Arxiv
12 İyul 2019, 08:36 | ÖLKƏ
Lalə Şövkətin barışıq təklifinə iqtidar və müxalifətdən REAKSİYA

Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət müxaliflə iqtidarı barışdırmaq niyyətindədir. Bunun üçün siyasi gediş etmək istəyən partiya lideri bütün siyasi kəsimi barış içərisində görmək istəyir – ALP Lalə Şövkətin böyük barışıq planı hazırladığını bəyan edib.


Bəs müxalifə və iqtidar barışıq istəyirmi?


Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Modern.az-a bildirib ki, milli həmrəyliyin olmaması millətin ziyanınadır:

“Lalə xanım tamamilə haqlıdır, iqtidarla müxalifət arasında sivil mübarizə qurulmalıdır. Əks halda, bizim düşmənçilik müstəvisində apardığımız iç mübarizə yalnız xarici güclərin xeyrinə işləyəcək. Lalə xanımın demək istədiyi odur ki, düşmənçilik rəqabətlə əvəzlənsin. Çünki bizdə hazırda iqtidar-müxalifət düşmənçiliyi var, rəqabət yoxdur”.


Ümid Partiyasının sədri İqbal Ağazadə
vurğulayıb ki, siyasət üçün barışdırmaq ifadəsi düzgün sayılmır:

“Çünki barış, dialoq mühiti başqa anlayışdır. Bu mühitin yaradılması bir nəfərin əlində ola bilməz. Şəxsən mən hazırda iqtidarla düşmən deyiləm, sadəcə rəqibəm. Ümumiyyətlə iqtidarla niyə düşmən olmalıyıq ki? Axı zaman gələ bilər ki, siyasi mövqeyimizdən aslı olmayaraq vahid Azərbaycan üçün eyni bayraq altında birləşə bilərik. Sabah müharibə olsa, səngərdə döyüşəsi olsaq, orada siyasi mövqenin nə əhəmiyyəti olacaq ki? Hər iki mövqe müxtəlif aspektlərdən yanaşaraq, Azərbaycanın inkişafı üçün çalışır. Yanaşma mexanizmindən asılı olaraq, iqtidar müalifətin fikri ilə razılaşmır, ya da əksinə. Bunlar seçki və rəqabət mövzusudur. Seçki mövzusunda iqtidarın yanlış olduğunu hamımız bilirik. Müxalifət də çalışır ki, bu sahədə mövqe dəyişilsin. Ümumilikdə, siyasi ortamda düşmənçilik, barışmaq fikirləri mənə görə tamamilə yanlışdır”.

Milli Məclisin deputatı Aydın Mirzəzadə də deyir ki, iqtidar müxalifətlə düşmən deyil:

“Müxalifət də cəmiyyətin bir hissəsidir. Onlar da vətəndaşlarımızın maraqlarının bir hissəsini müdafiə edir. Biz onlarla sadəcə siyasi mübarizədəyik. Demokratik cəmiyyətin birinci şərti müxtəlif fikirlərin olmasıdır. Hamı eyni cür düşünsəydi biz totalitar rejimə yuvarlanardıq. Müxalifətin fikirlərinə hörmətlə yanaşırıq, eyni zamanda, öz siyasi xəttimizi hər zaman müdafiə edəcəyik”.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı:


“İnanmıram ki, iqtidar müxalifətin şərtlərini qəbul edə və barışıq yarana.

Müxalifətin iqtidarla barışmağı üçün müəyyən şərtlər var. Bu şərtlərin birincisi və əsası odur ki, Azərbaycanda azad və demokratik seçki keçirilməsi üçün siyasi iradə ortaya qoyulsun. Korrupsiya tamamilə yox olmalıdır. Azərbaycan parlamentli respublika olmalı və Qarabağın  azad olunması üçün  bütün qüvvələr cəlb edilməldir. İctimai Palata, Müsavat Partiyası, Milli Strateji Düşüncə Mərkəzi  yol xəritəsi tərtib edib hakimiyyətə göndərmişdi. Sadaladığım şərtlərin hər biri həmin xəritədə öz əksini tapmışdı. Bu şərtlər qəbul olunsaydı, barışıq məsələsini də müzakirə etmək, ortaq mövqeyə gəlmək olardı”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
23 iyul tarixinin nə günahı var? 23 İyul 2019, 00:45 Çempionlar Liqasında II təsnifat mərhələsi başlayır 23 İyul 2019, 00:29 Bərdədə iki azyaşlı uşaq xəstəxanaya atılıb 23 İyul 2019, 00:13 26 il işğalda qalan Ağdam... 23 İyul 2019, 00:02 Azərbaycan nefti bahalaşdı 22 İyul 2019, 23:42 Gürcüstanda 4 bal gücündə zəlzələ 22 İyul 2019, 23:21 Bakıda bacısı təhqir edilən şəxs bıçaqlandı 22 İyul 2019, 23:02 Azərbaycanlı Ukrayna Ali Radasının deputatı seçildi 22 İyul 2019, 22:44 59 yaşın mübarək, Yunus Oğuz! 22 İyul 2019, 22:36 “Şüvəlan” fəaliyyətini dayandırdı 22 İyul 2019, 22:27 Azərbaycanın 6 atleti mübarizəni dayandırdı 22 İyul 2019, 22:13 Bu ölkələrə 10,5 milyon avro yardım edilir 22 İyul 2019, 21:58 87 dövlət əmlakı hərraca çıxarıldı 22 İyul 2019, 21:43 Azərbaycan komandası ilk oyunda uduzdu 22 İyul 2019, 21:29 Əli Babacanın  partiyasında bu şəxslər təmsil olunacaq 22 İyul 2019, 21:14 Nazir səfirlə müzakirə  apardı 22 İyul 2019, 20:59 “Bu gün mətbuat dövlətin himayəsində və qayğısında olmalıdır” - Əli Həsənov 22 İyul 2019, 20:44 Prezident mühüm qanunu imzaladı 22 İyul 2019, 20:29 Hacıqabulda 5 otaqlı ev yandı 22 İyul 2019, 20:16 Arvadını qətlə yetirən şəxsin istintaqı yekunlaşdı 22 İyul 2019, 20:01 "Çin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini müdafiə edir" - Mübariz Qurbanlı 22 İyul 2019, 19:45 Azərbaycan “Beynəlxalq Hərbi Tibb Komitəsinin Nizamnaməsi”nə qoşulur 22 İyul 2019, 19:35 Məmur olmaq istəyənlərin NƏZƏRİNƏ 22 İyul 2019, 19:30 İki qadın güləşçimiz gümüş medal qazandı 22 İyul 2019, 19:25 “Akkord” dezinformasiyalara aydınlıq gətirdi   22 İyul 2019, 19:16 Baş Prokurorluq jurnalistləri təbrik etdi 22 İyul 2019, 19:05 Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi - Fuad Ələsgərov şərh edir 22 İyul 2019, 18:56 Pendir alarkən və istehlak edərkən nəyə diqqət etməli? 22 İyul 2019, 18:47 “Vüsalə Ağabəylinin dekan kimi hansı nöqsanlara yol verdiyi faktlarla sübuta yetirilir” - Əfqan Abdullayev 22 İyul 2019, 18:38 BDU rektoru universitetin jurnalist əməkdaşlarını Milli Mətbuat Günü münasibətilə qəbul edib - FOTO 22 İyul 2019, 18:27 Prezident həmkarını təbrik edib 22 İyul 2019, 18:18 Ana 9 yaşlı oğlunu döydü, uşaq evdən qaçdı - FOTO   22 İyul 2019, 18:09 “Nar” yarışma keçirdi 22 İyul 2019, 18:00 Lənkəranda tank əleyhinə mina aşkarlanıb - FOTO 22 İyul 2019, 17:50 "Azərbaycan mötəbər yarışları ən yüksək səviyyədə keçirən ölkə kimi tanınır" - Ceyhun Bayramov 22 İyul 2019, 17:42