Modern.az

Saakaşvilinin partiyası seçkilərə buraxılmadı, səbəbi AÇIQLANDI

Saakaşvilinin partiyası seçkilərə buraxılmadı, səbəbi AÇIQLANDI

Dünya

24 İyun 2019, 11:07

Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili partiyasının (Yeni Qüvvələr Ruxu) seçkilərinə qatılmamasına etiraz edib.

 

Modern.az xəbər verir ki, o bu barədə “Facebook”da  yazıb. Saakaşvili bu işdə prezident Pyotr Poroşenkonu ittiham edib.

“Partiyamızın qeydiyyatdan keçməməsində Poroşenko hökumətinin təqsiri var. Buna baxmayaraq, partiyamız qalib gələcək çünki xalqın dəyişikliklərə ehtiyacı var”-deyə Saakaşvili yazıb.

 

Xatırladaq ki, Ukrayna Mərkəzi Seçki Komissiyası Mixail Saakaşvilinin rəhbərlik etdiyi partiyanın növbədənkənar qurultayının qayda pozuntusu ilə keçirildiyinə görə seçki qeydiyyatına almayıb.

 

 

 

  

Sizə yeni x var
Keçid et
Mehdiyevin gizli əlaqələri - Xəyanət haradan başladı?