Arxiv
31 Avqust 2019, 16:27 | ÖLKƏ
“Çox insan nikahı qeydiyyata almır ki, sabah boşananda əmlak gəlinə qalmasın” - PROBLEM

Son zamanlar Azəraycanda vətəndaş nikahı ilə yaşayan şəxslərin sayı artır. Əksəriyyət bunun səbəbini Avropa həyat tərzinə uyğunlaşmağa çalışmaqda görsə də, pərdəarxası məqamları kimsə nəzərə almır.

 

Modern.az-a bu barədə danışan “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova əvvəllər daha çox qeyri-rəsmi adlandırılan vətəndaş nikahlarının yeni hadisə olmadığını düşünür. Onun fikrincə, rəsmi nikahsız ailələrin artması erkən nikahlardan başlayıb:

“Əsasən ailə quran tərəflərin, xüsusilə qızların rəsmi nikaha yaşı çatmadığına görə, insanlar qeyri-rəsmi nikahda yaşayırdılar. Ona görə, vətəndaş nikahının artması yeni proses sayılmır. Erkən nikahlardan əlavə zamanla iqtisadi amillər də ortaya çıxdı və vətəndaş nikahlarının sayı durmadan artdı. Məsələ budur ki, əmlak bölgüsü haqqında qanun qəbul olunmazdan əvvəl ailələr qurulurdu, rəsmi nikah bağlanırdı və tutaq ki, 1 il sonra boşanma halı olanda illərlə qazanılmış mal-mülk 1 ilin gəlninə qalırdı. Oğlanın ailəsi, valideynləri, hətta özü tərəfindən əldə olunmuş əmlak qarşı tərəflə bölünürdü. Mülk əldə etmək naminə qurulan evliliklər artıdığına görə, əksəriyyət qeyri-rəsmi nikaha can atmağa başladı. Beləliklə, məsuliyyətdən qaçmaq, aliment ödəməkdən yayınmaq istəyi ilə vətəndaş nikahları quruldu. Hətta indi də çox insan nikahı qeydiyyata almır ki, sabah-birisigün boşananda əmlak gəlinə qalmasın. Halbuki qanun qəbul olunub, evlilikdən öncə mövcud olan əmlak sahibinin razılığı olmadan tərəflər arasında bölüşdürülmür”.

 

Avropada iki şəxsin bir-birinə qarşı heç bir iqtisadi tələb qoymadan, sivil qaydada bir yerdə yaşadığını xatırladan ictimai birlik sədri qərblilərin nikah bağlamağa ehtiyac duymadığını vurğulayıb. M. Zeynalova Azərbaycanda fərqli yanaşmanın olduğunu deyir:

“Ortada hansısa iddialar olur. Məsələn, daha çox qadın düşünür ki, bir yerdə yaşayım, 2-3 uşaq dünyaya gətirim, evini mənə versin. Hətta indi də bizə bu cür müraciətlərlə gələnlər olur. Şikayət edirlər ki, mənə oradan ev düşməlidir, 2 uşağım var axı?! Hələ də bizdə bu şüur qalır ki, uşaq doğmuşamsa, ev mənim olmalıdır. Amma bu da düzgün yanaşma deyil. Kişi illərlə qazanır, valideynlər ev tikir, sonra da kimə isə qismət olur.

 

Yenə qeyd edirəm, rəsmi nikah varsa, evlilik dövründə qazanılan əmlak bölünür. Tərəflərin əvvəlcədən var olan, valideynlərin mülkiyyətindəki əmlak bölünmür”.

