Arxiv
11 Sentyabr 2019, 11:13 | HADİSƏ
Azərbaycanda uşaqpulu necə və kimlərə verilsin?..  Ekspertdən TƏKLİF

Uşaqpulu ilə bağlı müzakirələr gündəmin vacib xəbərlərindən olaraq qalmaqdadır. Bu barədə Modern.az-a danışan iqtisadçı Vüqar Byaramov bildirib ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) tərəfindən uşaqpulunun verilməsi ilə bağlı hazırlanan mexanizmin təqdimatından sonra məsələyə fərqli yanaşmalar müşahidə edilir:


“Rəsmi açıqlamalarda daha çox sosial qayğısı olanlara birbaşa ödənişin həyata keçirilməsi vacib hesab olunur. CESD bu sahədə fərqli ölkələrin təcrübəsini öyrəndiyi üçün, Azərbaycanda İtaliya modelinin tətbiqini daha məqəsədəuyğun hesab edir. Belə ki, bəzi ölkələrdə uşaqpulunun məbləği ailənin gəlirlik səviyyəsinə uyğunlaşdırılır. Məsələn, İtaliyada illik gəliri 11422 avroyadək olan ailələrə hər uşağa görə ayda 250 avo ödənilir. Ailənin gəliri artdıqca, uşaqpulu məbləği dəyişir. İtaliyada qanunla müəyyənləşdirilmiş həddən az gəliri olanlara uşaqpulu verilir ki, bu da onların sosial təminatının gücləndirilməsi baxımdan vacibdir”.

Ekspert deyib ki, Azərbaycanda 4 min manat aylıq gəliri olan üçün 100 manat uşaqpulu ciddi rəqəm hesab olunmaya bilər:

“Amma ayda 400 manat qazanan ailə üçün bu əhəmiyyətli dəstəkdir. Yəni, imkanlı ailənin uşaqpuluna ciddi ehtiyacının olmaması gəliri az olanların bu imkandan faydalanmasına əngəl olmamalıdır. Bu baxımdan, İtaliya modelində olduğu kimi, gəliri az olan ailələrin uşaqlarının sayına görə uşaqpulu alması daha məqsədəuyğn hesab oluna bilər.

Bunun üçün Azərbaycanda “Gəlirlərin deklarasiyası haqqında” qanunun qəbul edilməsinə ehtiyac var. Kimin varlı və kimin kasıb olduğunu müəyyənləşdirmək üçün dövlət qulluqçuları daxil olmaqla hamının gəlirlərini bəyan etməlidir. Bu həm də şəffaflığın gücləndirilməsi baxımdan da çox vacibdir. Bu zaman artıq sosial qayğıya və ya uşaqpulunu ehtiyacı olan ailələri n müəyyənləşdirməsi mümkündür. İkinci mərhələdə isə az gəliri olan ailələrə uşaqların sayın uyğun olaraq uşaqpulu formasında birbaşa ödəniş mümkündür. Bu həmin ailələrin sosial müdafiəsinin gücləndirilməsi üçün vacibdir. Bu baxımdan, uşaq”pulunun bərpasında İtaliya modelinin tətbiq edilməsi həm ailələrin gəlirlərinin müəyyənləşdirilməsinə, həm da gəliri az olan ailələrin uşaq pulundan faydalanmasına imkan verəcək”.

Onun sözlərinə görə, bu mexanizm ünvanlı sosial yardım ilə eyni deyil və birbaşa uşaq sayına hesablanmış modeldir:

