Arxiv
2 İyul 2019, 08:19 | TƏHSİL
Məktəbli formalarında hansı yenilik edilir? - Bakı Tikiş Evindən AÇIQLAMA

Təhsil naziri Ceyhun Bayramov “Ümumi təhsil haqqında” Qanuna müvafiq olaraq, bir neçə çeşiddə məktəbli formasının hazırlanacağını bildirib. Nazir deyib ki, həmin formaların çeşidləri təsdiqləndikdən sonra məktəblər onların əsasında seçim həyata keçirəcək.

Maraqlıdır, yeni məktəbli formalarının hazırlanması nə vaxta nəzərdə tutulub? Bununla bağlı hansı işlər görülür?


Bakı Tikiş Evinin (BTE) Satış şöbəsinin müdiri Etibar Əzimov Modern.az-a bildirib ki, əgər hansısa yenilik tətbiq olunacaqsa belə, bu, 2019-2020-ci tədris ili üçün reallaşmayacaq:


“Əslində 4-5 yeni forma hazırlanması ilə bağlı məsələ bir az müəmmalıdır. Çünki onsuz da vahid məktəbli forması var. Ola bilsin məktəbli formalarının özəl məktəblərdə də tətbiqi nəzərdə tutulub, amma mən bunu deyə bilmərəm, bu barədə məlumatsızam. Məsələ burasındadır ki, yeni tədris ili üçün heç bir yeni təklif yoxdur. Bilirsiniz ki, yeni tədris ilinin başlamasına iki ay yarım qalıb. Bu müddətdə yeni məktəbli formalarının dizaynını hazırlamaq, onları baxışa vermək, daha sonra tikişinə başlamaq mümkün deyil. Çünki bunun üçün kifayət qədər böyük vaxt lazımdır. Ona görə də yeniliyin bu mövsümdən tətbiq olunacağına inanmıram. Çünki çatdırmaq mümkün deyil. Təhsil naziri rəsmiləri açıqlama verərkən də bildirdi ki, təkliflər 3 ay müddətinə hazırlanacaq və bundan sonra baxılıb təsdilənəcək. Yəqin ki, həmin yenilik 2020-2021-ci tədris ili üçün nəzərdə tutulacaq. Amma məndə bu barədə dəqiq məlumat yoxdur. Hətta dəyişiklik olsa belə, tədricən olacaq. Çünki valideynlər bir il əvvəl aldığı və övladının əyninə olan geyimi atası deyil ki...Yəni yenilik olsa belə, tədricən tətbiq olunacaq”.


Şöbə müdiri deyib ki, hazırda Bakı Tikiş Evi məktəbli formalarının istehsalını davam etdirir:

“Biz məktəbli formalarının sayı ilə bağlı planlaşdırma aparmırıq, tələbata uyğun olaraq tikirik. Bu il üçün də nə qədər tələb olunacaqsa, o qədər də tikəcəyik. Məhsulu özümüz istehsal etdiyimiz üçün heç bir problemimiz yoxdur. Kifayət qədər parçamız var, sexlərimiz işləyir. Hansı ölçüyə, hansı modelə tələbat artırsa, dərhal hazır edirik. Məsələn, ötən il üçün 30 minə yaxın məktəbli forması istehsal etmişdik.

Bakı Tikiş Evi 2010-cu ildən etibarən məktəbli forması istehsal edir. İndiyədək də məktəblilər bu formaları geyinir. Məhsullarımız keyfiyyətlidir, eyni zamanda, “Bakı Tikiş Evi”inin müəlliflik hüququ var. Başqa bizim kimi müəssisə də yoxdur ki, məktəbli forması istehsal etsin. Son iki il ərzində Təhsil Nazirliyi Bakı Tikiş Evinin istehsal etdiyi 15 min məktəbli forması alaraq, internatlara, imkansız ailələrə pulsuz paylayıb.”.

 

E.Əzimov məktəbli formalarının qiymətində hər hansı dəyişiklik olmayacağını, ötənilki qiymətlərin qüvvədə olacağını vurğulayıb.

Qeyd edək ki, I-VI siniflər üçün nəzərdə tutulan 26-44 ölçülü məktəbli formalarının qiyməti 40 manat, yuxarı ölçülər isə 46 manatadır.

