Modern.az

İlqar Məmmədov:Əli Kərimli ilə debata razılıq verdim”

İlqar Məmmədov: “Əli Kərimli ilə debata razılıq verdim”

12 Sentyabr 2019, 13:22

“Avqustun 19-da “Azadlıq” radiosunun jurnalistləri Şahnaz Bəylərqızı və Ramin Deko mənə müraciət edərək AXCP sədri Əli Kərimli ilə debata çağırdılar. Razılıq verdim”.

Modern.az xəbər verir ki, bu sözləri ReAl Partiyasının sədri İlqar Məmmədiov deyib.

İ.Məmmədovun sözlərinə görə, o, jurnalistlərə bir şərtlə razılıq verib:

“Dedim ki, əgər mövzu “boykot, yoxsa seçki”dirsə, onda AXCP boykot qərarını verən kimi, bu debata qatılacam, çünki başqa elə bir mübahisəli mövzu yoxdur.

Məsələ o nöqtədə qalmışdı, bir xəbər gəlmədi.

Bu gün tanınmış publisist-tənqidçi Xədicə İsmayılova da belə bir debatda moderatorluq etmək təşəbbüsü ilə çıxış etdi.

Baxmayaraq ki, Xədicə İsmayılova cəmi iki gün əvvəl aşağılayıcı səbəb gətirərək mənimlə maraqlanmadığını bildirmişdi, dəvəti qəbul edirəm. Mövzuları gözləyirəm”.

 
Xədicə İsmayıl isə İlqar Məmmədova və Əli Kərimliyə debat təklifini qəbul etdikləri üçün təşəkkürünü bildirib.

"Yaxın günlərdə vaxtını və digər detalları açıqlayacağıq",- o qeyd edib.


A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir