Arxiv
18 İyul 2019, 11:17 | AKTUAL
Çıraqqala abidəsində bərpa işlərinə başlanıldı

Şabran rayonu ərazisində yerləşən, V-VI əsrlərə aid Çıraqqala abidəsində bərpa işlərinə başlanılıb.

 

Bu barədə Modern.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov deyib.

Onun sözlərinə görə, qalanın 8 bürcündə bərpa-konservasiya işləri həyata keçiriləcək:

 

"Bu ilin mart ayında Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən ölkəmizin ən qədim tarixi abidələrindən biri olan Çıraqqalada möhkəmləndirmə və bərpa-konservasiya işlərinin aparılması üçün 2 milyon manat ayrılıb. Ötən müddət ərzində bərpa-konservasiya işlərinin aparılması üçün zəruri tədbirlər həyata keçirilib, layihə-smeta sənədləri hazırlanıb. İyul ayının əvvəlindən isə bərpa işlərinə start verilib".

 

F.Hüseynov qeyd edib ki, Çıraqqala mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarət düzbucaqlı formada olub. İndi həmin bürclərin ancaq üçü salamat qalıb:

 

"Ümumilikdə isə qalanın izləri məlum olan 8 bürcündə bərpa-konservasiya işləri həyata keçiriləcək. Görüləcək işlər zamanı bürclərarası qala divarları da bərpa-konservasiya olunacaq, ərazidə arxeoloji tədqiqatlar da aparılacaq. Tarixi abidəni ziyarət edənlərin rahatlığını təmin etmək məqsədi ilə ərazidə yerləşən meşənin içindən qalaya qalxacaq piyadalar üçün yol, eləcə də qala divarları boyu yol salınacaq".

 

Xidmət rəsmisi bildirib ki, Çıraqqalanın bərpası üzrə işlərin bir il ərzində yekunlaşdırılması nəzərdə tutulub: "Lakin ərazinin mürəkkəb relyefi və hava şəraiti bu müddətin uzanmasına təsir edə bilər".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Azərbaycan dövləti həmişə vətəndaşının yanındadır" - Elazığdan dönən tələbə 27 Yanvar 2020, 01:04 Əfsanəvi basketbolçu helikopter qəzasında ölüb 27 Yanvar 2020, 00:23 Bu gündən seçki bülletenlərinin çapına başlanılır 27 Yanvar 2020, 00:03 "İsmayıllıdakı qəzada bir ailənin 3 üzvü ölüb" - DYP  26 Yanvar 2020, 23:49 Vüqar Bayramovun Füzulidə məhsuldar görüşləri davam edir - FOTOLAR 26 Yanvar 2020, 23:28 Yüksək narkotik qəbul edən şəxs hamamda öldü 26 Yanvar 2020, 23:12 Gəncədə yetkinlik yaşına çatmayan qız doğuş həyata keçirib 26 Yanvar 2020, 22:44 ABŞ səfirliyinə raket atıldı 26 Yanvar 2020, 22:29 Zaur Məmmədov Cəbrayıl qəsəbəsində seçicilərlə görüşdü - FOTOLAR 26 Yanvar 2020, 22:11 Bir sutkada Suriyaya 981 qaçqın qayıdıb 26 Yanvar 2020, 21:56 Seçicilər hə” dedilər... -  Turanda görüşlər 26 Yanvar 2020, 21:46 Qənirə Paşayeva seçicilərin problemlərini dinlədi - FOTOLAR 26 Yanvar 2020, 21:41 Tovuzda qardaş qardaşı bıçaqlayıb 26 Yanvar 2020, 21:22 Gürcüstan-Azərbaycan sərhədində yeni keçid məntəqəsi tikiləcək 26 Yanvar 2020, 21:06 Araz Hüseynov namizədliyini Azay Quliyevin xeyrinə geri götürdü - FOTO 26 Yanvar 2020, 20:53 İmişli sakini Goranboyda naməlum şəraitdə ölüb 26 Yanvar 2020, 20:45 ABŞ-da təhlükəli virusa yoluxanların sayı artıb 26 Yanvar 2020, 20:35 Bakıda ağır qəza - FOTO 26 Yanvar 2020, 20:17 Elmar Musayev Gədəbəy seçicilərinin aşkar favoriti oldu - FOTOLAR 26 Yanvar 2020, 20:06 İranda uçuş zamanı təyyarədə yanğın olub 26 Yanvar 2020, 19:56 Nigeriyada Lassa qızdırmasından 29 nəfər ölüb 26 Yanvar 2020, 19:21 Oğuz rayonunda baş vermiş yanğın söndürülüb 26 Yanvar 2020, 18:57 Əhliman Əmiraslanov seçiciləri ilə görüş keçirib 26 Yanvar 2020, 18:48 Yanğın baş verən binada yaşayan köçkünlər kirayə mənzilə yerləşdirilib - RƏSMİ 26 Yanvar 2020, 18:33 Gəncədə "Musa Quliyev - O, Sizin səsinizdir" filminin təqdimatı keçirilib 26 Yanvar 2020, 18:17 Rəşad Camalov Şirvanda şəhid ailələri ilə birgə - FOTOLAR 26 Yanvar 2020, 17:57 “Müsavat bəzi dairələrdə YAP-la birləşib, müxalifətə alternativlik edir” – İTTİHAM  26 Yanvar 2020, 17:48 Musa Qasımlının izdihamlı görüşləri davam edir - FOTOLAR 26 Yanvar 2020, 17:33 Türkiyədə zəlzələ qurbanlarının sayı 36-ya çatdı 26 Yanvar 2020, 17:18 Zəlzələ bölgəsindən çıxarılan tələbələr Bakıda - FOTOLAR 26 Yanvar 2020, 17:01 Daha bir aviaşirkət Çinə reysləri təxirə saldı 26 Yanvar 2020, 16:51 Əfqanıstanda toyda partlayış törədildi 26 Yanvar 2020, 16:38 MSK deputatlığa namizədlərin siyahısını YENİLƏDİ 26 Yanvar 2020, 16:17 Qüdrət Həsənquliyevin seçicilərlə növbəti izdihamlı görüşü keçirildi - FOTOLAR 26 Yanvar 2020, 16:08 Təxliyə edilən tələbələr Naxçıvandan təyyarə ilə Bakıya yola salındı 26 Yanvar 2020, 16:01
SORĞU Yeni parlamentdə kimlər olsun?