Arxiv
20 Avqust 2019, 20:49 | AKTUAL
Dövlət Gömrük Komitəsindən iddialara CAVAB

Ötən gün sosial şəbəkələrdə yayımlanan videoreportajda Azərbaycandan Rusiya Federasiyasına sərnişin avtobusları ilə yük və sərnişin daşıyan bir qrup sürücü tərəfindən Dövlət Gömrük Komitəsinə qarşı əsassız ittihamlar irəli sürülüb.

Komitədən Modern.az-a verilən məlumata görə, həmin şəxslər Rusiya Federasiyasına gedərkən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunda əsassız yoxlamalara məruz qaldıqlarını, gömrük-keçid məntəqəsində maneələrlə üzləşdiklərini və qarşılaşdıqları problemlərlə bağlı gömrük orqanlarına ünvanladıqları müraciətlərə əhəmiyyət verilmədiyini iddia edirlər.

DGK bildirir ki, irəli sürülən iddialar əsassızdır və sürücülərə gömrük-keçid məntəqəsində maneələr yaradılması ilə bağlı fikirlər həqiqəti əks etdirmir.

Belə ki, sərnişindaşıma sahəsində fəaliyyət göstərdiklərinin deyən həmin şəxslər, əslində əksər hallarda qanunsuz ticarətlə məşğul olur, gömrük qanunvericiliyinin tələblərini pozurlar. Komitənin aiddiyyəti qurumları tərəfindən həyata keçirilən gömrük nəzarəti zamanı sözügedən avtobuslarda dəfələrlə kommersiya təyinatlı mallar aşkar edilib. Qanunvericiliyə uyğun olaraq, sürücülərdən mallara dair sənədlər tələb olunsa da, onlar həmin malların sərnişinlərə aid olduğunu iddia edir və qanunlara əməl etməkdən yayınmağa çalışırlar. Üstəlik, həmin nəqliyyat vasitələrində əksər hallarda qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinə cəhd göstərilən mallar aşkar edilib. Cari ilin aprel ayında bu nəqliyyat vasitələrindən birində gömrük orqanına bəyan olunmayan 660 kq heyvan mənşəli məhsullar, may ayında 1 kiloqrama qədər gümüşdən hazırlanan zərgərlik məmulatları, başqa bir nəqliyyat vasitəsindən isə iyun ayında 10000 ədəd siqaret aşkar edilərək götürülüb.

Mövcud qanunvericiliyə görə, ixrac edilən kommersiya təyinatlı mallar müvafiq sənədlərlə birlikdə gömrük orqanına rəsmən bəyan edilməlidir və istisnalar nəzərə alınmaqla, ixrac edilən mallara görə hər hansı rüsum nəzərdə tutulmur.

Sürücülərin müraciətlərinə gömrük orqanlarının etinasız yanaşmasına gəlincə isə, avqustun 19-da, yəni bir gün əvvəl saat 12:50-də 10-15 nəfərdən ibarət bir qrup şəxs Dövlət Gömrük Komitəsinin Vətəndaşların qəbulunun təşkili bölməsinə müraciət edib. Daxil olan müraciətə dərhal cavab verilib, saat 13:00-da 4 nəfərdən ibarət nümayəndə heyəti Komitənin səlahiyyətli şəxsləri tərəfindən dinlənilərək onlara sərhədkeçmə prosesində qarşılaşdıqları problemlərin səbəbi ətraflı izah olunub.

Gələcəkdə analoji halların baş verməməsi üçün həmin şəxslər qanunvericiliyin tələbləri barədə məlumatlandırılıb, daşıdıqları malların müvafiq sənədlərlə təmin olunmasının vacibliyi diqqətə çatdırılıb və onların sualları ətraflı cavablandırılıb.

Lakin qəbulda olan nümayəndə heyətinin üzvlərinə verilən cavabı gözləmədən, Komitənin inzibati binasının qarşısındakı sürücülərdən bəziləri dırnaqarası media nümayəndələrinə gömrük orqanının və onun əməkdaşlarının fəaliyyətilə bağlı həqiqətə uyğun olmayan açıqlamalar veriblər.

DGK xatırladır ki, hər hansı fakta söykənmədən, rəsmi tərəfin mövqeyi öyrənilmədən gömrük orqanlarının fəaliyyətinə kölgə düşürən məlumatların yayımlanması yolverilməzdir və qanun qarşısında məsuliyyət yaradır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan nefti ucuzlaşdı 18 Sentyabr 2019, 23:43 Davudoğlunun daha bir adamı AKP-dən getdi 18 Sentyabr 2019, 23:29 Hökumət hərbi xərcləri artırır 18 Sentyabr 2019, 23:14 “Qalatasaray” heç-heçəyə razılaşdı 18 Sentyabr 2019, 22:56 Yenidən  dollar böhranı yaşanır 18 Sentyabr 2019, 22:42 Bakıda yeniyetmə anasına mesaj yazanı bıçaqladı 18 Sentyabr 2019, 22:30 Federal Ehtiyatlar Sistemindən dollarla bağlı mühüm qərar 18 Sentyabr 2019, 22:16 ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edir 18 Sentyabr 2019, 22:00 Hamilə qadın toy günü öldü - FOTO, VİDEO 18 Sentyabr 2019, 21:59 Goranboyda avtomobil qaz kəmərinə çırpıdı: 1000 ev qazsız qaldı 18 Sentyabr 2019, 21:48 Deputat beynəlxalq tədbirdə Qarabağdan danışdı 18 Sentyabr 2019, 21:36 Jurnalist təşkilatı maarafləndirməyə başlayıb 18 Sentyabr 2019, 21:22 Ukraynalı torpaqları azad etmək üçün bütün ölkəni ayağa qaldırdı - FOTO 18 Sentyabr 2019, 21:13 İldırım vurması nəticəsində17 nəfər öldü 18 Sentyabr 2019, 20:47 Polis rəisinin avtomobili partladıldı 18 Sentyabr 2019, 20:30 “Sona qədər mübarizə aparacağıq” - Qurban Qurbanov 18 Sentyabr 2019, 20:16 Şura Şirvan və Xaçmazda təlim keçib - FOTO 18 Sentyabr 2019, 20:02 Leyla Əliyeva abadlaşdırılan növbəti həyətin AÇILIŞINDA 18 Sentyabr 2019, 19:53 Elmar Məmmədyarov italiyalı həmkarı ilə görüşdü 18 Sentyabr 2019, 19:42 Polisi təhqir edən sürücü həbs olunub   18 Sentyabr 2019, 19:36 Ağstafada göl ətrafında raket, mərmi tapılıb 18 Sentyabr 2019, 19:16 Goranboyun başçısı səyyar qəbul keçirdi 18 Sentyabr 2019, 19:02 Politoloq: “Gürcüstanın Ermənistanla da sərhəd problemi var” 18 Sentyabr 2019, 18:57 Əflatun Amaşov Ermənistanın vitse-spikerinə cavab verdi 18 Sentyabr 2019, 18:47 Azercell qalib jurnalistləri mükafatlandırdı 18 Sentyabr 2019, 18:37 Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi davam edir 18 Sentyabr 2019, 18:26 Çoxmənzilli binaların dam örtüklərinin təmirinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM 18 Sentyabr 2019, 18:22 Deputat qaliblərlə görüşdü 18 Sentyabr 2019, 18:20 Füzuli Rzaquliyev : “Bu yolu hər bir veteran özünün şərəf yolu sayır” 18 Sentyabr 2019, 18:10 Musiqimizin Məcnunu - Üzeyir Hacıbəylinin doğum günüdür - VİDEO 18 Sentyabr 2019, 18:09 Azərbaycan erməni əsirləri Dilqəmlə Şahbaza dəyişməyi təklif etdi 18 Sentyabr 2019, 18:04 Zakir Həsənov Ordumuzun genişmiqyaslı təlimlərini izlədi - VİDEO 18 Sentyabr 2019, 17:54 Fuad Muradov “Press klub”un ilk qonağı olacaq 18 Sentyabr 2019, 17:47 Qənirə Paşayeva Milli Məclisdə vacib çağırışlar səsləndirdi 18 Sentyabr 2019, 17:42 Manatın məzənnəsi sabit qaldı 18 Sentyabr 2019, 17:32