Modern.az

Həyat yoldaşını boğdu, sonra boğazını kəsdi - DƏHŞƏT

Həyat yoldaşını boğdu, sonra boğazını kəsdi - DƏHŞƏT

Hadisə

10 Avqust 2019, 11:25

Ankarada poçt xidmətində məmur işləyən 48 yaşlı qadın əri tərəfindən öldürülüb.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 2 uşaq anası olan Hülya Yıldız ərindən boşanmaq üçün dava açmışdı. 56 yaşlı Mehmet Yıldıza  həyat yoldaşını ölümlə hədələdiyi üçün məhkəmə qadından uzaqlaşmaq qərarı da verib.

 

Bir neçə gün əvvəl Mehmet Yıldız həyat yoldaşının evinə gələrək mübahisə yaradıb. Mübahisə əsnasında qadının başına selofan torba keçirərək onu boğmağa çalışan ər, boğduqdan sonra evdəki küt alətlərlə dəfələrlə zərbə endirərək boğazını kəsib. Qadın  aldığı zərbələrdən dolayı hadisə yerindəcə dünyasını dəyişib. Cinayəti törətdikdən sonra  evdən uzaqlaşan Mehmet Yıldızı hazırda polis əməkdaşları axtarır.

 

Əzizə ZEYNAL

 

 

.. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu