Arxiv
12 Sentyabr 2019, 17:49 | AKTUAL
Bakcell  LTE şəbəkəsi üzrə Azərbaycanda ən böyük layihəni həyata keçirib

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycanda LTE şəbəkəsinin genişləndirilməsi  üzrə ən genişmiqyaslı layihəni həyata keçirib. 

 

Modern.az xəbər verir ki, 2019-cu ilin may ayından indiyə kimi - cəmi 4 ay ərzində Bakcell 1000-dən çox 4.5G texnologiya ilə təchiz olunmuş LTE baza stansiyası quraşdırıb. Bu cür unikal layihə Azərbaycanda və hətta bütün regionda ilk dəfə həyata keçirilir. 

 

Bu gün 2700-dən çox 4G texnologiyalı baza stansiyası sayəsində Bakcell şirkəti əhatə dairəsi və şəbəkə tutumu baxımından ölkədə ən böyük 4G şəbəkəsinə malikdir və Azərbaycanın bütün regionlarının mərkəz hissələrini (Naxçıvan Muxtar Respublikası və işğal olunmuş ərazilər istisna olmaqla) və ölkə əhalisinin 91%-ni əhatə edir. 

 

Qeyd edək ki, Bakcell şirkəti özünün ultra-sürətli 4G şəbəkəsində LTE Advanced Carrier Aggregation (tezlik daşıyıcılarının birləşməsi) texnologiyasını tətbiqi sayəsində saniyədə 225 Meqabitə qədər olan sürətin dəstəklənməsini təmin edib. Bu gün Bakcell şəbəkəsi dünya üzrə tezlik daşıyıcılarının birləşməsi ilə “LTE-Advanced” texnologiyası üzərindən fəaliyyət göstərən nadir şəbəkələrdən biridir. Sözügedən texnologiya sayəsində Bakcell abunəçiləri 4K kontentini izləmək və yükləmək, əyləncə proqramlarına ani giriş əldə etmək, HD keyfiyyətində onlayn video izləmək, canlı konsert və idman proqramlarına baxmaq və mürəkkəb yeni nəsil mobil tətbiqetmələrindən istifadə etmək imkanına malikdirlər.

 

Azərbaycanda 4G xidmətinin ilk kommersiya istifadəsini istifadəçilərin ixtiyarına vermiş Bakcell, həmçinin Bakı metrosunda 4G şəbəkəsini quraşdıran ilk mobil operatordur. 

 

“Bakcell”in təmin etdiyi keyfiyyət və ən yüksək mobil İnternet sürətinə hətta beynəlxalq səviyyədə də yüksək qiymət verilir. Belə ki, 2018-ci ildə Bakcell “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat şirkətə “Speedtest” xidmətinə görə bütün dünyada tanınan “Ookla” şirkəti tərəfindən təqdim edilib. 2017-ci ildə isə mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”).

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Almaniya Azərbaycanlıları Alyansından mühacir alverçiləri ilə bağlı BƏYANAT  14 Noyabr 2019, 17:16 Prezident bu sazişləri təsdiq etdi 14 Noyabr 2019, 17:08 Prezident İlham Əliyev: “Münaqişənin həlli üçün yeganə yol...” 14 Noyabr 2019, 17:00 İlham Əliyev Mahmud Abbası təbrik edib 14 Noyabr 2019, 16:55 Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib 14 Noyabr 2019, 16:53 Türkiyə Suriyada yeni hərbi baza inşa edir 14 Noyabr 2019, 16:39 Goranboyda 54 evə qaz verildi - FOTO 14 Noyabr 2019, 16:32 Daha bir qrup müəllimin maaşı artırıldı 14 Noyabr 2019, 16:31 QAT hədələdi: “Erməni jurnalistlərin Bakıya gəlişinə imkan verməyəcəyik!” 14 Noyabr 2019, 16:28 İcazəsiz ov edən şəxslər saxlanılıb 14 Noyabr 2019, 16:26 Moldovanın yeni Baş Naziri seçilib 14 Noyabr 2019, 16:20 “Döyüşdən kənar qalsaq, Azərbaycanı itirə bilərik!” 14 Noyabr 2019, 16:14 Bakıda məktəbli qız uşaq dünyaya gətirdi 14 Noyabr 2019, 16:08 “Prezident idarəçilik sisteminə yenilik gətirdi” - Üç DEPUTAT 14 Noyabr 2019, 16:05 Milli Məclisin növbəti iclası bu tarixdə keçiriləcək 14 Noyabr 2019, 16:00 Tanınmış şair vəfat edib 14 Noyabr 2019, 15:55 Naqif Həmzəyev: “İdman mərkəzləri açmaq istəyən sahibkarlara güzəştlər tətbiq olunsun” 14 Noyabr 2019, 15:49 Hərbi Dəniz Qüvvələri qarşıya qoyulan tapşırıqları icra edir - VİDEO 14 Noyabr 2019, 15:43 Beyləqanda 6 subartezian quyusu qazılıb - FOTO 14 Noyabr 2019, 15:32 İcbari tibbi sığortada xidmətlər zərfinə nələr daxil olacaq? - AÇIQLAMA 14 Noyabr 2019, 15:29 Sankt-Peterburqdan Bakıya yeni aviareys açılıb 14 Noyabr 2019, 15:17 Məktəbdən - Məktəblilərin psixoloji vəziyyəti - VİDEO 14 Noyabr 2019, 15:01 Tramp Ərdoğana: “Mən sizin böyük pərəstişkarınızam” 14 Noyabr 2019, 14:55 Kirill Şeyxə orden təqdim etdi - FOTO 14 Noyabr 2019, 14:52 Ərdoğan Allahşükür Paşazadəni təbrik etdi 14 Noyabr 2019, 14:48 Milli Məclis Aparatının saxlanmasına 45,488 milyon manat XƏRCLƏNƏCƏK 14 Noyabr 2019, 14:45 Bu ərəb dövlətində hökumət istefa verdi 14 Noyabr 2019, 14:40 Putin Şeyxi təltif etdi 14 Noyabr 2019, 14:40 Paşinyan satanistlərlə bağlı tapşırıq verdi 14 Noyabr 2019, 14:29 Dünyada 420 milyondan çox insan diabetdən əziyyət çəkir 14 Noyabr 2019, 14:23 Ukrayna Rusiyanı danışıqları pozmaqda İTTİHAM ETDİ 14 Noyabr 2019, 14:12 Mikayıl Cabbarov: “Ali təhsil çox böyük transformasiyalara uğrayıb” 14 Noyabr 2019, 14:09 “18 yaşına çatmayan əlillərə ayrılan müavinətlər daha da artırılsın” – Qənirə Paşayeva 14 Noyabr 2019, 13:59 Nazir ölkədə vergi ödəyicilərinin artdığını ELAN ETDİ 14 Noyabr 2019, 13:56 Milli Məclis Vergi Məcəlləsinə dəyişiklikləri I oxunuşda qəbul etdi 14 Noyabr 2019, 13:49