Modern.az

Makronun əsas rəqibinə hökm oxundu

Makronun əsas rəqibinə hökm oxundu

Dünya

Bu gün, 16:50

Fransanın paytaxtı Parisdə Apellyasiya Məhkəməsi "Milli Birlik" Partiyasının lideri Marin Le Pen barəsində parlament köməkçiləri işi üzrə hökm çıxarıb.

Modern.az xəbər verir ki, məhkəmənin qərarına əsasən, Marin Le Pen 3 il müddətinə azadlıqdan məhrum edilib. Cəzanın bir ilini elektron qolbaq nəzarəti altında çəkməsi nəzərdə tutulub.

Marin Le Pen ötən ilin noyabrında bildirmişdi ki, əgər Apellyasiya Məhkəməsi onun seçkilərdə iştirakına qoyulan qadağanı qüvvədə saxlasa, 2027-ci ildə keçiriləcək Fransa prezident seçkilərində namizəd olmayacaq.

Qeyd edək ki, Parisdə Marin Le Pen və onun rəhbərlik etdiyi partiyanın daha 26 nümayəndəsi barəsində Avropa Parlamentinin vəsaitlərinin qanunsuz istifadəsi ilə bağlı məhkəmə prosesi keçirilirdi.

İstintaqın iddiasına görə, onlar Avropa Parlamentinin ayırdığı vəsaiti qanunsuz şəkildə parlament köməkçilərinin fəaliyyətinin maliyyələşdirilməsinə yönəldiblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV