Modern.az

İtaliyanın baş naziri istefa verdi

İtaliyanın baş naziri istefa verdi

Dünya

20 Avqust 2019, 18:20

İtaliyanın baş naziri Cüzeppe Konte istefa verib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o bu barədə Senatda çıxışı zamanı deyib. Senatorlar bu gün keçirdikləri iclasda hökumət böhranını müzakirə ediblər və baş nazir Cüzeppe Kontenin hesabatını dinləyiblər.

Hökumət rəhbəri baş nazirini müavini və “Şimal Liqası”nın sədri Matteo Salvini sərt tənqid edib. Sonra 14 ay ərzində hökumətin gördüyü işləri sadalayıb və sonda prezidenti istefası barədə məlumatlandırdığını elan edib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi