Bu gün UEFA Avropa Liqasının 3-cü təsnifat mərhəəsinin cavab oyunlarına start veriləcək.
Modern.az xəbər verir ki, ilk oyun günündə 3 görüş keçiriləcək.
Çempionlar Liqasında mübarizə aparan təmsilçimiz “Qarabağ”ın Avroliqanın pley-offundakı potensial rəqibəri də bu gün müəyyənləşəcək.
Ağdam klubu APOEL səddini aşa bilməsə, Avropa Liqasının pley-offunda "Sutyeska" (Monteneqro) - "Linfild" (Şimali İrlandiya) duelinin qalibi ilə qüvvəsini sınayacaq. Şimali İrlandiya təmsilçisi səfərdəki görüşdə 2:1 hesablı qələbə qazanıb. Bugünkü matç isə “Linfild”in meydanında olacaq.
13 avqust
Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunları
20:00. "Nomme Kalyu" (Estoniya) - "Düdelanj" (Lüksemburq)
İlk oyun - 1:3
22:45. "Linfild" (Şimali İrlandiya) - "Sutyeska" (Monteneqro)
İlk oyun - 2:1
23:00. "Dandolk"(İrlandiya) - "Slovan" (Slovakiya)
İlk oyun - 0:1