Modern.az

"EYOF Bakı 2019": Bu gün keçiriləcək yarışlar - CƏDVƏL

Aktual

24 İyul 2019, 08:52

Bu gün "EYOF Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində növbəti yarışlar keçirilir.

 

Modern.az-ın məlumatına görə, 4-cü yarış günündə festivalın proqramında yer alan 8 idman növü (atletika, üzgüçülük, idman gimnastikası, cüdo, həndbol, basketbol, voleybol, tennis) üzrə yarışlar baş tutacaq. Azərbaycan yığması bunların 7-də təmsil olunacaq.

 

Cüdoçular ilk dəfə mübarizəyə çıxacaqlar.

24 iyul

 

İdman gimnastikası

 

Çoxnövçülük, ayrı-ayrı hərəkətlər, təsnifat
Milana Minakovskaya

 

Basketbol

 

Oğlanlar, A qrupu, III tur
Azərbaycan - Xorvatiya

 

Həndbol

 

Qızlar, B qrupu, III tur
Azərbaycan - Çexiya
Oğlanlar, A qrupu, III tur
Azərbaycan – Serbiya

 

Üzgüçülük

 

Qızlar, 200 m, sərbəst üsul, təsnifat
Aysel Səfərova
Oğlanlar, 200 m, brass, təsnifat
Əliyar Cahangirbəyov
Qızlar, 100 m, batterflyay, təsnifat
Məryəm Şeyxəlizadəxangah
Oğlanlar, 200 m, batterflyay, final
Ramil Vəlizadə

 

Cüdo

 

Qızlar
44 kq, 1/8 final
Gülşən Bəşirova - Mariya Qonzales (İspaniya)
Oğlanlar
50 kq, 1/8 final
İsmayıl Qənbərli - Sergey Mastriukov (Rusiya)
55 kq, 1/16 final
Şükran Zamanlı - Migel Gaqo (Portuqaliya)
60 kq, 1/16 final
Turan Bayramov - Kote Kapanadze (Gürcüstan)/ Adam Safer (Avstriya) cütünün qalibi

 

Voleybol

 

Oğlanlar, A qrupu, III tur

Azərbaycan - Rusiya

 

Atletika

 

Qızlar, üçtəkanla tullanma, təsnifat, B qrupu
Sabrina Jralova
Qızlar, 200 m, I mərhələ
Lamiyə Vəliyeva
Oğlanlar, 200 m, I mərhələ
Əli Abdıyev
Oğlanlar, hündürlüyə tullanma, təsnifat, B qrupu
Aydın Bədəlov

 

Qeyd edək ki, iyulun 21-də Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək.

 

Festivalda Avropanın 48 ölkəsindən 3900 atlet iştirak edəcək. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayacaqlar. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır