qətlə yetirildi - VİDEO

Krımda azərbaycanlı pula görə qətlə yetirildi - VİDEO

16 İyun 2019, 21:08

Krım Muxtar Respublikasının Simferopol şəhərində azərbaycanlılar arasında qanlı insident baş verib.

Modern.az xəbər verir ki, Kirov vilayətində "Azərbaycan" Fondunun prezidenti Elnur Hüseynovun "Report"un Rusiya bürosuna verdiyi məlumata görə, hadisə zamanı əslən Azərbaycanın Kəlbəcər rayonundan olan İlqar adlı şəxs yerində keçinib. Ağsu rayon sakini Həmzə adlı şəxs isə xəstəxanaya yerləşdirilib.

 

Hadisədən sonra hüquq-mühafizə orqanları tərəfindən ilk öncə 68 nəfər saxlanılsa da, onlardan 53 nəfəri sonradan buraxılıb, 15 nəfər isə nəzarətə götürülüb. Cinayət işi davam edir.

 

Hadisənin pul üstündə baş verdiyi bildirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi