Modern.az

Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırıldı

Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırıldı

19 İyun 2019, 16:46

Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.


Modern.az xəbər verir ki, mərasimdə Təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri, bir sıra dövlət qurumlarının, təhsil müəssisələrinin və media orqanlarının rəhbərləri, tanınmış ziyalılar, təhsil ekspertləri, münsiflər heyətinin üzvləri iştirak ediblər.

Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev Respublika fənn olimpiadaları nəticələrinin analitik təhlilinə dair təqdimatla çıxış edib. Bildirib ki, fənn olimpiadalarına maraq ildən-ilə artır.

Onun sözlərinə görə, 2018-2019-cu tədris ilində olimpiadaya 30 000-dən çox şagird qatılıb. Olimpiadaların nəticələrinə görə, 49 nəfər qızıl, 94 nəfər gümüş, 156 nəfər bürünc olmaqla ümumilikdə 299 nəfər qalib elan edilib. Hər fənn üzrə ən yüksək nəticə göstərən şagirdlər “Birincilərin birincisi” nominasiyasına layiq görülüb.

Qalibləri təbrik edən Təhsil naziri Ceyhun Bayramov son illərdə olimpiadalar və istedadlı uşaqlarla iş sahəsində həyata keçirilən tədbirlərdən söz açıb. Təhsil naziri bildirib ki, bu sahədə islahatlara 2014-cü ildən başlanılıb və qısa müddətdə istedadlı uşaqların aşkara çıxarılması üçün bir sıra sistemli işlər görülüb.

Mərasim olimpiada qaliblərinin mükafatlandırması ilə davam edib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi