Arxiv
10 Sentyabr 2019, 11:26 | DİASPOR
Rusiyada ermənilərə qalib gələn azərbaycanlı deputat: “Ruslar mənə boşuna səs vermədilər”

Rusiyada Sankt-Peterburqun şəhər dumasına və şəhərdaxili dairə şurasına keçirilən seçkilərdə azərbaycanlı namizəd Elşən Həmzəyev qalib gəlib.


Deputat seçilməsi ilə bağlı Modern.az-a danışan Elşən Həmzəyev bildirib ki, o, bundan əvvələ də deputat kimi fəaliyyət göstəribl:


“2014-cü ildən bu ərazinin deputatıyam. Sadəcə, dünən ikinci dəfə növbəti 5 il üçün deputat seçildim. İvanovski  dairəsində yaşadığım üçün namizədliyimi də bu dairədən irəli sürdüm və qalib gəldim. Onu da deyim ki, Sankt-Peterburqda 250 minə yaxın azərbaycanlı yaşayır”.


Elşən Həmzəyevin sözlərinə görə, Rusiyada azərbaycanlıların deputat seçilməsi boşuna baş vermir:


“Sözün düzünü desək, azərbaycanlıların deputat seçilməsinə ruslar o qədər də yaxşı baxmır. Onlar öz millətlərini sevirlər və seçkilərdə də çalışırlar ki, özlərininkinə səs versinlər. Rusiyada deputat olmaq  üçün müəyyən işlər görülməlidir. Boşu-boşuna rus xalqı azərbaycanlı namizədləri seçib səs vermirlər. Hər hansı işlər görülür. Azərbaycanlı olaraq rusların ərazisində gördüyüm işlər var. Bu işlərin hamısını telefonda sadalamaq olmur”.


Azərbaycanlı deputat gələcək planlarından da söz açıb:


“Əgər alınarsa, planımızda Rusiya Dumasının deputatı olmaq da var. Alınmazsa belə, burada işlərimizi davam etdirəcəyik. Sankt-Peterburq balaca şəhər deyil. 6 milyon əhalisi var. Deputatı olduğum dairənin isə 60 minə yaxın sakini var. Ümumi rayonumuzun 657 minə yaxın sakini var”.


Qeyd edək ki, Elşən Həmzəyevin rəqibləri arasında iki erməni əsilli namizəd də olub.


Qeyd edək ki, 1972-ci ildə Astarada doğulan Elşən Həmzəyev orta məktəbi bitirdikdən sonra Rusiyaya gedib. Elşən Həmzəyev əvvəlcə M.A.Bonç-Brueviç adına Sankt-Peterburq Dövlət Telekommunkasiya İnstitutun bitirib, daha sonra isə ikinci təhsil alaraq hüquqşünas ixtisasına yiyələnib. 30 ildir Rusiyada yaşayan həmyerlimiz 1999-cu ildən tikinti və əmlak məsələləri ilə məşğul olan "Savalan" şirkətlər qrupunun rəhbəridir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ terror təşkilatı ilə danışıqları bərpa edir 8 Dekabr 2019, 00:42 Paytaxtda minik maşını “Şaqman”la toqquşdu 8 Dekabr 2019, 00:16 Şadlıq sarayında bıçaqlanma 7 Dekabr 2019, 23:55 Prezidentlərin görüşündə işıq söndü 7 Dekabr 2019, 23:33 Balıqçı gəmisi qəzaya uğradı 7 Dekabr 2019, 23:16 Millinin oyunlarının başlama vaxtı açıqlandı 7 Dekabr 2019, 22:59 Avtomobil teatra gedən məktəbliləri əzdi: 1 ölü, 12 yaralı 7 Dekabr 2019, 22:33 Ziya Bünyadovun oğlu dünyasını dəyişdi 7 Dekabr 2019, 22:17 Məhəmmədrəsul Məcidov yenə nokautla qalib gəldi - VİDEO 7 Dekabr 2019, 21:55 Azərbaycan Nəşriyyatı: nasaz lift, çirkli dəhliz, üfunət - Jurnalistlər çıxış yolu axtarır 7 Dekabr 2019, 21:34 Bakıda qadın meyiti tapıldı 7 Dekabr 2019, 21:07 Azərbaycan həkimlərindən dünyada ilk unikal əməliyyat - FOTO 7 Dekabr 2019, 20:37 Yanacaqdoldurma məntəqəsində yanğın: 5 yaralı 7 Dekabr 2019, 20:19  İranda hərbçi üç polisi güllələdi 7 Dekabr 2019, 20:02 YAP-ın deputatlığa namizəd siyahısı nə vaxt açıqlanacaq? – Rəsmilərdən CAVAB 7 Dekabr 2019, 18:26 Məşhurların əsl adı – onları siz də bilin   7 Dekabr 2019, 18:15 “Deputatın dəfninə İsraildən gələnlər var” – İcma sədri   7 Dekabr 2019, 18:03 Baş nazir Şahin Mustafayevə yeni vəzifə verdi 7 Dekabr 2019, 17:50 Baş nazir magistratura ilə bağlı qaydalara dəyişiklik etdi - QƏRAR 7 Dekabr 2019, 17:40 10 ildən sonra yenidən dünya çempionu oldu 7 Dekabr 2019, 17:29 Tanınmış jurnalist Parlament seçkilərində namizəd olacaq 7 Dekabr 2019, 17:20 Bakıda bir mənzili bir neçə adama satan zavod direktoru həbs edilib 7 Dekabr 2019, 17:11 Hazırki deputatların 27-si mandatdan əlini üzsün - ASTROLOQDAN BƏDBİN PROQNOZ   7 Dekabr 2019, 16:50 "Həmrəy olaq"  Milli İncəsənət Muzeyində  7 Dekabr 2019, 16:19 Həmkarlarının Yevda Abramovla bağlı TƏƏSSÜRATLARI  7 Dekabr 2019, 16:10 "Prezidentimizi yalnız televizorda görmüşdüm" - VİDEO 7 Dekabr 2019, 16:01 528 məhkum əfv olundu - FƏRMAN 7 Dekabr 2019, 15:52 Azərbaycan idmançısı Tokio Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib 7 Dekabr 2019, 15:43 Bakıda bu metrostansiya uça bilər! - BAĞLANACAQ 7 Dekabr 2019, 15:34 Bakıda avtobus sürücüsü sərnişini döyüb 7 Dekabr 2019, 15:22 Fəzail Ağamalının partiyası da parlament seçkilərinə qatılacaq - FOTO 7 Dekabr 2019, 15:13 Ümid Partiyası parlament seçkilərinə gedir - Qərar   7 Dekabr 2019, 15:04 Müsavat Partiyasından QƏRAR - Seçkidə iştirak edəcəyik 7 Dekabr 2019, 14:45 Növbədənkənar parlament seçkiləri ilə bağlı yeni işçi qrupu YARADILDI 7 Dekabr 2019, 14:36 Deputatlığa namizəd olmaq istəyənlərin nəzərinə - Müddət açıqlandı 7 Dekabr 2019, 14:27
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?