Arxiv
2 İyul 2019, 16:15 | İQTİSADİYYAT
Azərbaycan neft hasilatının azaldılmasına dair Bəyannamə və Xartiyanı imzaladı

Vyanada ”OPEC plus” nazirlərinin 6-cı görüşündə əvvəlcə OPEC və qeyri-OPEC ölkələri arasında uzunmüddətli əməkdaşlığa dair Xartiya qəbul olunub. Daha sonra isə neft hasilatının azaldılmasına dair razılaşmanın müddətinin daha 9 ay uzadılması ilə bağlı razılıq əldə edilib. “Əməkdaşlıq Xartiyası”na, eləcə də OPEC və qeyri-OPEC ölkələrinin 2020-ci ilin birinci rübünün sonunadək qüvvədə olacaq qərarına Azərbaycan da qoşulub.


Modern.az xəbər verir ki, tədbirdə iştirak edən Energetika naziri Pərviz Şahbazov OPEC və qeyri-OPEC ölkələri nazirlərinin budəfəki görüşünü “OPEC plus” əməkdaşlığı çərçivəsində tarixi hadisə kimi qiymətləndirib: “OPEC və qeyri-OPEC ölkələri arasında “Əməkdaşlıq Xartiyası” sayəsində neft bazarının balanslaşdırılması ilə bağlı səylərimizi artıq təşkilatlanmış şəkildə həyata keçirəcəyik. Xartiya uzunmüddətli əməkdaşlıq mexanizmi kimi neft istehsalçılarının maraqlarının qorunmasına və neft sənayesinə davamlı dəstəyi təmin edəcəkdir”.


İclasda  qeyri-OPEC ölkələrinin  nazirləri həmçinin, OPEC-in  gündəlik hasilatla bağlı iqtisadi və geosiyasi faktorları, dünya iqtisadiyyatının inkişaf tempini, tələb-təkllif dinamikasını nəzərə almaqla irəli sürdüyü təklifə də razılıq veriblər. Hasilatı azaltmaqla bağlı razılaşmanın qış mövsümünü tam əhatə etməklə uzadılması məqbul hesab edilib. Müzakirələrin yekununda OPEC ölkələri və təşkilata daxil olmayan ölkələr, o cümlədən Azərbaycan tərəfindən “Əməkdaşlıq Bəyannaməsi”nə imza atılıb.


Energetika naziri Pərviz Şahbazov qarşıdakı aylarda da neft bazarının tənzimlənməsi və sabitliyin qorunub saxlanması üçün “OPEC plus” ölkələrinin bu qərarına da münasibət bildirib: “Bu, iqtisadi və geosiyasi qeyri-müəyyənliklərin davam etdiyi vaxtda bazarın balanslaşdırılması üçün vacib bir qərardır. “OPEC plus” ölkələri növbəti dəfə risklərə qarşı həmrəylik nümayiş etdirdilər. Azərbaycanın bu prosesə qoşularaq, “Əməkdaşlıq Bəyannaməsi”nə imza atması isə ölkəmizin maraqlarına tam uyğundur”, deyə nazir əlavə edib.


Qeyd edək ki, “Əməkdaşlıq Bəyannaməsi”nin icrası 2019-cu ilin 1 iyul tarixindən 2020-ci ilin 31 mart tarixinədək nəzərdə tutulub.   Ötən ilin dekabrında qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi” üzrə “OPEC plus” ölkələrinin  kvotaları isə dəyişməz qalır.  

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Daha bir ölkə Türkiyəyə silah satışını dayandırdı 16 Oktyabr 2019, 00:34 Paşinyan Qarabağı geri qaytarmağa hazırdır - Generaldan şok açıqlama 16 Oktyabr 2019, 00:21 Suriyada 611 terrorçu məhv edilib 16 Oktyabr 2019, 00:04 Bakıda qadınlar arasında əlbəyaxa dava  15 Oktyabr 2019, 23:49 Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar 15 Oktyabr 2019, 23:30 Zəngəzurun Ermənistana verilməsi... 15 Oktyabr 2019, 23:16 Koreya rəsmisi Azərbaycana gəldi 15 Oktyabr 2019, 22:59 Bakıda marşrut avtobusu piyada qadını vurdu 15 Oktyabr 2019, 22:38 Nazir Avropa İttifaqı ilə əməkdaşlığı müzakirə etdi 15 Oktyabr 2019, 22:23 Gürcüstanda zəlzələ oldu 15 Oktyabr 2019, 22:04 Azərbaycan - İsveçrə oyununda yanğın 15 Oktyabr 2019, 21:44 Türkiyə ordusu Suriyada iki şəhid verdi - FOTO 15 Oktyabr 2019, 21:29 Leyla Əliyeva görkəmli şair Andrey Dementiyevin xatirəsinə həsr edilən tədbirdə - FOTO 15 Oktyabr 2019, 21:12 Ramil Usubov təhlükəsizlik məsələlərini müzakirə etdi 15 Oktyabr 2019, 20:57 Azay Quliyev seçicilərini qəbul edib - FOTO 15 Oktyabr 2019, 20:43 Prezident 2019-cu ilin 9 ayının sosial-iqtisadi yekunları ilə bağlı müşavirə keçirdi 15 Oktyabr 2019, 20:28 Hərbi helikopter qəzaya uğrayıb 15 Oktyabr 2019, 20:15 Yasamalda ağac qırılıb avtobus dayanacağına düşdü: Yaralılar var 15 Oktyabr 2019, 20:02 Azərbaycan millisi San Marinonu məğlub edib 15 Oktyabr 2019, 19:52 Azərbaycan Rusiyaya NOTA verib 15 Oktyabr 2019, 19:20 Nəsimidə ikimərtəbəli ev yanıb 15 Oktyabr 2019, 19:03 Rövşən Rzayev vətəndaşları qəbul etdi 15 Oktyabr 2019, 18:59 Ceyhun Bayramov dünya çempionu olan məktəbli ilə görüşüb 15 Oktyabr 2019, 18:57 Əli Əhmədov: “Bu günə qədər 300 minə qədər köçkün mənzillə təmin olunub” 15 Oktyabr 2019, 18:46 Deputat: “Bu görüş tarixi əhəmiyyətə malikdir” 15 Oktyabr 2019, 18:43 ƏDV nə zaman qaytarılacaq? - RƏSMİ 15 Oktyabr 2019, 18:33 Ərdoğan Bakıdan getdi - FOTO 15 Oktyabr 2019, 18:19 Ərdoğanın “bir millət, altı dövlət” fikri alqışlandı: “Qardaşların bir arada olması hamını güclü edər” 15 Oktyabr 2019, 18:09 “Volkswagen” Türkiyədə avtomobil zavodunun tikintisindən imtina etdi 15 Oktyabr 2019, 17:48 Bir neçə məktəb direktorunun işi məhkəmədədir” - Nazir müavini 15 Oktyabr 2019, 17:45 Azərbaycanın kəndli qadınları - 15 oktyabr onların GÜNÜDÜR 15 Oktyabr 2019, 17:40 Goranboy bu məhsulun tədarükünə görə ilk sıralardadı   15 Oktyabr 2019, 17:39 Binəqədidə “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirildi 15 Oktyabr 2019, 17:37 Bu şəkilə görə İstanbul Çempionlar Liqasının finalından məhrum ola bilər - FOTO 15 Oktyabr 2019, 17:31 Mehriban Əliyeva akademikin yasına gəldi - FOTOLAR 15 Oktyabr 2019, 17:26