Modern.az

Sabirabadda 2 nəfər qarayaraya yoluxdu, 1-i öldü

Sabirabadda 2 nəfər qarayaraya yoluxdu, 1-i öldü

Hadisə

31 İyul 2019, 15:37

Sabirabad Mərkəzi Xəstəxanasının infeksiya şöbəsinə yüksək hərarətlə 2 nəfər müraciət edib.

 

Onlar hərarətlərinin soyuqdəymədən qalxmasını etimal ediblər. Lakin sonradan vəziyyətlərinin ağırlaşdığını görəndə qohumları xəstəxanaya müraciət etməyi qərarlaşdırıb.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a daxil olan məlumata görə, müayinə zamanı infeksion şöbənin müdiri Fazil Əliyev xəstələrdə qarayara olmasını etimal edib:

 

“Bu səbəbdən də alınan nümunələr İmişli Rayon Taun Əleyhinə Stansiyaya göndərib. Nümunələri öyrənən Taun Əleyhinə stansiyanın mütəxəssisləri qarayara xəstəliyi diaqnozunu təsdiqləyiblər. Diaqnozu bildikdə qohumları xəstələrin paytaxta aparmaq qərarına gəliblər. İyul ayının 25-i xəstələr ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə yerləşdiriliblər. İyul ayının 29-u xəstələrdən biri – 60 yaşlı kişi dünyasını dəyişib. Həkimlərin bildirdiyinə görə, yara ölənin sağ əlinin baş barmağında olub. Xəstəxanaya gətirilərkən xəstələr ağır vəziyyətdə olub. Hazırda ikinci xəstənin müalicəsi davam edir».

 

Rəsmi məlumata görə, bu xəstəlik, xəstə heyvanın emalı zamanı yoluxan infeksiyadır:

 

“İnsandan insana keçmir. Bu xəstəlikdən, 2014-cü ildə 10 nəfərdə, 2015-ci ildə 9 nəfərdə, 2016-cı ildə 10 nəfərdə, 2017-ci ildə 6 nəfərdə, 2018-ci ildə 9 nəfərdə, 2019-cu ildə 7 nəfərdə qeydə alınıb. Əvvəlki illərdə ölümlə nəticələnməyib”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir