Arxiv
19 Avqust 2019, 17:01 | ÖLKƏ
“Relaks” istirahət mərkəzindəki dava ilə bağlı rəsmi MƏLUMAT - Deputatın oğlu və qardaşı oğlu həbs olundu

Baş Prokurorluq, Daxili İşlər və Vergilər nazirlikləri Lerikdəki “Relaks” istirahət və turizm mərkəzində baş vermiş insidentlə bağlı birgə məlumat yayıb.

Modern.az-a daxil olan birgə məlumata görə, Vergilər Nazirliyi vergidənyayınma ehtimalı yüksək olan hallarda vergi nəzarəti tədbirləri həyata keçirir. Avqustun 16-da belə tədbirlərin Relaks” istirahət və turizm mərkəzində də həyata keçirilməsi planlaşdırılıb.

Nəzarət tədbirinin həyata keçirilməsinə istirahət mərkəzindən dövlət büdcəsinə ödənilən vergilərin kəskin şəkildə azalması səbəb olub. Belə ki, faktiki sahəsi 14 hektardan çox olan və qonaqların qalması üçün 142 nömrədən ibarət istirahət mərkəzində müxtəlif təyinatlı 20 obyektin fəaliyyət göstərməsinə baxmayaraq, 2018-ci ildə cəmi 10 min 726 manat, 2019-cu ilin ötən dövrü ərzində isə 972 manat məbləğində vergi ödənilib. Bundan başqa, “Relaks” istirahət mərkəzi vahid idarəetmə sisteminə malik olmasına baxmayaraq, vergidənyayınma məqsədi ilə buradakı obyektlər ayrı-ayrı vergi ödəyicilərinin adına rəsmiləşdirilib, bir sıra obyektlər vergi orqanında uçota alınmadan fəaliyyət göstərib.

İstirahət mərkəzində fəaliyyət göstərən vergi ödəyicilərinə vergi qanunvericiliyinin tələblərinə əməl olunmasının zəruriliyi, mövcud çatışmazlıqların və vergidənyayınma hallarının aradan qaldırılması haqqında dəfələrlə xəbərdarlıq edilsə də, buna məhəl qoyulmayıb.


Bu səbəbdən real vergi potensialının müəyyən edilməsi məqsədilə Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən istirahət mərkəzində fəaliyyət göstərən vergi ödəyicilərinə məxsus obyektlərdə xronometraj və digər operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilib.


Avqustun 16-da nəzarət tədbirlərini həyata keçirmək üçün təsərrüfat subyektinə gələn Vergilər Nazirliyinin əməkdaşları burada müqavimətlə üzləşib, onlara qanuni fəaliyyətini həyata keçirlməsinə maneələr törədilib. Aparılmış izahat və məlumatlandırma tədbirlərinə, yoxlamanın keçirilməsi barədə müvafiq qərarların təqdim edilməsinə baxmayaraq, vergi əməkdaşlarının əraziyə daxil olmasına imkan verilməyib. Hadisə yerinə gəlmiş Lerik rayon Polis Şöbəsinin əməkdaşlarının, eləcə də Lerik rayon İcra Hakimiyyəti nümayəndələrinin də məsələyə müdaxiləsi müsbət nəticə verməyib, istirahət mərkəzinin vəzifəli şəxsləri kimi özünü təqdim etmiş şəxslər vergi əməkdaşları və polis işçilərinə hücum təşkil edərək onlara müxtəlif xəsarətlər yetirib, bundan başqa Vergilər Nazirliyinin xidməti istifadəsində və nazirlik əməkdaşlarının şəxsi istifadələrində olan avtomaşınlara daş parçaları ilə zədələr yetiriblər.

Həmin faktla bağlı cinayət işi başlanıb, təcrübəli polis və prokurorluq əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb, eləcə də Baş Prokurorluğun, Vergilər və Daxili İşlər nazirliklərinin vəzifəli şəxsləri rayona ezam olunublar.


Hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyi və Baş Prokurorluq tərəfindən vəziyyət dərhal nəzarətə götürülüb, operativ tədbirlər həyata keçirilməklə ictimai asayiş bərpa olunub, vergi əməkdaşlarının “Relaks” istirahət mərkəzində vergi nəzarəti tədbirinin keçirilməsinə zəruri şərait təmin edilib.


Cinayət işi üzrə kriminalistik texniki vasitələrdən istifadə olunmaqla hadisə yerinə foto və videoçəkiliş aparılmaqla baxış keçirilib, hadisələrin baş vermə məkanı fiksasiya olunub, maddi sübutlar götürülüb, hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, məhkəmə-tibbi, məhkəmə-əmtəəşünaslıq, məhkəmə-trasoloji ekspertizalar təyin edilib.

