Modern.az

“Neftçi” səfərdə qələbə qazandı

“Neftçi” səfərdə qələbə qazandı

Aktual

11 İyul 2019, 22:57
Avropa Liqası çərçivəsində keçirilən  “Neftçi” “Sperantsa”  oyunu yekunlaşıb.
 
Modern.az xəbər verir ki, qarşılaşma “Neftçi”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.  “Neftçi”nin 3-cü qolunu  76-cı dəqiqədə Rəhman Hacıyev vurub.
 

***

Avropa Liqasında ölkəmizi  “Neftçi” I təsnifat mərhələsinin  ilk oyununda Moldovanın “Sperantsa” klubu ilə qarşılaşır.

Modern.az xəbər verir ki, bir neçə ildir Avroliqada uğursuz çıxış edən paytaxt təmsilçisi buna son qoyur.


Oyunda hesab 16 dəqiqədə açılıb. "Neftçi"nin oyunçusu  Emin Mahmudov penaltidən fərqlənib.  

Matçın 36-cı dəqiqəsində isə  Stiven Jozef-Monroz "Neftçi"nin ikinci qolunu vurub.


Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 18-də Bakıda keçiriləcək. Mərhələni adlayan tərəf Rusiyanın "Arsenal" (Tula) klubu ilə qaşılaşacaq.


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı