Arxiv
18 İyun 2019, 10:29 | QARABAĞ
Zakir Həsənov:Mənim əsas vəzifəm ordunu müharibəyə hazır saxlamaqdır

2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu darmadağın etdi.

Modern.az Trend-ə istinadən xəbər verir ki, bunu Müdafiə naziri Zakir Həsənov bu gün keçirilən mətbuat konfransında deyib.

Z.Həsənov bildirib ki, ermənilər əlacsız vəziyyətdə qalaraq hətta qocaları səfərbər edib cəbhəyə göndərdilər, ancaq onlar da gəlib çıxa bilmədilər.

Nazir qeyd edib ki, Azərbaycan Ordusunda həyata keçirilən islahatlar uğurla davam edir:

“Bütün əsas istiqamətlərdə ordu inkişaf edir. Bunu beynəlxalq qurumlar da təsdiq edir. İslahatların əsas istiqaməti ordunu yeni müasir silah-texnika ilə təmin etmək, döyüş qabiliyyətini yüksəltmək, infrastrukturu inkişaf etdirmək və s-dir. Biz tez-tez irimiqyaslı təlimlər keçiririk. Müasir təlim mərkəzlərimiz var. Bizim təlimlərimiz müasir, döyüş vəziyyətinə maksimal yaxın vəziyyətdə keçirilir. Getdikcə təlimlərə daha böyük hissə və birləşmələri cəlb edirik”.

Z.Həsənovun sözlərinə görə, ordunun döyüş qabiliyyətinin, təcrübəsinin artırılmasında Türkiyə Silahlı qüvvələrinin rolu böyükdür: “Biz Türkiyə ordusunun təcrübəsindən istifadə edirik. Biz Türkiyə Silahlı qüvvələri ilə birgə təlimlər keçirilib. Əgər 2018-ci ildə biz birgə 8 təlim keçirmişdiksə, bu il təlimlərin sayı 13-ə çatdırılacaq”.

Nazir əlavə edib ki, cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən sosial baxımdan orduya böyük diqqət ayrılır:

"Bizim ordunun zabitlərinin əksəriyyəti daim ön xətdədir. Onların ailələri yaxın kəndlərdə kirayədə qalırlar. Biz Prezidentə müraciət etdik və dövlət başçısı buna reaksiya verdi və zabitlər üçün verilən kirayə pulları artırıldı. Bu qərar orduda yüksək qiymətləndirildi".

Z.Həsənov vurğulayıb ki, Müdafiə nazirinin əsas vəzifəsi ordunu daim yüksək döyüş vəziyyətində və müharibəyə hazır saxlamaqdır: "Bizim də vəzifəmiz Ali Baş Komandanın tapşırığına əsasən, qanun çərçivəsində ordunu daim yüksək döyüş vəziyyətində saxlamaqdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Azərbaycanda ingilis dili müəllimlərinin dörddə bir hissəsinin ali təhsili yoxdur” 23 Sentyabr 2019, 15:42 50 yaşlı Müşfiq Əmirov: “Gələcəkdən qorxma, onsuz da gələcək” 23 Sentyabr 2019, 15:38 Sürücülər dizel yanacağından narazıdır: “Malımız da gedir, pulumuz da” 23 Sentyabr 2019, 15:31 Bu günədək sahələrdən 28 min 226 ton şəkər çuğunduru yığılıb 23 Sentyabr 2019, 15:17 Milli qəhrəmanın xatirəsinə həsr olunmuş yarışa yekun vurulub - FOTOLAR 23 Sentyabr 2019, 14:49 “Kənddən Şəhərə” məhsulları “World Food Moscow” Beynəlxalq Qida Sərgisində 23 Sentyabr 2019, 14:49 BQXK vurulan Azərbaycan hərbçisi ilə bağlı danışıqlar aparır 23 Sentyabr 2019, 14:47 10 yaşlı Anjelina ilk dəfə məktəbə getdi - FOTO 23 Sentyabr 2019, 14:39 Gəncədə piyadanı vurub qaçan sürücü tutuldu 23 Sentyabr 2019, 14:32 Əlilliyi olan şəxslərin Mərkəzləşdirilmiş Elektron İnformasiya Bazası yaradılır 23 Sentyabr 2019, 14:23 DİM: Özəl ali məktəblərə qəbul olunanlar, əsasən, dövlət məktəblərinə daxil ola bilməyənlərdir 23 Sentyabr 2019, 14:03 Milli Məclisin payız sessiyasının gündəliyi bəlli oldu 23 Sentyabr 2019, 14:02 Əhliman Əmiraslanov: “Adlarını psixoloq qoyub ekstrasenslik, falçılıq  edirdilər” - MÜSAHİBƏ 23 Sentyabr 2019, 13:56 Sürücülərin nəzərinə: Texniki baxışa görə rüsum artırılır 23 Sentyabr 2019, 13:51 Nazirlik: Sahələrdən 28 min 226 ton şəkər çuğunduru yığılıb   23 Sentyabr 2019, 12:59 Sabahın hava PROQNOZU açıqlandı 23 Sentyabr 2019, 12:57 Sərhəd zastavasına silahlı hücum olub - Baş leytenant bıçaqlandı - FOTOLAR 23 Sentyabr 2019, 12:53 Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olunub 23 Sentyabr 2019, 12:39 Bakıda sərnişin avtobusu qəzaya düşdü - FOTO 23 Sentyabr 2019, 12:35 “Keşikçidağ”da “Avropa İrs günləri” keçirilib 23 Sentyabr 2019, 12:32 Nuşirəvan Məhərrəmov kabel TV operatorlarının işindən narahatdı 23 Sentyabr 2019, 12:25 Ekspertlərdən parlamentə və hökumətə distant təhsillə bağlı ÇAĞIRIŞ 23 Sentyabr 2019, 12:17 Azərbaycanda payız başladı 23 Sentyabr 2019, 12:14 Sosial şəbəkələrdə narkotiki təbliğ edən şəxs həbs edildi 23 Sentyabr 2019, 12:03 Milli Məclisdə abortlarla bağlı fikir ayrılığı yarandı - Cinsiyyəti təyin etməyə icazə verilsin, verilməsin?.. 23 Sentyabr 2019, 12:02 Naqif Həmzəyev gənc partiya fəalları ilə görüşüb - FOTO 23 Sentyabr 2019, 11:54 Sabiq xarici işlər naziri: “Azərbaycan Ermənistanla bu görüşə getməməliydi” 23 Sentyabr 2019, 11:49 Bir əsgərimiz də şəhid oldu 23 Sentyabr 2019, 11:32 Avtobus sürücülərinin hər kəsi Hikmət adı ilə hədələdiyi “Avtobus Hikmət” kimdir? - Cavab gözləyirik 23 Sentyabr 2019, 11:24 Əcnəbi sözlər dilimizi “intihar”a sürükləyir 23 Sentyabr 2019, 11:10 370 İngilis dili müəllimi təlimlərə cəlb olunacaq 23 Sentyabr 2019, 11:04 ADU-da Çin “Zhongjujie” bayramı qeyd olunub 23 Sentyabr 2019, 10:49 Nəsimi festivalı zamanı dahi şairə həsr olunan xalça sərgisi açılacaq - FOTOLAR 23 Sentyabr 2019, 10:46 Los Anceles Paşinyanı belə “qarşıladı” - FOTO+VİDEO 23 Sentyabr 2019, 10:37 “Papanin”də yollar 7 ildən sonra açıldı - FOTOLAR 23 Sentyabr 2019, 10:36