Bakı Tikiş Evində məktəbli köynəkləri və jiletlərin hər birinin qiyməti 8 manatdır. Köynək və jilet də daxil olmaqla məktəbli formalarının qiyməti müvafiq olaraq 56 manat, 62 manat təşkil edir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda bir-birinə bitişik olan 3 tikilidə YANĞIN 11 İyul 2020, 19:26 Rayonlara leysan yağıb - FAKTİKİ HAVA 11 İyul 2020, 19:17 Baş Nazir banklarla bağlı Konstitusiya Məhkəməsinə sorğu GÖNDƏRDİ 11 İyul 2020, 19:06 Həftə ərzində gözlənilən hava şəraiti AÇIQLANDI 11 İyul 2020, 18:47 İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT-nin xüsusi iclasının gündəliyi AÇIQLANDI 11 İyul 2020, 18:20 Təhsil Jurnalistləri Birliyinin ilk virtual görüşü keçirildi 11 İyul 2020, 18:09 Pendirin orqanizmə faydaları və təhlükələri 11 İyul 2020, 18:00 Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinə ev verildi - VİDEO 11 İyul 2020, 17:52 Rəfael Ağayev Rusiyadan təklif aldı 11 İyul 2020, 17:45 Dünya çempionu vəfat etdi 11 İyul 2020, 17:37 190 manatı qarpız alıb təpikləyənlərlə bağlı AÇIQLAMA 11 İyul 2020, 17:30 İranda 188 nəfər koronavirusdan ÖLDÜ 11 İyul 2020, 17:22 Bağ evində narkotik becərən şəxs SAXLANILDI 11 İyul 2020, 17:14 Nazirlikdən 190 manat birdəfəlik ödəməni ala bilməyənlərə CAVAB 11 İyul 2020, 17:06 Bill Geytsdən koronavirusla mübarizədə YENİ TƏKLİFLƏR 11 İyul 2020, 16:57 Prokurorluq məlumat YAYDI 11 İyul 2020, 16:49 Körpünün altında top mərmisi tapıldı -FOTO 11 İyul 2020, 16:40 Azərbaycanda daha 531 nəfər koronavirusa yoluxdu - 514 nəfər SAĞALDI 11 İyul 2020, 16:30 17 mindən çox subbakalavr ərizəsini TƏSDİQLƏDİ 11 İyul 2020, 16:18 İlham Əliyev Monteneqronun prezidentini təbrik etdi 11 İyul 2020, 16:10 EANA-ya üzv agentliklərin növbəti vebseminarında medianın aktual problemləri müzakirə olunub -FOTO 11 İyul 2020, 16:00 Bir ton narkotik vasitə yandırıldı -FOTO 11 İyul 2020, 15:51 Şəkidə təkrar qarğıdalı əkini aparılır - FOTO 11 İyul 2020, 15:43 Formula 1-i bu ölkədə canlı izləmək olacaq 11 İyul 2020, 15:35 İcra başçısının işdən çıxarılmasına səbəb olan obyekt söküldü - VİDEO 11 İyul 2020, 15:27 Azərbaycan-Litva Hökumətlərarası Komissiyanın iclası keçirildi - FOTO 11 İyul 2020, 15:18 Sentyabrda dərslərə əvvəlki formada başlayacağıq - Cəsarət Valehov 11 İyul 2020, 15:10 Azərbaycanda daha bir həkim koronavirusa YOLUXDU 11 İyul 2020, 15:02 İlham Əliyev icra başçısını işdən çıxardı - SƏRƏNCAM 11 İyul 2020, 14:55 “Roskosmos” İlon Maskla əməkdaşlığa hazırdır 11 İyul 2020, 14:49 Dövlət Agentliyi 73 market və restoranda qayda pozuntusu aşkarladı - SİYAHI 11 İyul 2020, 14:44 Kişi qırığı 11 İyul 2020, 14:36 Kəlbəcərdə öldürülən şəhid Həsən Həsənovun anım günüdür 11 İyul 2020, 14:36 Ermənilər Qarabağ meşələrini kütləvi şəkildə qırır - FOTOFAKT 11 İyul 2020, 14:29 İran Xəzərdə kilkə ovuna başladı 11 İyul 2020, 14:25