 

Zeynalova dini amilin də vətəndaş nikahlarının artmasında rol oynadığını söyləyib:

“Çoxları “əsas allah yanında nikahdır” deyib, kəbin kəsdirir və rəsmi nikaha girmirlər. Daha çox kişilər məsuliyyətdən qaçmaq üçün qadınları qısnayır, psixoloji təsir edirlər ki, bir kağız bizim həyatımızı həll etmir. Bu ifadə çox geniş yayılıb”.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bərdədə 19 yaşlı gənc bıçaqlandı 15 Noyabr 2019, 20:00 Azərbaycan həmişə ABŞ-ın dəstəyini hiss edib - SPİKER 15 Noyabr 2019, 19:48 Rəfael Piriyev deportasiya edilmək üçün Fransadan Almaniyaya GƏTİRİLDİ 15 Noyabr 2019, 19:36 Azərbaycan meyvə-tərəvəz ixracını artırıb   15 Noyabr 2019, 19:20 “Azəriqaz”ın yeni rəhbəri istixana sahibləri ilə görüşüb - FOTO 15 Noyabr 2019, 19:10 Bu yollarda sürət həddi endirildi 15 Noyabr 2019, 19:00 Fikrət Məmmədov vətəndaşları qəbul edib - FOTO 15 Noyabr 2019, 18:50 Yasamalın yeni icra başçısının sakinlərlə ilk görüşü - FOTOLAR 15 Noyabr 2019, 18:42 Vergilər Nazirliyində iqtisadçı ekspertlərlə görüş keçirilib - FOTO 15 Noyabr 2019, 18:32 Göygöldə yol qəzası baş verdi - Ölən və yaralananlar var 15 Noyabr 2019, 18:24 Bu gün hamı Universitet deyirdi - FOTO   15 Noyabr 2019, 18:15 İlham Əliyev ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib 15 Noyabr 2019, 18:07 S-400 raketləri Azərbaycanda yerləşdirilə bilərmi? 15 Noyabr 2019, 18:00 Əməliyyat təliminin son mərhələsi keçirilib - VİDEO 15 Noyabr 2019, 17:54 Lerikin 3 kəndinə qaz verildi - FOTO 15 Noyabr 2019, 17:45 İstirahət günlərinin HAVA PROQNOZU 15 Noyabr 2019, 17:37 Müsavat mühacir alveri ilə bağlı yeni açıqlama yaydı 15 Noyabr 2019, 17:30 Rəşad Tağıyev vətəndaşları qəbul - FOTO   15 Noyabr 2019, 17:23 Prezident Ağsu və Şamaxıya 6 milyon manat ayırdı - SƏRƏNCAM 15 Noyabr 2019, 17:11 İlham Əliyev Sultan Dadaşova orden verdi 15 Noyabr 2019, 17:08 Manatın üç günlük məzənnəsi AÇIQLANDI 15 Noyabr 2019, 17:06 Nazir bələdiyyə sədrinin xahişini yerinə yetirdi - FOTO 15 Noyabr 2019, 17:02 Qızıl Xaç Komitəsi Dilqəmlə Şahbaza baş çəkdi 15 Noyabr 2019, 16:54 “ABŞ-la Çin arasında müharibənin nəticələri...” - Məşhur diplomatdan XƏBƏRDARLIQ 15 Noyabr 2019, 16:50 Nümayəndə heyətimiz VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir 15 Noyabr 2019, 16:46 Türkiyə millisində 9 futbolçu heyətdən ÇIXARILDI 15 Noyabr 2019, 16:39 Prezident Feysəl bin Muammarı ilə görüşüb - FOTO 15 Noyabr 2019, 16:32 “AzerGold” QSC İSO beynəlxalq standart sertifikatlarına layiq görülüb 15 Noyabr 2019, 16:26 Xalq artisti həbsdə olan qardaşına baş çəkdi - FOTO 15 Noyabr 2019, 16:17 İlham Əliyev qüdslü ravvini qəbul edib 15 Noyabr 2019, 16:10 BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlıq müzakirə olunub 15 Noyabr 2019, 16:02 Bu il xaricdə təhsil alan azərbaycanlı gənclərin sayı AÇIQLANDI   15 Noyabr 2019, 15:56 Bakıda Milli Qəhrəmanın heykəli qoyuldu - FOTO 15 Noyabr 2019, 15:38 İcra başçısı Xəsədərli kəndində səyyar qəbul keçirib 15 Noyabr 2019, 15:36 Ölkəyə qanunsuz dərman keçirmək istədi - Foto 15 Noyabr 2019, 15:22