Ermənistanın "Güclü Ermənistan" Partiyasının sədri Samvel Karapetyan ölkədə müxalifətin həlledici küçə mübarizəsinə hazırlaşdığını bildirib.
Modern.az xəbər verir ki, o, bu barədə iyulun 7-də jurnalistlərə açıqlamasında bildirib.
"Mövcud hakimiyyətin atdığı addımlar həm yerli, həm də xarici investorların fəaliyyətinə mane olur. Ölkənin əsas investorlarından biri olan Qaqik Tsarukyanın hətta heyvan müqəvvalarını belə əlindən alıblar", – deyə o qeyd edib.
Samvel Karapetyan müxalifətin vahid koordinasiya orqanı yaratmaq niyyətini də xatırladıb.
"Beş əsas müxalifət qüvvəsi bununla bağlı artıq birgə bəyanat yayıb. Bundan sonra növbəti addımlar atılacaq", – deyə "Güclü Ermənistan" Partiyasının sədri vurğulayıb.