Arxiv
3 Sentyabr 2019, 10:09 | MƏDƏNİYYƏT
“Restoranlarda “menyu yoxdur” deyirlərsə…” – Agentlikdən XƏBƏRDARLIQ

Turizmin ən aktiv olduğu qızmar yay mövsümü artıq arxada qaldı. Bu mövsüm də turistik obyektlərin, xüsusilə regionda yerləşən kafe və restoranların yüksək qiymətlərindən, xidmət keyfiyyətindən narazılıqlar çox oldu.

 

Sosial şəbəkələrdə fikirlərini ifadə edən vətəndaşlar, həmçinin turistlər xidmət sektorunda keyfiyyətin yüksəldilməsinin zəruriliyini qabartdılar. Şikayətçilərin əsas gündəmə gətirdikləri məqam isə qiymətlə keyfiyyətin üst-üstə düşməməsidir. Hətta tanınmış restoran, otel, istirahət mərkəzlərində də yüksək qiymətlərə rəğmən, keyfiyyətli xidmət görə bilmədiklərini iddia edənlər oldu.

 

Sözügedən şikayətlər haqqında Modern.az-a danışan Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirdi ki, turizm obyektlərində qiymətlərin formalaşdırılmasında Agentlik iştirak etmir. Onun sözlərinə görə, buna baxmayaraq, xidmət keyfiyyətinin yüksəldilməsi ilə bağlı mütəmadi addımlar atılır:

“Sahibkarlarla danışıqlar aparılır, xidmət personalı ilə vaxtaşırı tədbirlər, treninqlər keçirilir. Otellərin əməkdaşları da təlimlərə cəlb edilir, onların müasir, keyfiyyətli xidmət haqqında məlumatlandırılması həyata keçirilir. Amma kimsə restoran açırsa, onun xüsusi turistik obyekt olduğunu heç kim deyə bilməz. Bunlar turizm obyekti kimi qeydiyyatdan keçmir. Ona görə də obyektlərdə təklif edilən qiymətlər ümumi qiymətlərdir. Qiymətlərin yüksək olması barədə narazılıqlar olduğunu bilirik. Sosial şəbəkələrdəki paylaşımlara diqqət etdikdə görünür ki, həqiqətən də, bu sahədə problem mövcuddur. Amma bəzən subyektiv şikayətlər də ortaya atılır, ümumiləşdirilmiş narazılıqlar səsləndirilir. Bu məsələdə istehlakçıların da üzərinə məsuliyyət düşür”.

 

Əksər istehlakçıların öz hüquqlarını bilmədiklərini vurğulayan Kənan Quluzadə bunun qanunvericiliklə tənzimləndiyini xatırlatdı:

“İnsanlar hüquq pozuntusu gördükdə aidiyyəti qurumlara şikayət edə, müvafiq addımlar ata bilərlər.

Müştəri hansısa restorana gedəndə mütləq menyunu tələb etməlidir. Əgər ona “menyu yoxdur” deyirlərsə, bu pozuntudur. Kimsə yerində haqqını tələb etməyib, sonradan şikayət edirsə, bu, düzgün deyil. İnsanlar menyu verilməyən yerə getməsinlər. Yenə qeyd edirəm, istehlakçıların hüquqlarının pozulmasına görə narazılıqlar varsa, müvafiq dövlət strukturlarına müraciət olunmalıdır”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakı-Sumqayıt yolunda qəza 20 Noyabr 2019, 00:43 Qarakənd faciəsinin 28 illik müəmması 20 Noyabr 2019, 00:24 Azərbaycan Slovakiyaya məğlub olur - YENİLƏNİR 20 Noyabr 2019, 00:11 Bakıda 34 yaşlı kişi bıçaqlandı 19 Noyabr 2019, 23:52 Azərbaycan nefti ucuzlaşıb 19 Noyabr 2019, 23:31 Leyla Əliyeva IDEA-nın “Urban Ecology” layihəsi çərçivəsində aksiyada - FOTO 19 Noyabr 2019, 23:13 Azərbaycan Slovakiyaya qarşı bu heyətlə oynayacaq 19 Noyabr 2019, 22:56 Bakıda avtobus sürücüsünü ürəyindən bıçaqladılar - FOTO 19 Noyabr 2019, 22:43 Gəncədə 32 yaşlı qadın itkin düşdü 19 Noyabr 2019, 22:25 Etirazlara rəhbərlik edənlər edam olunacaq 19 Noyabr 2019, 22:09 İlham Əliyev yaşlı qadının kredit borcu ilə bağlı tapşırıq verdi - VİDEO 19 Noyabr 2019, 21:51 Torpaq sürüşmələri  2391 can aldı 19 Noyabr 2019, 21:33 Bakı metrosunda sıxlıq 19 Noyabr 2019, 21:15 Suriyada məktəb atəşə tutuldu 19 Noyabr 2019, 20:59 60-a yaxın uşaq bağırsaq virusuna yoluxdu 19 Noyabr 2019, 20:44 Sayt rəhbəri 400 min avro cərimələndi 19 Noyabr 2019, 20:32 Azərbaycan Ukrayna ilə razılaşdı 19 Noyabr 2019, 20:15 "Qarabağ münaqişəsinin həlli bizim üçün də mühüm məsələdir" - ABŞ səfiri 19 Noyabr 2019, 20:02 Tbilisidə parlament binası qarşısında aksiya bərpa edilib 19 Noyabr 2019, 19:45 Yerevan Psixiatriya Klinikasının pasiyentləri aclığa başladılar 19 Noyabr 2019, 19:37 Saatlıda yolu keçən piyadanı avtomobil vurub öldürdü 19 Noyabr 2019, 19:26 Mirzə Cəlilin kötükçəsi Azərbaycan papağı ilə - FOTO 19 Noyabr 2019, 19:24 “Moody’s” 2020-ci ildə dünya iqtisadiyyatının inkişafı qarşısında duran əsas riskləri açıqlayıb 19 Noyabr 2019, 19:19 "Baklift-2"nin sabiq rəisi barəsində cinayət işi başlanıb 19 Noyabr 2019, 19:06 Gənc jurnalistin müsahibəsi Cəlil Məmmədquluzadənin nəticəsini necə Bakıya gətirdi... 19 Noyabr 2019, 19:03 Salyanda 27 yaşlı qadın dəm qazından boğulub 19 Noyabr 2019, 18:45 Lənkəranda zəlzələ olub 19 Noyabr 2019, 18:32 80 yaşını qeyd etməli olan 70 yaşlı Sumqayıt FOTOLARDA 19 Noyabr 2019, 18:29 "Gəncə-Ağstafa sürətli dəmir yolunun işə salınması istiqamətində işlər gedir" - Prezident 19 Noyabr 2019, 18:02 Azəbaycan müəllimlərinə İsraildə təlim kursu keçirilir 19 Noyabr 2019, 17:50 Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib 19 Noyabr 2019, 17:43 “Məktəblinin dostu” layihəsi 19 Noyabr 2019, 17:36 Mina Abbasova 312 gimnast arasında 2-ci yerə çıxdı - FOTO 19 Noyabr 2019, 17:30 Deputatdan erməni və azərbaycanlı jurnalistlərin səfərlərinə ETİRAZ 19 Noyabr 2019, 17:24 “Yaltaq kişilərin sayı durmadan artır” – Azərbaycan qadınları kişilərdən NARAZIDIR 19 Noyabr 2019, 17:16