Arxiv
26 Avqust 2019, 08:23 | AKTUAL
Azərbaycan filmi ABŞ-da 24 karatlıq qızıl priz qazandı

“Şollerin arxivi” bədii filmindən növbəti beynəlxaql uğur

Azərbaycanda “SSP Production” tərəfindən istehsal olunmuş “Şollerin arxivi” bədii filmi daha bir veynəlxalq yarışmada digər ölkələrin ekran əsərləri ilə mübarizə aparıb. Nəticədə film “2019-cu ilin ən yaxşı bədii film” kateqoriyası üzrə nüfuzlu “Accolade Qlobal Film Yarışması”da “Accolade heykəlciyi” - 24 karatlıq qızıl prizə layiq görülüb.

 

Bu barədə Modern.az-a filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib:

Onun sözlərinə görə, “Accolade heykəlciyi” yüksək keyfiyyətli filmlər və yeni media işi istehsal edən rejissorların uğurlarını təqdir edir. Bu isə rejissorların etibarlılıq və populyarlıq qazanmalarına kömək etmək niyyəti daşıyır. Qaliblər 44000+ e-poçt sənayesi mütəxəssislərinin, habelə əlavə beynəlxalq media qurumlarının məlumat bazasında elan olunur.

2003-cü ildə qurulan “Accolade Global Film Yarışması” hazırda 16-cı ildir ki, sənayedə yüksək səviyyəli, nüfuzlu qlobal film yarışması kimi tanınıb. “Accolade Qlobal Film Yarışması” istedadlı rejissorlara, prodüserlərə, aktyorlara və yaradıcı kollektivlərə layiq olduqları qiyməti verir.  

C.Qasımovun sözlərinə görə, “Accolade Qlobal Film Yarışması” film, yeni və eksperimental media, televiziya proqramları, animasiya, təhsil proqramları, remiks və mashuplar, film qoşquları, musiqi videoları, veb-diodların tanıdılması üçün əla məkandır.

Hər il “Accolade Qlobal Film Yarışması”na minlərlə film giriş alır. Müsabiqədə keyfiyyət və yaradıcılıq dörd səviyyədə mükafatla qeyd olunur.

 

 “Bu, mənim üçün çox sevindirici bir hadisədir. Onu da qeyd edim ki, bizim “SSP Production”un istehsal etdiyi “Nobel qardaşlarının ilk uğuru” sənədli filmi də “Accolade Qlobal Film Yarışması”na seçilib. Bu filmimiz də butun mərhələləri keçərək, “Accolade Qlobal Film Yarışması”nda - 24 karatlıq qızıl piriz uğrunda yarışacaq”,- Cəlaləddin Qasımov deyib.

 

Xatırladaq ki, “Şollerin arxivi” bədii filmi almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama dəstək olaraq çəkilib. Film Avropa mədəniyyətinə azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.

Filmdə Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Rövşən Kərimduxt, Ramiz Vəliyev, Sevda Ələkbərova, aktyor Mətləb Ərdəbilli və başqaları rol alıblar.

 

Ekran əsərinin süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulub. Filmin çəkilişləri Gəncə, Göygöl, Tovuz və Bakıda aparılıb. Ekran əsərində alman ailəsinin timsalında insan dramı göstərilib. Eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması nəzərdən qaçmayıb. Filmdə baş verən hadisələr real həyatdan götürülüb.

Qeyd edək ki, dünyada böyük marağa səbəb olan “Şollerin arxivi” bədii filmi Azərbaycan kino tarixində beynəlxalq festivallarda ən çox uğur əldə edən ekran əsərlərindəndir.

