Modern.az

Şəki Xan Sarayının qarşısındakı çinar sındı: 19 YARALI - VİDEO

Şəki Xan Sarayının qarşısındakı çinar sındı: 19 YARALI - VİDEO

14 İyul 2019, 13:49

Şəkiyə əsən güclü külək səbəbindən Xan Sarayının qarşısındakı ağacın budağı qırılaraq, ərazidəki insanları üstünə düşüb.

Saraya gələn ziyarətçilərin Modern.az-a bildirdiyinə görə, hadisə nəticəsində bir çox insan xəsarət alıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, hadisə ilə bağlı ilkin olaraq xəstəxanaya 19 nəfər müraciət edib:

"Onlardan ikisi hospitalizasiya edilib. 17 nəfərin müəyyən hissəsinə ilkin tibbi yardım göstərilib, digərlərinin müalicəsi hazırda davam edir".

Eyni zamanda qeyd olunub ki, xəstəxanadakı 2 xəstəyə görə, paytaxtdan yüksək ixtisaslı mütəxəsislər çağırılıb.

Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirib ki, baş vermiş hadisə ilə bağlı hazırda araşdırma aparılır:

“Turizm agentliyinin sədri və bir qrup əməkdaşı Şəkiyə yollanıblar. Hadisə nəticəsində təxminən 18 nəfərin yaralandığı barədə məlumat var. Say dəqiqləşdirilir. Ölənlər barədə isə heç bir dəqiq informasiyamız yoxdur. İctimaiyyətə geniş açıqlama veriləcək”.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü