Arxiv
14 Avqust 2019, 12:53 | AKTUAL
Soçi görüşü niyə təxirə düşdü? - Ekspertlər İran amilini önə çəkir

Xəbər verdiyimiz kimi, Rusiya, Azərbaycan və İran prezidentləri Vladimir Putin, İlham Əliyev və Həsən Ruhani arasında keçiriləcək Soçi görüşü təxirə salınıb. 

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Rusiya, Azərbaycan və İran prezidentlərinin bu həftəyə planlaşdırılmış Sammiti texniki səbəblərə görə başqa vaxta keçirilir”, - deyə D.Peskov bildirib.

 

Prezidentlərin Soçi görüşünün gerçəkləşməməsinə səbəb Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyalar ola bilərmi?

Sayca 3-cü olan Soçi görüşünün  əhəmiyyəti nədir? Hər hansı sənədin imzalanması nəzərdə tutulubmu?

 

Modern.az saytı prezidentlərin Soçi görüşünün təxirə salınmasının səbəblərini  ekspertlərlə müzakirə edib.

 

Politoloq Zərdüşt Əlizadə Soçi görüşünün təxirə salınmasına dair ehtimalların  çox olduğunu bildirib:


“Ehtimallardan biri odur ki, Amerika və İsrail İrana qarşı hər hansı hərbi əməliyyatlara başlamaq fikrindədir. Təbii, bu məsələdən Rusiya xəbərdardır. Görünür, məsələni kənarda saxlamaq üçün görüşün təxirə salınmasını məsləhət görüb. Hər halda, bu da bir ehtimaldır. İkincisi, görünən odur ki, daha vacib bir iş olduğu üçün görüş təxirə salınıb. Ümumilikdə, bu görüşün keçirilməsinin əhəmiyyəti böyükdür”.

 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Rusiya Amerikanın İrana sanksiyalar tətbiq etməsi məsələsində İrana dəstək versə də, heç də kömək etməyi düşünmür:

 

“Rusiya və İran arasında sıx əlaqələr mövcuddur. Rusiyalı rəsmilər iranlı həmkarları ilə tez-tez görüşürlər. Məsələn, Amerika İrana sanksiyalar elan edəndən sonra İranın xarici işlər naziri Rusiyaya səfər edərək, Putinlə görüşmüşdü. Rusiya prezidenti Putin də İrana mesaj göndərdi ki, bütün problemlərin həllini məndən gözləməyin. Dolayı yolla izah etdi ki, “yanğınsöndürən maşın deyilik ki, hər yerə qaçaq”. Bu, İranın rəsmilərinə də bəllidir. Azərbaycanla  Rusiyanın münasibətləri normaldır. Rusiyanın bildirdiyinə görə, görüşün təxirə salınması sırf texniki məsələlərlə bağlıdır”.

 

Ekspert  Rusiyanın görüşün təxirə salınmasına səbəb kimi texniki məsələni bəhanə gətirdiyini  ehtimal edir:


