Modern.az

“Bahar xanımın müdafiəyə ehtiyacı yoxdur” - Tağı Türk

“Bahar xanımın müdafiəyə ehtiyacı yoxdur” - Tağı Türk

Təhsil

1 İyul 2019, 13:27

“Bahar xanımın müdafiəyə ehtiyacı yoxdur. Amma bəzən şər, böhtan, yanlış məlumatların yayılmasına səssiz qalmaq olmur”.


Bunu Modern.az-a gənc yazar Tağı Türk Milli Məclisin vitse-spikeri Bahar Muradovanın şəhid ailəsinin mənzilinə ayaqqabı ilə daxil olmasına dair iddialara münasibət bildirərkən deyib.


Onun sözlərinə görə, bu yalan, böhtan xarakterli məlumatın yayılması bilərəkdən edilir:


“Bahar xanım bu ilin martında tənha və köməksiz yaşayan qadınlara növbəti dəfə baş çəkərkən çəkilmiş həmin şəkli özünün Facebook hesabından “Sevincdən ağlamagın kədəri !!!” başlığı ilə yayıb. Görüntülərdən də hiss olunur ki, Bahar xanımın gəlişindən "şəhid anası" adlandırılan həmin xanım məmnundur. Belə olan halda, bu şəkli indi yenidən paylaşaraq, yanlış ifadələrlə başlıq qoyulması kimlərin marağına xidmət edir? Bahar xanım köklü nəslin nümayəndəsidir, qohum-əqrabasında vətən uğurunda döyüşmüş, şəhid olmuş onlarla insan var. Belə bir addım atmış olsaydı, ən azı həmin şəhidlərin ruhuna hörmətsizlik etmiş olardı. Özünü vətənpərvər kimi göstərib, yalan və böhtan atanlar anlamalıdırlar ki, elə onların özləri şəhid adından yanlış istifadə etdikləri üçün onların müqəddəs ruhlarını incitmiş olurlar” 


Qeyd edək ki, Milli Məclisin vitse-spikeri Bahar Muradovanın sosial şəbəkələrdə şəhid anasının mənzilinə ayaqqabı ilə girməsi iddia olunurdu.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir