Arxiv
23 İyul 2019, 16:40 | AKTUAL
Azərbaycan 190 ölkə arasında 9-cu yerdədir

Azərbaycan “Doing Business” hesabatında “Biznesə başlama” meyarı üzrə cari ildə dünyanın ən yaxşıları sırasında yer almağı hədəfləyir. 

 

Vergilər Nazirliyindən Modern.az-a bildirilib ki, 2019-cu ilin hesabatına görə bu meyarda dünyanın ən yaxşı onluğu sırasına daxil olan ölkəmiz cari ildə biznesə start verilməsi qaydalarında bir sıra yeniliklər tətbiq etməklə mövcud prosedurları daha da asanlaşdırıb.

 

Məlum olduğu kimi, 2008-ci ildən sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı “Bir pəncərə” prinsipi ilə Vergilər Nazirliyi tərəfindən həyata keçirilir. 2012-ci ildən etibarən isə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatı elektron formada həyata keçirilməyə başlanıb. 2018-ci ilin sonlarında “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda edilmiş dəyişikliklər ölkəmizdə sahibkarlıq subyektlərinin qeydiyyatı sahəsində əlverişli mühitin formalaşmasına müsbət təsir göstərərək yeni rəqəmsal elektron qeydiyyat sisteminin qurulması ilə nəticələnib. 

 

2019-cu ildən hüquqi şəxslərin elektron dövlət qeydiyyatı prosesi çox sadələşib. İslahatlar nəticəsində prosedurların sayı 3-dən 1-ə, müddəti isə 20 dəqiqəyədək azaldılıb. Hüquqi şəxs olaraq biznesə başlamaq üçün tələb olunan maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilib. 

 

İslahata qədər elektron qeydiyyat yalnız Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilən elektron imza və ya Asan Sertifikat Xidməti Mərkəzi tərəfindən verilən “Asan imza” vasitəsilə həyata keçirilirdi. Cari ilin əvvəlindən başlayaraq hüquqi şəxsin dövlət qeydiyyatı, ƏDV qeydiyyatı və bank hesabının açılması cəmi bir prosedurla icra olunub tamamlanır. Beləliklə, qeydiyyatın həyata keçirilməsi üçün e-ərizənin elektron imza ilə təsdiq edilməsi zərurəti aradan qaldırılıb, həmçinin qeydiyyatla bağlı əvvəllər mövcud olan bütün prosedurlar ləğv olunub. Yeni xidmətdən yararlanan istifadəçilər elektron imza olmadan “İnternet Vergi İdarəsi”nə daxil olaraq elektron qeydiyyat sistemində FİN kod və mobil nömrə ilə indentifikasiyadan keçirlər. 

 

“Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı” elektron xidməti üzrə inzibati reqlamentin yeni redaksiyası “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda edilmiş dəyişikliklər nəzərə alınmaqla hazırlanıb və elektron hökumət portalında yerləşdirilib. Həmçinin bu yeni inzibati reqlamentə uyğun olaraq proqram təminatında müvafiq dəyişikliklər edilib və yeni xidmət 2019-cu ilin yanvar ayında istismara buraxılıb. Yeni proqram təminatının mobil operatorların elektron sistemi və əmək müqaviləsi bildirişlərinin qeydiyyatı sistemi ilə inteqrasiyası da təmin edilib. 

 

Bu islahat vergi qanunvericiliyində sahibkarlığın dəstəklənməsi ilə bağlı aparılan son dəyişikliklərin davamıdır və ölkədə biznes mühitinin əlverişliliyinin daha da yaxşılaşdırılmasına xidmət edir. 

 

Qeyd edilməlidir ki, hazırda “Doing Business 2019” hesabatında Azərbaycan “Biznesə Başlama” indikatoru üzrə 190 ölkə arasında 9-cu yerdədir. “Doing Business 2019” hesabatında Azərbaycan üçün “Biznesə Başlama” indikatoru üzrə 3 prosedur, 3,5 gün və 18 manat xərc nəzərdə tutulmuşdur. Lakin 2019-cu ildə həyata keçirilmiş islahatlar nəticəsində biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilib, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət cəmi 1 prosedur çərçivəsində 0,5 gün ərzində onlayn qaydada qeydiyyata alınır.

 

Beləliklə, müvafiq meyarlarda əhəmiyyətli dəyişikliyə nail olunub. Bu isə onu deməyə əsas verir ki, aparılmış islahat ölkəmizin “Doing Business” hesabatında mövqelərinə müsbət təsir edəcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şəhid Xəyyam Daşdəmirov İsmayıllıda dəfn olundu - VİDEO 13 İyul 2020, 10:16 Bərdə sakini həmkəndlisini ov tüfəngi ilə GÜLLƏLƏDİ 13 İyul 2020, 10:04 Bakıda soyğunçuluq 13 İyul 2020, 09:46 Neft yenidən ucuzlaşdı 13 İyul 2020, 09:40 Manat və dollar yeni günə bu MƏZƏNNƏ ilə başladı 13 İyul 2020, 09:34 Müdafiə Nazirliyi cəbhədəki gərginliklə bağlı MƏLUMAT YAYDI 13 İyul 2020, 09:28 Kubalı həkimlər koronavirusla mübarizə üçün Bakıya gəlir 13 İyul 2020, 09:22 Ordumuzun baş leytenantı ŞƏHİD OLDU 13 İyul 2020, 09:16 Bakıda sex yandı, yaralanan var 13 İyul 2020, 09:10 Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə endirdi - VİDEO 13 İyul 2020, 09:04 Ombudsmandan cəbhədəki təxribatla bağlı AÇIQLAMA 13 İyul 2020, 09:00 Qocaman jurnalist dünyasını dəyişib 13 İyul 2020, 08:50 Bu ölkədə koronavirusa görə alkaqol satışına qadağa qoyuldu 13 İyul 2020, 08:39 Azərbaycanın görkəmli memarı vəfat edib 13 İyul 2020, 08:37 Türkiyədən qardaş dəstəyi - “Azərbaycanın yanındayıq" 13 İyul 2020, 08:22 Müdafiə Nazirliyi Azərbaycana məxsus PUA-nın vurulduğunu TƏKZİB ETDİ 13 İyul 2020, 08:00 Tovuz təxribatının baiskarı olan erməni general - FOTO 13 İyul 2020, 05:08 “Düşmənin təxribatına qarşı daha sərt cavab tədbirləri görülür” - Müdafiə Nazirliyi 13 İyul 2020, 01:06 Şəhidlərimizin cənazəsi alqışlarla qarşılandı - VİDEO 13 İyul 2020, 00:47 Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib - RƏSMİ 13 İyul 2020, 00:26 Milli Məclisdə benefisiar sahibliklə bağlı müzakirələr aparılmır 13 İyul 2020, 00:24 Motosiklet yolu keçən qadını vurub öldürdü 13 İyul 2020, 00:13 Azərbaycanda reanimasiyada 356 COVİD-19 xəstəsi var - FOTO 12 İyul 2020, 23:53 Gədəbəy sakini əmisini qətlə yetirib - Təfərrüat, YENİLƏNİB 12 İyul 2020, 23:36 Tovuz sakinlərindən ordumuza dəstək - FOTO 12 İyul 2020, 23:07 DSX çayda batan əsgərin yaxınlarını əraziyə aparıb 12 İyul 2020, 22:41 Üç şəhidimizin ad-soyadı AÇIQLANDI 12 İyul 2020, 22:26 Rusiyadan 233 nəfər Vətənə gətirildi - FOTOLAR 12 İyul 2020, 22:23 “Ordumuz düşmənə layiqli cavabını verməli idi və verdi” - Jalə Əliyeva 12 İyul 2020, 22:16 Türkiyədə 5 363 nəfər COVİD-19-un qurbanı oldu 12 İyul 2020, 22:04 Düşmənə sarsıdıcı zərbə endirilib - Nazir müavini 12 İyul 2020, 21:48 Şəhidlərimizdən birinin ad-soyadı açıqlanıb - FOTO 12 İyul 2020, 21:31 Yaponiyada virusa yoluxanların sayı artır 12 İyul 2020, 21:23 “Hər birinizi əmin edirəm ki, düşmənə ağır zərbə vurulub” - Qənirə Paşayeva 12 İyul 2020, 21:09 Bakıda iki dost güllələndi 12 İyul 2020, 20:53