Məndə də müəyyən suallar var. Əgər sırf texniki məsələlərlə bağlıdırsa, bir neçə gün sonra Putin Fransaya səfər edəcək və prezident Makronla görüşəcək. Sual olunur: Əgər Putin çox yorğundursa, o  zaman Fransaya niyə gedir?! Bu məsələnin bir tərəfidir.  Məsələnin digər tərəfi odur ki, prezidentlərin Soçi görüşü Putinin çox da vaxtını almayacaqdı. Bir neçə saatlıq diskussiya və heç bir çağırış da olmayacaqdı. Bu görüş İranın özü üçün də lazımdır. Çünki İran sanksiyalar əhatəsindədir. Sanksiyalardan qurtulmaq üçün qonşu dövlətlərlə, o cümlədən Rusiya və Azərbaycanla əməkdaşlığın inkişafına can atır. Azərbaycan üçün də ona görə vacibdir ki, Şimal-cənub qaz dəhlizi işə düşməlidir. Soçi görüşündə Qarabağ məsələsi müzakirə olunmayacaq. Çünki Rusiya və İranın bu məsələyə maraq göstərəcəklərinə inanmıram. Görünür, bu görüş Rusiya prezidentinin o qədər də marağında olmayıb. Hazırda Rusiyanın problemləri başından aşır. Düşünürəm ki, ya ilin sonuna qədər, yaxud da yaxın aylarda Soçi görüşü baş tutsun.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ön cəbhə ilə əlaqəsini kəsməyən Qusar - FOTO 28 Oktyabr 2020, 18:03 Türkiyə XİN-dən həmsədrlərə çağırış - Ermənistana reaksiya verin 28 Oktyabr 2020, 18:00 Dolların məzənnəsi sabit qaldı 28 Oktyabr 2020, 17:54 Azərbaycan Ordusu irəliləyir - VİDEO 28 Oktyabr 2020, 17:50 Pakistanın Azərbaycandakı səfiri Bərdə terrorundan YAZDI 28 Oktyabr 2020, 17:44 Türkiyədə Polad Həşimovun adı verilən parkın açılışı oldu - FOTO 28 Oktyabr 2020, 17:38 Ermənistan mülki insanları qətlə yetirməyə davam edir - Türkiyə Müdafiə Nazirliyi 28 Oktyabr 2020, 17:33 XİN Bərdənin vurulması ilə bağlı bəyanat yaydı 28 Oktyabr 2020, 17:30 “Ali Baş Komandanımızdan sülh istəyənlər Bərdədəki səhnəni görməlidirlər” - Zahid Oruc 28 Oktyabr 2020, 17:24 Azərbaycan 80 yaşlı erməniləri qoruyur, Ermənistan onlardan imtina edir 28 Oktyabr 2020, 17:18 Həftə sonları 8 şəhər və 13 rayonda ictimai nəqliyyat işləməyəcək - RƏSMİ 28 Oktyabr 2020, 17:12 Fransada türklər və ermənilər arasında DAVA 28 Oktyabr 2020, 17:06 Daha 1 şəhərə və 2 rayona giriş-çıxış BAĞLANIR 28 Oktyabr 2020, 17:00 Azərbaycanda xüsusi karantin rejimi dekabrın 1-dək UZADILDI 28 Oktyabr 2020, 16:55 Bərdədə 26 nəfər ölüb - Baş Prokurorluq 28 Oktyabr 2020, 16:49 “Qarabağda qırmızı xətt keçilsə, atamın oğlu da olsa, gözünə baxmaram” - Ərdoğan 28 Oktyabr 2020, 16:43 Astarada evi tərk edən koronavirus xəstəsi saxlanıldı 28 Oktyabr 2020, 16:37 Prezident daha 13 kəndin işğaldan azad olunduğunu xəbər verdi - SİYAHİ 28 Oktyabr 2020, 16:32 Ermənistanda vətəndaşların əmlakı ordu üçün müsadirə olunacaq 28 Oktyabr 2020, 16:27 Prezidentdən XƏBƏRDARLIQ - Bərdə sakinlərinin qisası yerdə qalmayacaq 28 Oktyabr 2020, 16:22 Azərbaycanda koronavirus: 988 yeni yoluxma, 11 ölüm 28 Oktyabr 2020, 16:20 Ermənistan Tərtəri Qrad-dan atəşə tutur - YENİLƏNİB  28 Oktyabr 2020, 16:20 Daxili Qoşunların hərbi qulluqçuları təcili Bərdəyə ezam olunublar 28 Oktyabr 2020, 16:17 Bərdədə həlak olanlardan biri FHN-in əməkdaşıdır 28 Oktyabr 2020, 16:14 Baş Prokurorluq: Bərdədə ölənlərin sayı 21-ə yüksəldi - YENİLƏNİB 28 Oktyabr 2020, 16:10 "Prezidentimiz dünya miqyasında Azərbaycanın informasiya savaşının da şəksiz sərkərdəsidir"   28 Oktyabr 2020, 16:08 Azad olunmuş rayonlarda öncə təhsil ocaqları bərpa ediləcək - Şahlar Əsgərov 28 Oktyabr 2020, 16:03 Zəngilanda erməni xüsusi təyinatlıları darmadağın edildi - VİDEO 28 Oktyabr 2020, 16:00 Livan və Suriya erməniləri Qarabağdan QAÇIR 28 Oktyabr 2020, 15:57 Erməni hərbçlər belə məhv edildi - VİDEO 28 Oktyabr 2020, 15:52 Gəncədə koronavirusla bağlı maarifləndirmə tədbirləri davam etdirilir - FOTO 28 Oktyabr 2020, 15:47 Azərbaycan hökuməti Facebook-a müraciət edib 28 Oktyabr 2020, 15:42 Bu universitetə daxil olan tələbələrdən 50 nəfəri 600-dən çox bal toplayıb   28 Oktyabr 2020, 15:36 Bərdədə ölənlərin sayı 20-yə çatıb - Hikmət Hacıyev 28 Oktyabr 2020, 15:30 Sabah Tofiq Yaqublunun apellyasiya şikayətinə baxılacaq 28 Oktyabr 2020, 15:25