Modern.az

Əkrəm İmamoğlu İstanbul meri olacağına ümidlidir  

Əkrəm İmamoğlu İstanbul meri olacağına ümidlidir  

23 İyun 2019, 14:00

Bu gün Türkiyədə təkrar İstanbul bələdiyyəsinə mer seçkisi keçirilir.

 

Modern.az saytı CHP namizədi Əkrəm İmamoğlunun köməkçisi ilə əlaqə saxlamağa çalışıb.

 

Əkrəm İmamoğlunun köməkçisi qısa olaraq saytımıza açıqlamasında ümidli olduqlarını bildirib:

 

“Bu gün təkrar mer uğrunda seçki keçirilir. Əlbəttə, ümidliyik. İstanbul bələdiyyə başqanlığını qazanacağımıza heç bir problem yoxdur”.

 

Məlumat üçün bildirək ki, İstanbulda bələdiyyə başqanı postu uğrunda  iki namizəd mübarizə aparır. Hakim AKP namizədi Binali Yıldırımının əsas rəqibi  CHP namizədi Əkrəm İmamoğludur.


Qeyd edək ki, 31 martda keçirilən seçkilərdə CHP-nin namizədi Əkrəm İmamoğlu 13 min səs fərqi isə AKP-nin namizədi Binali Yıldırımı üstələyərək İstanbul meri seçilmişdi. Amma Türkiyənin seçki qurumu (YSK) səsverməni etibarsız sayaraq seçkinin nəticələrini ləğv etdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu