Arxiv
1 Sentyabr 2019, 09:07 | MEDİA
Azərbaycan Jurnalistikasının İradəsi...

Gözlərindən boylanan baxışları qəlbinin dərinliyindən pərvazlanıb, simasına xüsusi gözəllik verir. Payına düşən qadın gözəlliyi zövqləri tilsimləyib, onu daha cazibədar göstərir. 
Özünü yaxşı tanıdığından əzmlə irəliləməyi bacarır. Daha doğrusu, qazandığı hər bir uğuru zirvəyə qalxmaq üçün növbəti pillə hesab edir. Vicdanlı, dürüst jurnalistdir. Mükəmməllik onun ən böyük dəyər verdiyi göstəricilərdən biridir. Süstlük, tənbəllik ruhuna yad olan əlamətlərdir. Əsas amalı insanlığa xidmət, cəmiyyəti daha çox maarifləndirməkdən ibarətdir. Səbirli, müdrik xanımdır…


Deyir ki, jurnalistikaya 25 yaşında gəlib və bu gəliş gec olub: “Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişəm. Magistr dərəcəm var, hazırda aspiranturada təhsil alıram, sonuncu kursdayam, elmi işlə məşğulam və elə BDU-da dərs deyirəm. Ailəli olduğum üçün yoldaşım işləməyə icazə vermədi. 2005-ci ildə isə Səhiyyə Nazirliyinin “Şəfqət” qəzetində, sonra AzTV-də müsabiqədə qalib gəldim və dövlət televiziyasının son diktorlarındanam. Orada səhər efirlərinə çıxırdım. Sonra İctimai kanalda fəaliyyətimi davam etdirdim. İTV-də Xəbərlər proqramında həm redaktor kimi çalışdım, həm də “Yeni gün” proqramında işlədim. Sonda “Azərbaycanlılar” adlı veriliş hazırladıq və veriliş çox bəyənildi. Niyəsə İTV-də mənə problem yaratdılar. Əslində səbəbini bilmirəm. Televiziyada elə simalar var ki, ona hər sözü deyirlər, amma işləmək üçün qalır, hər şeyə dözür. Mən isə tez inciyən, küsən adamam. “Yaxşı at özünə qamçı vurdurmaz” deyə mənə söz gəlməsindən çox qorxuram və gəlməməsi üçün də əlimdən gələn hər şeyi edirəm. Hər 3 telekanalda heç kim deyə bilməz ki, hansısa iclasda məni ayağa qaldırıb hamının içərisində danlayıblar. Tapşırılan işi həmişə yaxşı icra etməyə çalışmışam”…


…Hər şeydən öncə ailəsinə çox bağlıdır. Evdə səliqə-səhmanı xoşlayır. Dostluqda sədaqəti ən mühüm amil hesab edir. Parlaq ağılı, iti zəkası sayəsində insanları ətrafına cəlb edə bilir, pərəstişkarları az deyil. Daha çox tənqidçi, narazı adam kimi görünsə də, hər kəsi olduğu kimi qəbul etməyi bacarır...


…Ömür-gün yoldaşı Yaşar İsakov ixtisasca jurnalistdir. Yunis adlı on beş yaşında bir oğlu var…


Gözəllik aşiqidir. Harada, nədə, kimdə gördüsə təbii gözəllikdən zövq alır. Daha dəqiqi, gözəlliyi sadəcə görmür, həm də duyur, dərk edir…

 

Bəli, “sehirli qutu”dan maraqlı verilişləri ilə tanıdığımız televiziya jurnalisti İradə İsak zəhməti, istedadı ilə ölkəmizdə nüfuz qazanan xanımlardan biridir.
Sentyabrın 1-i onun doğum günüdür. Onu bu münasibətlə təbrik edir, ona möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayırıq.
Ad gününüz mübarək, İradə xanım!