 

“ Accolade Global Film Competition”  festivalında mukafat alan filmlərin siyahısı ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:

 

http://accoladecompetition.org/awards-of-recognition-august-2019/?fbclid=IwAR2KQfKsBH3HAl6S7VaZIfeXa7YHOGsWI9c7dVbZjxnK4n0RZoQfbSR6FqI

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Almaniyada professor adını qazanmış ilk azərbaycanlı alim 18 Fevral 2020, 23:38 Gürcüstanla Rusiyanı birləşdirən yeganə yol bağlandı 18 Fevral 2020, 23:32 Ukraynada qadın deputat “erməni soyqırımı”nın qəbul olunmasına çalışır – FOTO 18 Fevral 2020, 23:20 Avropa İttifaqının komissarı Azərbaycana gəlir 18 Fevral 2020, 22:59 Kalın Türkiyənin İdlibdəki səylərinin əsas məqsədini açıqladı 18 Fevral 2020, 22:44 Rusiya Çin vətəndaşlarını ölkəyə buraxmayacaq – RƏSMİ 18 Fevral 2020, 22:31 Azərbaycanda bir ayda 192 minik avtomobili istehsal olunub 18 Fevral 2020, 22:18 Prezident parkinqlərdən danışdı - VİDEO 18 Fevral 2020, 22:01 Abşeronda üç avtomobil toqquşdu 18 Fevral 2020, 21:44 Dünya Bankının Azərbaycanda məhkəmə islahatlarına dəstək verəcək 18 Fevral 2020, 21:23 “Həmsədrlərin Qarabağ münaqişəsinin həllinə dair səylərini dəstəkləyirik” - Aİ rəsmisi 18 Fevral 2020, 21:06 Prezidentin köməkçisi vəzifəsindən azad edildi 18 Fevral 2020, 20:49 Türkiyədə yenidən güclü zəlzələ oldu 18 Fevral 2020, 20:35 Türkiyə-Azərbaycan matçının yeri və vaxtı açıqlandı 18 Fevral 2020, 20:18 Turizm bələdçiləri üçün müxtəlif dil kursları açılacaq 18 Fevral 2020, 20:03 Baldızını öldürüb, arvadını bıçaqlayan şəxsə hökm oxunub 18 Fevral 2020, 19:56 Gürcüstandan Rusiyaya gedən yeganə yol yenidən bağlandı 18 Fevral 2020, 19:51 Ombudsman Xocalı soyqırımı ilə bağlı beynəlxalq təşkilatlara bəyanat göndərib 18 Fevral 2020, 19:37 Bəxtiyar Hacıyevdən “Pirr qələbəsi” – 6 məntəqədə nəticələr ləğv edildi 18 Fevral 2020, 19:30 Azərbaycan neftinin qiyməti dəyişdi 18 Fevral 2020, 19:17 MSK: “Videogörüntülərdən görünür ki, orada ən sakit davranan polisdir” 18 Fevral 2020, 19:00 Naxçıvan Qarnizonu Qoşunlarında taktiki-xüsusi təlim keçirilib 18 Fevral 2020, 18:53 9 saylı Binəqədi seçki dairəsində 2 məntəqədə seçki nəticələri ləğv olundu 18 Fevral 2020, 18:40 Şamaxıda zəlzələ olub 18 Fevral 2020, 18:27 MSK 3 dairədən daxil olan şikayətləri geri qaytarıb 18 Fevral 2020, 18:23 Ukrayna parlamentində Xocalı soyqırımı müzakirə olunacaq 18 Fevral 2020, 18:17 Goranboyda icra başçısı yanında Şuranın iclası keçirilib - FOTO 18 Fevral 2020, 18:00 Meşədə əl qumbaraları və partladıcılar tapılıb 18 Fevral 2020, 17:53 32 saylı seçki dairəsində bir sıra məntəqələrdə nəticələr ləğv olundu 18 Fevral 2020, 17:47 MSK katibi əsəbləşdi: “Bu Xalq Cəbhəsinin iclası deyil” 18 Fevral 2020, 17:40 Prezident Gədəbəylə bağlı sərəncam imzaladı 18 Fevral 2020, 17:33 İbrahim Tatlısəs məhkəməyə verdiyi rəqqasədən təzminat alacaq 18 Fevral 2020, 17:28 Məzahir Pənahov: “Müşahidəçilər və KİV nümayəndələri komissiyanın fəaliyyətinə mane olublar” 18 Fevral 2020, 17:22 “Qaçqınkom” Buzovnadakı yanğınla bağlı məlumat yaydı 18 Fevral 2020, 17:16 Bu dairənin nəticələri ləğv oluna bilər - Məzahir Pənahovdan EYHAM 18 Fevral 2020, 17:11