Arxiv
23 İyul 2019, 16:41 | AKTUAL
“Nar” şəbəkəsi gücləndirilmiş rejimə keçdi

Ölkənin ən güclü 4G (LTE-A) şəbəkələrindən birinə malik olan “Nar” mobil operatoru 21-27 iyul tarixlərində paytaxtımızda baş tutan “XV Avropa Gənclər Yay Olimpiya Festivalı” müddətində 48 ölkəni təmsil edən gənc atletlərin, eyni zamanda festival tamaşaçılarının telekommunikasiya tələblərinə tam şəkildə cavab vermək üçün şəbəkə dayanıqlığının təmin edilməsi işlərini başa çatdırıb.

 

Mobil operator “EYOF 2019” tədbirinin tələblərinə cavab vermək, həmçinin olimpiya həyəcanını sosial şəbəkələrdə paylaşmaq istəyən tamaşaçıları yüksəksürətli internetlə təmin etmək məqsədilə təyin olunmuş ərazilər üzrə mobil rabitə şəbəkəsində təhlilləri tamamlayıb. Yarış ərazisi və tədbir məkanlarında müştərilərin tələbləri nəzərə alınaraq mobil rabitə  şəbəkəsində tutum əhəmiyyətli dərəcədə genişləndirilib, istifadəçilər üçün yüksəksürətli 4G (LTE-A) texnologiyalı mobil internetdən istifadə imkanları yaradılıb. “Nar” ziyarətçilərin sayının çoxluq təşkil edəcəyi məkanlarda telekommunikasiya xidmətlərindən sabit istifadənin təmin edilməsi üçün müvafiq ərazilərdə mobil baza stansiyası quraşdırıb.  Qeyd edək ki, mobil rabitə şəbəkəsinin təhlili və dayanıqlığının təmin edilməsi işləri xüsusi ilə oyunların baş tutacağı 13 yarış ərazisi və paralel olaraq qeyri-yarış ərazilərində həyata keçirilib.

 

 “Nar” əməkdaşları 24/7 rejimində şəbəkəyə nəzarət edərək yarışların keçiriləcəyi məkanlarda mobil rabitə şəbəkəsinin stabilliyini təmin edəcək və şəbəkə istifadəçilərinə dəstək olacaqlar. “Nar” şəbəkəsi haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək mümkündür.      

 

Qeyd edək ki, yaranan hər hansı bir sualla bağlı “Nar” abunəçiləri yüksəkkeyfiyyətli müştəri xidmətlərindən özlərinə rahat olan istənilən üsulla – Çağrı Mərkəzinə zəng etməklə, şəxsi kabinet, sosial şəbəkələr, SMS və elektron poçt üzərindən yazmaqla yararlana bilər.

 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2.4 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müdafiə Nazirliyi cəbhədəki gərginliklə bağlı MƏLUMAT YAYDI 13 İyul 2020, 09:28 Kubalı həkimlər koronavirusla mübarizə üçün Bakıya gəlir 13 İyul 2020, 09:22 Ordumuzun baş leytenantı ŞƏHİD OLDU 13 İyul 2020, 09:16 Bakıda sex yandı, yaralanan var 13 İyul 2020, 09:10 Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə endirdi - VİDEO 13 İyul 2020, 09:04 Ombudsmandan cəbhədəki təxribatla bağlı AÇIQLAMA 13 İyul 2020, 09:00 Qocaman jurnalist dünyasını dəyişib 13 İyul 2020, 08:50 Bu ölkədə koronavirusa görə alkaqol satışına qadağa qoyuldu 13 İyul 2020, 08:39 Azərbaycanın görkəmli memarı vəfat edib 13 İyul 2020, 08:37 Türkiyədən qardaş dəstəyi - “Azərbaycanın yanındayıq" 13 İyul 2020, 08:22 Müdafiə Nazirliyi Azərbaycana məxsus PUA-nın vurulduğunu TƏKZİB ETDİ 13 İyul 2020, 08:00 Tovuz təxribatının baiskarı olan erməni general - FOTO 13 İyul 2020, 05:08 “Düşmənin təxribatına qarşı daha sərt cavab tədbirləri görülür” - Müdafiə Nazirliyi 13 İyul 2020, 01:06 Şəhidlərimizin cənazəsi alqışlarla qarşılandı - VİDEO 13 İyul 2020, 00:47 Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib - RƏSMİ 13 İyul 2020, 00:26 Milli Məclisdə benefisiar sahibliklə bağlı müzakirələr aparılmır 13 İyul 2020, 00:24 Motosiklet yolu keçən qadını vurub öldürdü 13 İyul 2020, 00:13 Azərbaycanda reanimasiyada 356 COVİD-19 xəstəsi var - FOTO 12 İyul 2020, 23:53 Gədəbəy sakini əmisini qətlə yetirib - Təfərrüat, YENİLƏNİB 12 İyul 2020, 23:36 Tovuz sakinlərindən ordumuza dəstək - FOTO 12 İyul 2020, 23:07 DSX çayda batan əsgərin yaxınlarını əraziyə aparıb 12 İyul 2020, 22:41 Üç şəhidimizin ad-soyadı AÇIQLANDI 12 İyul 2020, 22:26 Rusiyadan 233 nəfər Vətənə gətirildi - FOTOLAR 12 İyul 2020, 22:23 “Ordumuz düşmənə layiqli cavabını verməli idi və verdi” - Jalə Əliyeva 12 İyul 2020, 22:16 Türkiyədə 5 363 nəfər COVİD-19-un qurbanı oldu 12 İyul 2020, 22:04 Düşmənə sarsıdıcı zərbə endirilib - Nazir müavini 12 İyul 2020, 21:48 Şəhidlərimizdən birinin ad-soyadı açıqlanıb - FOTO 12 İyul 2020, 21:31 Yaponiyada virusa yoluxanların sayı artır 12 İyul 2020, 21:23 “Hər birinizi əmin edirəm ki, düşmənə ağır zərbə vurulub” - Qənirə Paşayeva 12 İyul 2020, 21:09 Bakıda iki dost güllələndi 12 İyul 2020, 20:53 Türkiyədə zəlzələ oldu 12 İyul 2020, 20:41 “Qurban Abbasov” gəmisinin 19 heyət üzvü COVID-19-a yoluxdu 12 İyul 2020, 20:19 AzTV şəhidlərə görə konserti ləğv etdi 12 İyul 2020, 20:14 Sabiq nazirin anası və həyat yoldaşı dünyasını dəyişdi - YENİLƏNİB 12 İyul 2020, 20:03 XİN cəbhədəki vəziyyəti ŞƏRH ETDİ: Düşmən yeni mövqelər ələ keçirmək İSTƏYİB 12 İyul 2020, 19:27