“CESD-nin ilkin qiymətləndirilmələrinə görə, bu modelin tətbiq edilməsi ildə 800 milyon manata yaxın xərc tələb edəcək. Bu büdcə üçün ciddi maliyyə yükü yaratmamaqla istehlak bazarında qiymət tarazlığını da pozmayacaq”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazirlik: Sahələrdən 28 min 226 ton şəkər çuğunduru yığılıb   23 Sentyabr 2019, 12:59 Sabahın hava PROQNOZU açıqlandı 23 Sentyabr 2019, 12:57 Sərhəd zastavasına silahlı hücum olub - Baş leytenant bıçaqlandı - FOTOLAR 23 Sentyabr 2019, 12:53 Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olunub 23 Sentyabr 2019, 12:39 Bakıda sərnişin avtobusu qəzaya düşdü - FOTO 23 Sentyabr 2019, 12:35 “Keşikçidağ”da “Avropa İrs günləri” keçirilib 23 Sentyabr 2019, 12:32 Nuşirəvan Məhərrəmov kabel TV operatorlarının işindən narahatdı 23 Sentyabr 2019, 12:25 Ekspertlərdən parlamentə və hökumətə distant təhsillə bağlı ÇAĞIRIŞ 23 Sentyabr 2019, 12:17 Azərbaycanda payız başladı 23 Sentyabr 2019, 12:14 Sosial şəbəkələrdə narkotiki təbliğ edən şəxs həbs edildi 23 Sentyabr 2019, 12:03 Milli Məclisdə abortlarla bağlı fikir ayrılığı yarandı - Cinsiyyəti təyin etməyə icazə verilsin, verilməsin?.. 23 Sentyabr 2019, 12:02 Naqif Həmzəyev gənc partiya fəalları ilə görüşüb - FOTO 23 Sentyabr 2019, 11:54 Sabiq xarici işlər naziri: “Azərbaycan Ermənistanla bu görüşə getməməliydi” 23 Sentyabr 2019, 11:49 Bir əsgərimiz də şəhid oldu 23 Sentyabr 2019, 11:32 Avtobus sürücülərinin hər kəsi Hikmət adı ilə hədələdiyi “Avtobus Hikmət” kimdir? - Cavab gözləyirik 23 Sentyabr 2019, 11:24 Əcnəbi sözlər dilimizi “intihar”a sürükləyir 23 Sentyabr 2019, 11:10 370 İngilis dili müəllimi təlimlərə cəlb olunacaq 23 Sentyabr 2019, 11:04 ADU-da Çin “Zhongjujie” bayramı qeyd olunub 23 Sentyabr 2019, 10:49 Nəsimi festivalı zamanı dahi şairə həsr olunan xalça sərgisi açılacaq - FOTOLAR 23 Sentyabr 2019, 10:46 Los Anceles Paşinyanı belə “qarşıladı” - FOTO+VİDEO 23 Sentyabr 2019, 10:37 “Papanin”də yollar 7 ildən sonra açıldı - FOTOLAR 23 Sentyabr 2019, 10:36 Paşinyan Sorosla baş tutmayan görüşündən danışdı 23 Sentyabr 2019, 10:26 Kartof toxumlarının tədarükünə başlanıb 23 Sentyabr 2019, 10:21 Ötən gün yol qəzalarında 2 nəfər ölüb 23 Sentyabr 2019, 10:19 Fuad Muradov: Türkiyədə qanunsuz yaşayan azərbaycanlılarla bağlı uzun zaman davam edən danışıqlar həllini tapır 23 Sentyabr 2019, 10:13 Bakı Ali Neft Məktəbinin startapı ABŞ-da qəbul olunub 23 Sentyabr 2019, 10:10 Mehriban Əliyeva: “Biz postsovet məkanında müasir qiymətləndirmə sistemini tətbiq edən ilk ölkələrdənik” 23 Sentyabr 2019, 10:08 10 milyonuncu sakinimizin yeni FOTOLARI 23 Sentyabr 2019, 09:54 “Valideynlər öz düşüncələrinə görə nəticə çıxarmaqdansa, gəncləri sakitcə dinləsələr…” - Fuad Bakışlı yazır 23 Sentyabr 2019, 09:44 Ermənistan ordusunun hərbçisi ölüm ayağındadır 23 Sentyabr 2019, 09:36 Qubad İbadoğlu Vurğun Əyyubla bağlı xəbərlərdə təmkinli olmağa ÇAĞIRDI 23 Sentyabr 2019, 09:33 Ermənilər atəşkəsi 22 dəfə pozdu 23 Sentyabr 2019, 09:29 “Kapadokyanın filialı” Lazada - Dağlar arxasında bir kənd var... - FOTOLAR 23 Sentyabr 2019, 08:37 Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu gün GÖRÜŞÜRLƏR 23 Sentyabr 2019, 08:32 “Qırmızı Şaman”ın izi ilə... - Qədim türk yurdu Saxa Respublikasından REPORTAJ 23 Sentyabr 2019, 08:13