İş üzrə istirahət mərkəzinin təşkilati-sərəncamverici və inzibati funksiyaları yerinə yetirən vəzifəli şəxsləri - Nərimanlı Mirhəmid İqbal oğlu (deputatın oğlu-red.), Nərimanlı Orxan Çingiz oğlu (deputatın qardaşı oğlu-red.), Əsgərov Pərviz Əvəzoviç, İmanov Famil Kamran oğlu, Şahverdiyev Rahim Bəhlul oğlu və Abbasov Amir Nağızadə oğlu Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi üzrə bütün xüsusatların, əməllərində cinayət tərkibi olan şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Hazırda “Relaks” istirahət və turizm mərkəzində bütün obyektlər normal fəaliyyət göstərir, qonaqlar rahat şəkildə istirahət edir, eyni zamanda vergi nəzarəti tədbirləri adi rejimdə aparılır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Fişəng fabrikindəki partlayışda ölü sayı artdı - VİDEO 4 İyul 2020, 00:53 Böyük Britaniyada koronavurudan 137 nəfər öldü 4 İyul 2020, 00:41 “İki gün ev şəraitində müalicə alıb, qızdırması düşmüşdü” - Etibar Babayevin xanımı 4 İyul 2020, 00:29 16 şəhər və rayonda iki günlük ictimai nəqliyyatın fəaliyyəti dayandırılır 4 İyul 2020, 00:16 Bakı metrosu bu gündən iyulun 20-dək İŞLƏMƏYƏCƏK 4 İyul 2020, 00:04 DOST mərkəzləri xüsusi karantin günlərində də fəaliyyət göstərəcək 3 İyul 2020, 23:56 Bərdədə 7 yaşlı uşaq bacısını öldürdü 3 İyul 2020, 23:43 Prezident yazıçı-dramaturq, şair Əmir Pəhləvana ev bağışladı 3 İyul 2020, 23:31 Bərdədə yol kənarında meyvə-tərəvəz satan şəxsi avtomobil vurdu 3 İyul 2020, 23:21 Daha həkim koronavirusdan öldü 3 İyul 2020, 23:06 Xəlifəlik qurmaq istəyənlər yaxalandı 3 İyul 2020, 22:53 “Fəxri ad davası aparan elə adamlar var ki, jurnalistikanın baş hərfindən xəbəri yoxdur” - Baş redaktor 3 İyul 2020, 22:46 Rusiya ölkəyə miqrantların axınında maraqlıdır 3 İyul 2020, 22:33 Azərbaycan vətəndaşı Gürcüstanda qətl törədib 3 İyul 2020, 22:19 Minsk qrupu xalqları müharibəyə hazırlayır 3 İyul 2020, 22:07 Türkiyədə 178 278  nəfər koronavirusdan sağalıb 3 İyul 2020, 21:54 Saatlı sakini intihar edib 3 İyul 2020, 21:37 Milyonlarla vəsait əldə edən şirkətlərin BENEFİSİAR SAHİBİ 3 İyul 2020, 21:23 Birinci xanım koronavirusdan sağaldı 3 İyul 2020, 21:09 Hindistanda yerli koronavirus vaksininin sınaqları başlayır 3 İyul 2020, 20:49 Yaponiyada koronavirusa yoluxanların sayı 20 mini ötdü 3 İyul 2020, 20:33 Xarici işlər naziri koronavirusa YOLUXDU 3 İyul 2020, 20:16 Mehriban Əliyeva şəhid ailəsinin mənzil problemini həll etdi - FOTOLAR 3 İyul 2020, 20:00 “Şərəfi olan adam vəzifədən asılı olmayaraq şərəfsizlik eləmir” - MÜSAHİBƏ 3 İyul 2020, 19:40 Vətəndaşların nəzərinə - “ASAN xidmət” və  “ASAN Kommunal” 4 gün işləməyəcək 3 İyul 2020, 19:32 Yeni tədris ili avqustun 31-dən başlayacaq - Türkiyədə 3 İyul 2020, 19:24 Saatlının su problemi nəzarətə götürüldü 3 İyul 2020, 19:17 “Qanun dəyişməyincə, kamera vasitəsilə cərimə yazılmayacaq” - Rəsmi 3 İyul 2020, 19:10 Apteklərdə dərman çatışmazlığı var? - Prezidentin köməkçisindən cavab 3 İyul 2020, 19:01 Baş redaktor koronavirusdan sağaldı 3 İyul 2020, 18:58 Krediti olanlara güzəşt ediləcək? - AÇIQLAMA 3 İyul 2020, 18:55 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəsi artırıldı 3 İyul 2020, 18:50 TƏBİB sədri özəl xəstəxanalardan narazıdır - məlumatlar bizə gec daxil olur 3 İyul 2020, 18:45 Şeyx din xadimlərini topladı - FOTO 3 İyul 2020, 18:42 Şahmar Mövsümov:Testin özünün etibarlılığı 70 faizdir 3 İyul 2020, 18:36