Arxiv
5 Sentyabr 2019, 10:24 | TƏHSİL
Bu il Bakıdakı məktəblərdə 414844 şagird təhsil alacaq

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə, 414 844 şagird təhsil alacaq.


Modern.az xəbər verir ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin IX sinfində 32 315, X sinfində  22 795, XI sinfində 18 896, XII sinfində 198 şagird təhsil alacaq.


Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 279 tam orta məktəb, 3 ümumi orta məktəb, 18 məktəb-lisey, 7 lisey və 1 gimnaziya olmaqla, ümumilikdə, 308 ümumi təhsil məktəbi; 3 xüsusi tipli ümumi orta məktəb və 7 əyani-qiyabi (axşam) tam orta məktəb olmaqla, cəmi 318 məktəb fəaliyyət göstərir. 

Bakıdakı 271 ümumi təhsil müəssisəsində 962 məktəbəhazırlıq qrupunun fəaliyyət göstərməsi nəzərdə tutulub. Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elekton sistemdə 21 270 ərizənin onlayn qeydiyyatı (05.09.2019-cu il tarixinə saat 09:30-a olan məlumata əsasən) aparılıb. 2019-2020-ci tədris ilində bütün 5 yaşlıların 90 faizinin məktəbəhazırlıq qruplarına cəlb olunması üçün dövlət tərəfindən imkan yaradılıb.

Sentyabrın 5-nə (saat 09:30) olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 47 794 sorğu yerləşdirilib. Onlardan 44 955-i ümumi təhsil məktəblərini, 2 839-u isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 98 faizinə yaxındır.

Paytaxtın ümumi təhsil məktəblərində yeni dərs ilinə hazırlıq işləri davam edir. 2019-2020-cu dərs ilinə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 6 məktəbdə əsaslı təmir işləri, 7 məktəbin mövcud binası sökülərək yenidən tikintisi davam etməkdədir. 1 təhsil müəssisəsində yaranmış şagird sıxlığını aradan qaldırmaq məqsədilə əlavə korpus inşa olunur.

Həmçinin Bakı şəhərində Təhsil Nazirliyi tərəfindən 58 məktəbdə cari təmir işləri davam etdirilir.

Sabunçu rayonu ərazisində şagird sıxlığının aradan qaldırılması məqsədilə Heydər Əliyev Fondu tərəfindən  Kürdəxanı qəsəbəsində 960 şagird yerlik  yeni məktəb binasının tikintisi nəzərdə tutulur.

39, 113, 129 nömrəli tam orta məktəblərdə əsaslı təmir işləri aparılır, 97, 101, 155 və 300 nömrəli tam orta məktəblərin köhnə korpuslarının sökülərək yenidən tikintisi davam etdirilir. 154, 205 və 208 nömrəli tam orta məktəblərin isə bütövlükdə binalarının sökülərək yenidən tikintisi həyata keçirilir.

Bundan əlavə, ehtiyac olan ərazidə daha bir yeni məktəb (161 nömrəli tam orta məktəb)  binasının tikintisi başa çatdırılıb.

Həmçinin 90 nömrəli tam orta məktəbin köhnə korpuslarının sökülərək yenidən tikintisi, yeni korpusun əsaslı təmiri, 251 nömrəli tam orta məktəb üçün isə əlavə korpusun tikintisi planlaşdırılır. 

Ümumi təhsil məktəblərinin təmir-tikinti işləri son illərdə davamlı olaraq həyata keçirilir və bu işlər ümumilikdə, təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yük qatarı relsdən çıxdı 17 Sentyabr 2019, 00:48 Neft zavodları İran istehsalı silahlarla vurulub - İDDİA 17 Sentyabr 2019, 00:33 Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın Dövlət Katibi ilə görüşdü 17 Sentyabr 2019, 00:15 Qaxda ağır qəza: yaralılar var 16 Sentyabr 2019, 23:57 İlham Əliyev Mehriban Əliyeva ilə birgə dünya çempionatının açılışına qatıldı - FOTOLAR, YENİLƏNİB   16 Sentyabr 2019, 23:44 Xələf Xələfov İsveçrə ilə əməkdaşlıq imkanlarını müzakirə etdi 16 Sentyabr 2019, 23:31 Neftin qiyməti kəskin bahalaşdı 16 Sentyabr 2019, 23:14 UEFA "Qarabağ"a 4 milyon avroya yaxın pul köçürdü 16 Sentyabr 2019, 23:01 Rusiya, İran və Türkiyə liderləri Tehranda görüşəcək 16 Sentyabr 2019, 22:46 Bakıda 36 yaşlı kişi ürəyindən bıçaqlandı 16 Sentyabr 2019, 22:33 Tramp yenidən İranı hədəf aldı 16 Sentyabr 2019, 22:16 Qobuda daş karxanasında fəhlə öldü 16 Sentyabr 2019, 21:54 Türkiyə vitse-prezidentinin Bakı səfəri başa çatdı 16 Sentyabr 2019, 21:42 Paşinyan Sərkisyanın kürəkənini geri qayıtmağa çağırdı 16 Sentyabr 2019, 21:28 Bakıda xəstə kişi binadan yıxılıb öldü 16 Sentyabr 2019, 21:13 Qəzaya uğrayan təyyarə evin üstünə düşdü: 7 ölü 16 Sentyabr 2019, 20:42 Xəzərdə zəlzələ oldu 16 Sentyabr 2019, 20:29 Ərdoğan, Ruhani, Putin bir arada 16 Sentyabr 2019, 20:16 Tofiq Yaqublu Müsavat başqanı ola bilər 16 Sentyabr 2019, 20:01 Mingəçevirdə uşaq evindən oğurluq edildi   16 Sentyabr 2019, 19:57 Türkiyə və Azərbaycan ortaq vaqon istehsal edəcək 16 Sentyabr 2019, 19:50 Əflatun Amaşov Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının sədrinin birinci müavini seçildi - FOTOLAR 16 Sentyabr 2019, 19:42 Elmar Məmmədyarov Romada FAO-nun baş direktoru ilə görüşüb   16 Sentyabr 2019, 19:34 Bu il bir tona yaxın narkotik vasitə dövriyyədən çıxarılıb - Nazir 16 Sentyabr 2019, 19:22 Yol hərəkəti qaydalarını pozan avtobus sürücüsu işdən ÇIXARILDI 16 Sentyabr 2019, 19:13 Gömrük Akademiyasında Bilik Günü qeyd olunub - FOTO 16 Sentyabr 2019, 19:03 Eldar Quliyev universitetə yeni qəbul olmuş tələbələrlə görüşdü - FOTOLAR 16 Sentyabr 2019, 18:54 Tofiq Yaqublu Müsavat başqanlığına namizədliyini irəli sürdü   16 Sentyabr 2019, 18:45 Vilayət Eyvazov polisdəki nöqsanlarla bağlı tapşırıq verdi 16 Sentyabr 2019, 18:36 DİN-də geniş kollegiya iclası keçirilib 16 Sentyabr 2019, 18:27 4 şəhər və rayonda lisey sinifləri açıldı 16 Sentyabr 2019, 18:18 UEFA “Qarabağ”ın hesabına bu qədər pul köçürdü 16 Sentyabr 2019, 18:09 Məktəblini maşın vurub öldürdü 16 Sentyabr 2019, 18:00 Yol polisi Bakı məktəblərində maraqlı aksiyalar keçirdi 16 Sentyabr 2019, 17:51 Lənkəranda qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb 16 Sentyabr 2019, 17:48