Arxiv
6 Avqust 2019, 12:35 | HADİSƏ
Ekoloq Bakıdakı tozanağa görə dövlət qurumlarını İTTİHAM ETDİ

Avqustun 5-dən başlayan küləkli hava paytaxtda toz-dumanla müşahidə olunmaqdadır. Güclü külək nəticəsində havaya sovrulan toz dumanı insanlara göz açmağa imkan vermir. Buna səbəb isə Bakının dörd bir yanında yenidən start götürən “tikinti bum”unda müəyyən edilmiş qaydalara riayət edilməməsidir.


Məsələ ilə bağlı Modern.az-a danışan Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov bu məsələdə dövlət qurumlarını ittiham edib:


“Yaxşı olar ki, mənə ünvanladığınız bu sualları müvafiq dövlət qurumları cavablandırsın. Əgər Bakının meqapolisə çevrilməsinə, yeni parkların salınmasına, yeni binaların tikintisinə sərəncam veriblərsə, şəhərsalma qayda-qanunlarına riayət olunmasını da tələb etməlidirlər. Tikinti gedən ərazilərin hamısı hasara alınmalıdır. Qazıntı işləri aparılıbsa, ərazi mütəmadi olaraq sulanmalıdır ki, külək qalxanda tozu göyə sovurmasın. Mən dünən metronun “Xətai” stansiyasının yaxınlığındakı tozanağın fotolarını da çəkdim. İnanın toz-torpaqdan göz açmaq mümkün deyildi. Bu işlərə nəzarət edən qurumlar var, hansı ki, dövlət onlara vəsait ayırır. Niyə həmin orqanlar havayı pul alıb üzərlərinə düşən vəzifələri, öhdəlikləri yerinə yetirmirlər?!

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir dəfə cərimələyir, yaxud təşkilatı bağlatdırır, mətbuatda məlumat yayır. Amma bir dəfə cərimələyəndən sonra ikinci dəfə elə cərimə yazmalıdırlar ki, qayda pozanlar ömür boyu borcun altında qalsınlar. Belə olanda qayda-qanunu pozmağa cəhd belə etməzlər”.


Ekoloq qeyd edib ki, bu məsələlərdə Prezident yanında xüsusi nəzarət komitəsi daha diqqətli olmalıdır:

“Onların hamısı yüksək məbləğdə maaş alırlar. Camaat tozanaqdan gözünü aça bilmir. Dünənki tozanaqda bütün ev-eşik torpaq olub. Camaat işdən yorğun gəlib başlayıb evdən torpaq təmziləməyə. Bu belə davam edə bilməz”.

T.Zeynalov qeyd edib ki, sovet dövründə şəhərin təmizliyi indiki ilə müqayisədə həddindən artıq yüksək olub:


“Sovet vaxtı şəhərin küçələri su ilə yuyulurdu. Heç vaxt indiki hal müşahidə olunmurdu. İndi buna fikir verən də yoxdur. Bakı Şəhəri İcra Hakimiyyəti hara baxır?! Müəyyən olunmuş qaydalara riayət edilsəydi, külək zamanı iniki qədər tozanaq qalxmazdı. Əlbəttə, qayda-qanunlara riayət edilsəydi, siz də bu sualları mənə ünvanlamaq məcburiyyətində qalmazdınız”.

Mərkəz rəhbəri külək zamanı ağacların qırılması faktlarına da münasibət bildirib:

“Ağaclar fevral ayının axırında, torpaq oyanmamış budanmalıydı. Yaşlı ağacları qoruyub saxlamaq niyyətindədirlərsə, onlara dirək vurulmalıdır. Çünki bizim torpaqlarımız çox azdır. Torpaq qatının hündürlüyü 20-30 santimetr, bəzi yerlərdə 1 metrdir. Biz Rusiyada, Ukraynda deyilik ki, 10-15 metrlik torpaq qatımız olsun. Bizdəkilər suxurdur. Ağcların kökü ana suxura dirənir, başlayır kənaralara yayılmağa. Külək əsən kimi də dözmür”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dünyanın ən varlı insanlarından biri vəfat etdi 23 Avqust 2019, 21:02 ABŞ-dan Rusiyaya qarşı yeni sanksiyalar   23 Avqust 2019, 20:46 Bakıda kürəkən qayınanasını döyərək bu hala saldı - FOTOLAR 23 Avqust 2019, 20:33 İndoneziya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir 23 Avqust 2019, 20:16 Azərbaycan millisi çempionata qələbə ilə başladı 23 Avqust 2019, 20:04 Azərbaycanda bu məhsulların qiymətləri ucuzlaşdı - SİYAHI   23 Avqust 2019, 20:00 DYP hava ilə bağlı sürücülərə müraciət etdi  23 Avqust 2019, 19:49 Müdafiə Nazirliyindən İsrail dronları ilə bağlı AÇIQLAMA 23 Avqust 2019, 19:35 Aprel şəhidlərinin ailələri mərhum pilot Rəşad Atakişiyevin ailəsini ziyarət  ediblər 23 Avqust 2019, 19:20 Qəbələdə meşə yanğınına daha bir helikopter cəlb olundu - Video 23 Avqust 2019, 19:10 ETSN-dən əhaliyə müraciət: “Meşələrimiz hər birimizin evidir, xahiş edirik onu yanğından qoruyun!” 23 Avqust 2019, 19:00 Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi yekunlaşdı     23 Avqust 2019, 18:51 "Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir” - Əli Əhmədov 23 Avqust 2019, 18:40 JuHİ araşdırmaçı jurnalistlər üçün “Təhlükəsiz tədqiqat” seminarı təşkil edib - Foto 23 Avqust 2019, 18:30 “Nar+” ilə hesabınızı daha asan idarə edin!   23 Avqust 2019, 18:20 Azərbaycanın FIFA referisi Çempionlar Liqasının oyununa təyinat alıb 23 Avqust 2019, 18:11 İlham Əliyev Vladimir Zelenskini təbrik etdi 23 Avqust 2019, 17:59 İstirahət günlərinin HAVASI – Yağış yağacaq, şimşək çaxacaq 23 Avqust 2019, 17:43 Növbəti 3 gün üçün manatın məzənnəsi 23 Avqust 2019, 17:37 “Sərhədçilərimizin irəli çəkdiyi yeni mövqelərə qalxdıq” - Qarabağ veteranı Qazaxda gördüklərindən DANIŞDI 23 Avqust 2019, 17:35 Qəbələdəki yanğınlara helikopter və təyyarə cəlb edilib 23 Avqust 2019, 17:34 “Relaks”da vergi yoxlamaları dayandı? - İcra hakimiyyətindən AÇIQLAMA 23 Avqust 2019, 17:24 Siyavuş Novruzov Facebook-a gəldi: “Sosial mediada olmağa qərar verdim” 23 Avqust 2019, 17:15 Peşə məktəblərinə sənəd qəbulunun II turu keçiriləcək 23 Avqust 2019, 17:10 Bakıda 50 ədəd şam ağacı yandı 23 Avqust 2019, 16:57 ADU-ya qəbul olunan imkansız tələbə: “Heç ümidim yox idi...” - FOTO 23 Avqust 2019, 16:49 Dövlət Komitəsində Füzuli və Cəbrayılın işğalı günü anıldı 23 Avqust 2019, 16:46 “Gəncə işi”nə görə tutulanlardan biri azad olundu 23 Avqust 2019, 16:38 Putin Ərdoğanla İdlibi müzakirə etdi 23 Avqust 2019, 16:35 Sabah Fransada G7 sammiti başlayacaq 23 Avqust 2019, 16:31 Şəmkirdə 31 yaşlı kişi küçədə bıçaqlandı 23 Avqust 2019, 16:19 Sülhün Səfiri - Etibar Cəbrayıloğlu YAZIR 23 Avqust 2019, 16:10 Yol polisindən sürücülərə XƏBƏRDARLIQ - “Bu günlərdə səfərə çıxmayın!” 23 Avqust 2019, 16:05 Bir şəklin tarixçəsi: Qabil, Xəlil Rza, Tofiq Bayram “Sonuncu dərviş”in evində… 23 Avqust 2019, 15:50 Bəşəriyyəti Dünya müharibəsi ilə üzbəüz qoyan müqavilədən 80 il ötür - TARİX 23 Avqust 2019, 15:34