Arxiv
26 Avqust 2019, 10:07 | AKTUAL
ADU-da Azərbaycan və Çində UNESKO-nun irsi müzakirə edilib

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda "Azərbaycanda və Çində UNESKO-nun Ümumdünya irs obyektləri" mövzusunda Çin mədəniyyəti həvəskarları klubunun növbəti iclası keçirilib.

 

Modern.az xəbər verir ki, tədbir Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinə həsr olunub. 

 

Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycan ilə UNESKO arasında elm, təhsil, mədəniyyət sahəsində əməkdaşlığın inkişafından danışıb. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın milli-mənəvi dəyərlərin, mənəvi və qeyri-maddi irsin dünya miqyasında təbliği, sülh, sabitlik, sivilizasiyalararası dialoq, multikulturalizm kimi ümumbəşəri ideyaların həyata keçirilməsi istiqamətində fəaliyyətini xüsusilə qeyd edib. R. Abbasov vurğulayıb ki, Azərbaycan Muğamı, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, İçərişəhər, Qız qalası, Şirvanşahlar Sarayı Kompleksinin UNESKO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilməsi məhz Mehriban Əliyevanın daimi səylərinin nəticəsidir.

 

R.Abbasov Mehriban Əliyevanın Heydər Əliyev Fondunun illik fəaliyyətinə həsr olunmuş toplantıda iştirak edən Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Çjan Xayçjou, UNESKO-nun Baş Konfransının sədri Xao Pinq, eləcə də Heydər Əliyev Fondunun Azərbaycan-Çin arasındakı humanitar əlaqələri və Çində müxtəlif mədəni layihələri reallaşdıran xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Li Syaoli ilə görüşlərini xatırladıb. R. Abbasov həmçinin qeyd edib ki, Heydər Əliyev Fondu ilə Çinin Xarici Ölkələrlə Xalq Dostluq Cəmiyyəti arasında dostluq və əməkdaşlıq haqda Memorandum əsasında Pekin Milli İfaçılıq incəsənət mərkəzində Fuad İbrahimovun drijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında Azərbaycan-Çin dostluğuna həsr olunmuş milli musiqilərdən ibarət konsert proqramı baş tutub. Eyni zamanda Bakıda, Heydər Əliyev Mərkəzində müasir Çin rəssamlarının əsərlərindən ibarət “Ulduzlar toplusu” sərgisi, müasir Çin incəsənətinin tanınmış nümayəndəsi, rəssam Vanq Yuyanqın "Unikallıq", “Hennessy X.O İpək Yolu Odisseyi” sərgisi keçirilib.  R.Abbasov həmçinin Çin Xalq Respublikasının Siyasi Konsultativ Şurasının Ümumçin Komitəsinin sədr müavini Bay Liçen və Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun daimi üzvü, Çin Xalq Respublikası Dövlət Şurası sədrinin birinci müavini Can Qaolinin başçılıq etdiyi Çin nümayəndə heyətlərinin Azərbaycanda səfərdə olduqlarını, ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsinə və təbliğinə, ölkələr və xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmlənməsinə yönəlmiş humanitar layihələrin həyata keçirilməsinə Fondun böyük töhfə verdiyini diqqətə çatdırıb. 

 

 

İclas iştirakçıları Azərbaycanda və Çində UNESKO-nun Ümumdünya irsi sayılan Şirvanşahlar sarayı və Qız qalası ilə birlikdə İçərişəhər, Qobustan dövlət tarixi-bədii qoruğu, Şəki Xan Sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi, Böyük Çin səddi, Yasaq şəhər, Terrakota ordusu, Qufu şəhərində olan Konfutsi məbədi, məzar və muzey komplekslərinin mədəni, tarixi və ekoloji əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar. İştirakçılar, həmçinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi məqsədi ilə mədəni və təbii irs obyektləri üçün yeni meyarların xüsusiyyətinə həsr olunmuş məruzələrlə çıxış ediblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Deputatlar vəsiqənin girov qoyulmasını pislədilər: “… özünə hörmət etməlidir!” 23 Sentyabr 2019, 17:26 Ölkə fəlakət içində: Fövqəladə vəziyyət elan olundu! 23 Sentyabr 2019, 17:10 Bakıda dələduz  “general” tutuldu - FOTOLAR 23 Sentyabr 2019, 17:04 Tələbələrin NƏZƏRİNƏ: “Nar” təqaüd proqramı elan edir! 23 Sentyabr 2019, 16:56 “Azərsu” rəsmiləri vətəndaşları qəbul etdi 23 Sentyabr 2019, 16:53 İlham Əliyev 13 milyon manatlıq sərəncam imzaladı 23 Sentyabr 2019, 16:52 Həftədə neçə kiloqram arıqlamaq olar? – Dietoloqdan XƏBƏRDARLIQ 23 Sentyabr 2019, 16:46 Fədayə Laçının məhkəməsi yenə təxirə salındı 23 Sentyabr 2019, 16:38 Orta bal göstəricilərinə görə fərqlənən universitetlər - SİYAHI 23 Sentyabr 2019, 16:31 Füzuli Rzaquliyev: “Sizcə, bu şərəfsizlərin torpaq  qaytarmaq fikri olar?!” - MÜSAHİBƏ 23 Sentyabr 2019, 16:20 Məhərrəm Quliyev Aparat müşavirəsi keçirdi 23 Sentyabr 2019, 16:00 “Azərbaycanda ingilis dili müəllimlərinin dörddə bir hissəsinin ali təhsili yoxdur” 23 Sentyabr 2019, 15:42 Müşfiq Əmirov: “Gələcəkdən qorxma, onsuz da gələcək” 23 Sentyabr 2019, 15:38 Sürücülər dizel yanacağından narazıdır: “Malımız da gedir, pulumuz da” 23 Sentyabr 2019, 15:31 Bu günədək sahələrdən 28 min 226 ton şəkər çuğunduru yığılıb 23 Sentyabr 2019, 15:17 Milli qəhrəmanın xatirəsinə həsr olunmuş yarışa yekun vurulub - FOTOLAR 23 Sentyabr 2019, 14:49 “Kənddən Şəhərə” məhsulları “World Food Moscow” Beynəlxalq Qida Sərgisində 23 Sentyabr 2019, 14:49 BQXK vurulan Azərbaycan hərbçisi ilə bağlı danışıqlar aparır 23 Sentyabr 2019, 14:47 10 yaşlı Anjelina ilk dəfə məktəbə getdi - FOTO 23 Sentyabr 2019, 14:39 Gəncədə piyadanı vurub qaçan sürücü tutuldu 23 Sentyabr 2019, 14:32 Əlilliyi olan şəxslərin Mərkəzləşdirilmiş Elektron İnformasiya Bazası yaradılır 23 Sentyabr 2019, 14:23 DİM: Özəl ali məktəblərə qəbul olunanlar, əsasən, dövlət məktəblərinə daxil ola bilməyənlərdir 23 Sentyabr 2019, 14:03 Milli Məclisin payız sessiyasının gündəliyi bəlli oldu 23 Sentyabr 2019, 14:02 Əhliman Əmiraslanov: “Adlarını psixoloq qoyub ekstrasenslik, falçılıq  edirdilər” - MÜSAHİBƏ 23 Sentyabr 2019, 13:56 Sürücülərin nəzərinə: Texniki baxışa görə rüsum artırılır 23 Sentyabr 2019, 13:51 Nazirlik: Sahələrdən 28 min 226 ton şəkər çuğunduru yığılıb   23 Sentyabr 2019, 12:59 Sabahın hava PROQNOZU açıqlandı 23 Sentyabr 2019, 12:57 Sərhəd zastavasına silahlı hücum olub - Baş leytenant bıçaqlandı - FOTOLAR 23 Sentyabr 2019, 12:53 Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olunub 23 Sentyabr 2019, 12:39 Bakıda sərnişin avtobusu qəzaya düşdü - FOTO 23 Sentyabr 2019, 12:35 “Keşikçidağ”da “Avropa İrs günləri” keçirilib 23 Sentyabr 2019, 12:32 Nuşirəvan Məhərrəmov kabel TV operatorlarının işindən narahatdı 23 Sentyabr 2019, 12:25 Ekspertlərdən parlamentə və hökumətə distant təhsillə bağlı ÇAĞIRIŞ 23 Sentyabr 2019, 12:17 Azərbaycanda payız başladı 23 Sentyabr 2019, 12:14 Sosial şəbəkələrdə narkotiki təbliğ edən şəxs həbs edildi 23 Sentyabr 2019, 12:03