Arxiv
11 Sentyabr 2019, 15:31 | İQTİSADİYYAT
Köçkünlərin “çörəkpulu” artırılır? - Dövlət Komitəsindən rəsmi AÇIQLAMA

Sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində məcburi köçkünlərə dövlət büdcəsindən ödənilən vahid aylıq müavinətin məbləğinin yenidən artırılacağı haqqında məlumat yayılıb. 



Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bununla əlaqədar Modern.az-a verilən açıqlamada bildirilib ki, ölkə vətəndaşlarının, o cümlədən məcburi köçkünlərin maddi rifahının yüksəldilməsi, sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətində prioritet istiqamətlərdəndir.

 

Bildirilib ki, dövlət başçısı məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında”  26 fevral 2019-cu il tarixli Sərəncam imzalayıb. 

 

Sərəncama əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılıb. Həmin vaxtdan etibarən, fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin edilməyən sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər 33 manat, bu kateqoriyaya aid edilməyən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər isə 60 manat məbləğində vahid aylıq müavinət alırlar.  

 

Xatırladaq ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinət 1 yanvar 2017-ci ildən tətbiq olunur. 

 

Hazırda Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vahid aylıq müavinətin məbləğinin yenidən artırılacağına dair  məlumat yoxdur.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanlı jurnalistlərdən erməni jurnalistlərin Bakıya gəlişinə REAKSİYA 14 Noyabr 2019, 17:46 Cəbhə bölgədində yerləşən məktəblilər üçün təlimlər keçirəcək - FOTO 14 Noyabr 2019, 17:46 İlham Əliyev fəxri adlar verdi 14 Noyabr 2019, 17:45 Novruz Aslanov müğənniləri müdafiə etdi 14 Noyabr 2019, 17:39 Asim Mollazadə miqrant alverindən danışdı: “Xoşagəlməzdir” 14 Noyabr 2019, 17:30 İlham Əliyev Qaraçay-Çərkəz Respublikasının başçısını qəbul edib - FOTO 14 Noyabr 2019, 17:25 Sağlam təhsil-SABAH auditoriyasının açılış mərasimi keçirilib 14 Noyabr 2019, 17:22 Almaniya Azərbaycanlıları Alyansından mühacir alverçiləri ilə bağlı BƏYANAT  14 Noyabr 2019, 17:16 Prezident bu sazişləri təsdiq etdi 14 Noyabr 2019, 17:08 Prezident İlham Əliyev: “Münaqişənin həlli üçün yeganə yol...” 14 Noyabr 2019, 17:00 İlham Əliyev Mahmud Abbası təbrik edib 14 Noyabr 2019, 16:55 Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib 14 Noyabr 2019, 16:53 Türkiyə Suriyada yeni hərbi baza inşa edir 14 Noyabr 2019, 16:39 Goranboyda 54 evə qaz verildi - FOTO 14 Noyabr 2019, 16:32 Daha bir qrup müəllimin maaşı artırıldı 14 Noyabr 2019, 16:31 QAT hədələdi: “Erməni jurnalistlərin Bakıya gəlişinə imkan verməyəcəyik!” 14 Noyabr 2019, 16:28 İcazəsiz ov edən şəxslər saxlanılıb 14 Noyabr 2019, 16:26 Moldovanın yeni Baş Naziri seçilib 14 Noyabr 2019, 16:20 “Döyüşdən kənar qalsaq, Azərbaycanı itirə bilərik!” 14 Noyabr 2019, 16:14 Bakıda məktəbli qız uşaq dünyaya gətirdi 14 Noyabr 2019, 16:08 “Prezident idarəçilik sisteminə yenilik gətirdi” - Üç DEPUTAT 14 Noyabr 2019, 16:05 Milli Məclisin növbəti iclası bu tarixdə keçiriləcək 14 Noyabr 2019, 16:00 Tanınmış şair vəfat edib 14 Noyabr 2019, 15:55 Naqif Həmzəyev: “İdman mərkəzləri açmaq istəyən sahibkarlara güzəştlər tətbiq olunsun” 14 Noyabr 2019, 15:49 Hərbi Dəniz Qüvvələri qarşıya qoyulan tapşırıqları icra edir - VİDEO 14 Noyabr 2019, 15:43 Beyləqanda 6 subartezian quyusu qazılıb - FOTO 14 Noyabr 2019, 15:32 İcbari tibbi sığortada xidmətlər zərfinə nələr daxil olacaq? - AÇIQLAMA 14 Noyabr 2019, 15:29 Sankt-Peterburqdan Bakıya yeni aviareys açılıb 14 Noyabr 2019, 15:17 Məktəbdən - Məktəblilərin psixoloji vəziyyəti - VİDEO 14 Noyabr 2019, 15:01 Tramp Ərdoğana: “Mən sizin böyük pərəstişkarınızam” 14 Noyabr 2019, 14:55 Kirill Şeyxə orden təqdim etdi - FOTO 14 Noyabr 2019, 14:52 Ərdoğan Allahşükür Paşazadəni təbrik etdi 14 Noyabr 2019, 14:48 Milli Məclis Aparatının saxlanmasına 45,488 milyon manat XƏRCLƏNƏCƏK 14 Noyabr 2019, 14:45 Bu ərəb dövlətində hökumət istefa verdi 14 Noyabr 2019, 14:40 Putin Şeyxi təltif etdi 14 Noyabr 2019, 14:40