Modern.az

Deputatın toxunulmazlığı ləğv edilib - Parlament onun həbsinə razılıq verib

Deputatın toxunulmazlığı ləğv edilib - Parlament onun həbsinə razılıq verib

27 İyun 2019, 09:21

Gürcüstan parlamenti ötən həftənin zorakı etiraz aksiyalarının ardınca müxalif millət vəkillərindən birinin toxunulmazlığını ləğv edib və onun həbsinə razılıq verib.

Gürcüstan Baş Prokurorluğu iyunun 25-də keçmiş prezident Mixail  Saakaşvilinin Vahid Milli Hərəkat partıyasından millət vəkili Nika Meliaya qarşı rəsmi ittiham irəli sürüb. O iyunun 20-də iğtişaş qızışdırmaqda ittiham edilir.

Modern.az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, Melia iyunun 26-da onun toxunulmazlığına dair parlament səsverməsindən sonra deputat həmkarları barədə deyib:

“Biz bu adamlara qarşı vuruşmamalıyıq, onları xilas etməliyik, çünki onlar məhbusdurlar. Çoxluq bunu istəmirdi, lakin öz iradəsinin əksinə getdi”.

Parlament Melianın toxunulmazlığının ləğvinə yekdilliklə səs verib, amma müxalif millət vəkilləri səsverməni boykot ediblər.

Melia özünə qarşı ittihamları “absurd” adlandırıb, müxalifət partiyaları isə iyunun 25-də yaydıqları bəyanatda bu hərəkəti “siyasi təqib” kimi pisləyiblər.

Melia bu ittihamlar üzrə təqsirli bilinərsə, onu 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

Gürcüstan paytaxtında minlərlə insan iyunun 25-dək altı gün ərzində etiraz aksiyaları keçirib.

Onların tələbləri arasında daxili işlər naziri Giorgi Gakharianın istefası da vardı. Nazir etirazçılara qarşı aşırı zordan istifadədə günahlandırılırdı.

Nümayişçilər habelə Melianı gözləyən mühakiməyə etiraz bildiriblər.

Etirazçılar əvvəlcə, iyunun 20-də parlamentin qarşısına yığışmış və binaya daxil olmağa cəhd göstərmişdilər.

Polis və etirazçılar arasında zorakı toqquşmalar zamanı yüzlərlə etirazçı həbs edilmişdi.

Etirazlara Rusiyadan olan bir millət vəkilinin Gürcüstan parlamentində keçirilən forumda spikerin kürsüsündə oturması səbəb olmuşdu.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir