Arxiv
14 Avqust 2019, 14:08 | AKTUAL
Azərbaycan tankçılarından uğurlu çıxış - erməniləri geridə qoydular

Moskva vilayətinin Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçirilən tank biatlonu müsabiqəsində iştirak edən Azərbaycan tankçıları finala bir pillə də yaxınlaşıb.

 

Birinci divizionun ilk yarışında Azərbaycan, Qazaxıstan, Çin və Serbiya komandaları iştirak ediblər. Yağışlı və küləkli əlverişsiz hava şəraitinə baxmayaraq tankçılarımız qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəliblər. Yarışın nəticələrinə əsasən estafeti birinci yerdə Qazaxıstan, ikinci yerdə Azərbaycan, üçüncü yerdə Çin və dördüncü yerdə Serbiya komandası başa vurub. Ermənistan isə finala çıxmağı bacarmayıb.

 

Bununla bağlı Azərbaycan Silahlı Qüvvələrinin ehtiyyatda olan polkovniki Şair Ramaldanov Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin mütəxəssisləri hər hansı bir yarışda iştirak edirsə onlar həmişə birincilər sırasındadır.

 

“Qazaxıstanda da Azərbaycan ilk beşlikdə özünəməxsus yer tutmuşdu. Bundan əvvəl də Azərbaycanın xüsusi təyinatlıları Türkiyədə 28 ölkə içində birinci yer qazanıb. İndi də tank biatlonu deyilən yarışlarda Azərbaycan artıq finala vəsiqə qazanıb. Burda təəccüblü bir şey yoxdur. Bu bizim hazırlğımızın nümuməsidir. Bilirsiniz ki, Azərbaycan ordusu peşəkarlığa doğru gedir. Yəni burda 70%-dən çox mütəxəssis müqavilə əsasında xidmət edənlərdir. Onların da seçiminə və hazırlığına çox ciddi yanaşılıb. Sonra da döyüş hazırlığı zamanı peşəkarlığın artırılması ilə məşğuldurlar. Və bu peşəkarlığın artırılmasının nəticəsi olaraq həmin bu yarışlarda digər dövlətlərin silahlı qüvvələri ilə özümüzü sınayıb görürük ki, sınaqdan çox yaxşı çıxırıq, müvəffəqiyyətlər qazanırıq”.

 

Şair Ramaldanov qeyd edib ki,bu kimi yarışlarda Azərbaycanın birncilik qazanması, fərqlənməsi onun nüfuzunu artırır.

“Bizim bu yarışda finala yaxınlaşmağımız həm beynəlxaq ictimaiyyətdə, beynəlxalq səviyyədə, həm də bizim bədxah qonşularımıza göstərir ki, Azərbaycan hansı mütəxəssislərlə təmin olunub. Yəni ancaq silah, sursat, pul gücünə, ən müasir texnika alması ilə yox, həmin o texnikanı intelektual cəhətdən inkişaf etmiş mütəxəssislər tərəfindən idarə olunması Azərbaycan üçün əhəmiyyətlidir.Nəinki idarə olunması, hətta digər dövlətlərin silahlı qüvvələri ilə belə yarışa biləcək qabiliyyətə malik olması ölkəmiz üçün böyük əhəmiyət daşıyır. Yarışlarda Azərbaycan 50 ən güclü silahlı qüvvələrə malik dövlətlər içində öz məharətini daim layiqincə göstərir”.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Zelenski: “Rusiya Ukrayna-Qərb münasibətlərini sınağa çəkir” 13 Aprel 2021, 10:41 Təyyarəçi olmaq istəyən jurnalist - Osman Mirzəyev - FOTOLAR 13 Aprel 2021, 10:36 İlham Əliyev: “Azad etdiyimiz ərazilərdəki dağıntılar gözlədiyimizdən də artıq idi” 13 Aprel 2021, 10:32 Agentlik nöqsanlar aşkarlanan restoranı BAĞLADI 13 Aprel 2021, 10:28 “Sərt karantin tədbirlərinin tətbiq olunmaması məqsədəuyğundur” - Vüqar Bayramov 13 Aprel 2021, 10:22 “Münaqişədən sonrakı inkişafla bağlı hələ çox məsələlər var” - Prezident 13 Aprel 2021, 10:17 Qarabağda 13 hidroloji stansiya quraşdırılacaq 13 Aprel 2021, 10:12 “Ramazan ayı ötənilki qaydalar çərçivəsində keçiriləcək” - Hacı Şahin 13 Aprel 2021, 10:06 Qafqaz Müsəlmanları İdarəsində seçkilər: gündəmdə deyil 13 Aprel 2021, 10:00 Prezident universitetdə çıxış edir - CANLI 13 Aprel 2021, 09:54 Ötən gün 8 koronavirus xəstəsi yaxalandı, 3 nəfərə cinayət işi açıldı 13 Aprel 2021, 09:48 DİM bu tarixlərdə 25 şəhər və rayonda buraxılış imtahanı keçirəcək 13 Aprel 2021, 09:42 Azərbaycanda yaşa görə pensiya alanların sayı AÇIQLANDI 13 Aprel 2021, 09:36 Niyaməddin Musayev xəstəxanadan evə buraxıldı 13 Aprel 2021, 09:30 Oruc tutmaq koronavirusa yoluxmaq ehtimalını artırır? 13 Aprel 2021, 09:24 Deputatlar bu gün 9 məsələyə görə TOPLAŞIR 13 Aprel 2021, 09:18 Neftin bahalaşması davam edir 13 Aprel 2021, 09:12 "İnstaqram"ın işində problem yarandı 13 Aprel 2021, 09:06 Çində koronavirusla bağlı SON VƏZİYYƏT 13 Aprel 2021, 09:00 Siyəzəndə 18 yaşlı qız su kanalında batıb 13 Aprel 2021, 08:52 Manatın xarici valyutalara qarşı MƏZƏNNƏSİ 13 Aprel 2021, 08:45 ABŞ-ın yeni Müdafiə naziri qadın olacaq 13 Aprel 2021, 08:38 Bir qrup jurnalist Cəbrayıl və Qubadlıya getdi 13 Aprel 2021, 08:30 Ürək krizi keçirən xəstəyə ilk tibbi yardım 13 Aprel 2021, 08:22 Çavuşoğlu ilə ABŞ-ın Dövlət Katibi arasında telefon danışığı olub 13 Aprel 2021, 08:15 Bu gündən MİQ üzrə növbəti onlayn müsahibələrə start verilir 13 Aprel 2021, 08:08 Toy mərasimi keçirmək istəyən 12 nəfər cərimələndi 13 Aprel 2021, 08:00 Xankəndidə ofis yeri yox, İcra Hakimiyyəti binası axtarılmalıdır... 13 Aprel 2021, 07:54 Azərbaycanda bu şəxslərin maaşı iki dəfə artırılır 13 Aprel 2021, 01:00 Hindistan Rusiya peyvəndindən də istifadə edəcək 13 Aprel 2021, 00:47 Türkiyə xüsusi təyinatlılarının gecə paraşütlə tullanma görüntüləri - VİDEO 13 Aprel 2021, 00:32 Teledərslərin bu günə olan CƏDVƏLİ 13 Aprel 2021, 00:16 Türkiyədə yeni yoluxmaların 85 faizini “Britaniya” ştammı təşkil edir - Nazir 13 Aprel 2021, 00:02 Sülhməramlılar erməniləri Gəncəsərə də APARDI 12 Aprel 2021, 23:49 Peskovdan Türkiyə açıqlaması 12 Aprel 2021, 23:32