Elman Eldaroğlu

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qara dəniz sahillərində V əsrə aid xəzinə tapıldı 20 Oktyabr 2019, 00:17 Əli Kərimli sərbəst buraxılıb 19 Oktyabr 2019, 23:58 Kuba prezidenti Bakıya səfər edir 19 Oktyabr 2019, 23:32 NASA-dan xəbərdarlıq: Yerə iri asteroid  yaxınlaşır 19 Oktyabr 2019, 23:15 Braziliya sularına 100 tondan çox neft sızıb 19 Oktyabr 2019, 22:54 Rusiyada bənd uçması nəticəsində ölənlərin sayı 15-ə çatdı 19 Oktyabr 2019, 22:33 Bəndin uçması nəticəsində ölənlərin sayı 15-ə çatdı 19 Oktyabr 2019, 22:14 Mətbuat Şurası mitinqdə jurnalistlərin işinin monitorinqini aparıb 19 Oktyabr 2019, 21:47 “Barış çeşməsi”  kimləri susuz qoyacaq? - TƏHLİL 19 Oktyabr 2019, 21:26 Sumqayıt sakini avtomobilində ölü tapıldı 19 Oktyabr 2019, 20:58 Bakıda taksi sürücüsünə qarşı soyğunçuluq 19 Oktyabr 2019, 20:37 Qurbanov yüksək sürətlə maşın sürdüyünə görə cəzanlandırdığı oyunçusundan danışdı 19 Oktyabr 2019, 20:22 “Xəbərdarlıqdan sonra qeyri-qanuni əməllərin törədilməsi cinayət məsuliyyəti doğuran haldır” - Əli Həsənov 19 Oktyabr 2019, 20:03 Ərdoğan: “Trampa da dedim, razılaşma pozulacaqsa, “Barış bulağı” davam edəcək” 19 Oktyabr 2019, 18:02 14 marşrut xəttinin hərəkət sxemi bərpa edildi 19 Oktyabr 2019, 17:59 Böyük Britaniya parlamenti Brexit müqaviləsini səsverməyə çıxarır 19 Oktyabr 2019, 17:49 Milli Şuranın mitinqində 60 nəfər saxlanılıb - RƏSMİ 19 Oktyabr 2019, 17:36 Rəsmi Bakı Fransa məhkəməsinin qərarını alqışladı 19 Oktyabr 2019, 17:30 Əli Əhmədov: “Sanki onlar insanların rahatlığını pozmaqdan həzz alırlar” 19 Oktyabr 2019, 17:18 "28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının fəaliyyəti bərpa olunub 19 Oktyabr 2019, 17:11 Bakı polisi: “Qanunsuz aksiya cəhdinin qarşısı alınıb, saxlanılanlar var 19 Oktyabr 2019, 16:46 “Avtoşluq” edən futbolçu “Qarabağ”ın heyətindən kənarlaşdırıb 19 Oktyabr 2019, 16:38 Tramp CNN-ni məhkəmə ilə hədələdi 19 Oktyabr 2019, 16:06 Merkel: G7 sammitinin keçiriləcəyi yeri seçmək Trampın hüququdur 19 Oktyabr 2019, 15:56 Türkiyə kürdləri barışığı pozmaqda ittiham etdi 19 Oktyabr 2019, 15:42 Azərbaycan hərbi xərclərini kəskin artırdı – “Müharibəyə hazır olmalıyıq” 19 Oktyabr 2019, 15:28 "28 May" istiqamətində 14 marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişdirilib 19 Oktyabr 2019, 15:13 Suriya erməniləri Qarabağa getməkdən imtina etdilər və... 19 Oktyabr 2019, 14:52 Rusiyada dəhşətli yanğında beşi uşaq olmaqla, yeddi nəfər ölüb 19 Oktyabr 2019, 14:38 Azərbaycana gələn avtomobildə pirotexniki vasitələr aşkarlanıb 19 Oktyabr 2019, 14:24 Sosioloq kişiləri yıxdı-sürüdü: “Qadın kimi qaş qaldırmağa, saç boyamağa maraq göstərirlər” 19 Oktyabr 2019, 14:11 Şirvana qonaq gələn Hacıqabul sakini itkin düşüb 19 Oktyabr 2019, 14:10 Azərbaycanda gələn il inflasiya neçə faiz olacaq? 19 Oktyabr 2019, 14:05 Şəmkirdə 2 uşaq anası itkin düşüb 19 Oktyabr 2019, 13:31 Bazar günü Bakıya yağış yağacaq 19 Oktyabr 2019, 13:20