Arxiv
16 Sentyabr 2019, 16:44 | HADİSƏ
Prorektor vəzifəsindən gedən sabiq deputatdan AÇIQLAMA

Keçmiş millət vəkili, Odlar Yurdu Universitetinin prorektoru Ceyhun Osmanlı vəzifəsindən istefa verəndən sonra  Avropada fəaliyyət göstərməyə başlayıb.

Yeni işi barədə Modern.az-a danışan Ceyhun Osmanlı yenə də təhsil sahəsində çalışdığını söyləyib:


“Uzun illər Azərbaycanda da təhsil sahəsində çalışmışam. Bu sahə mənə çox doğmadır. Hazırda ölkədən kənarda fəaliyyət göstərsəm də, işim təhsil sahəsi ilə bağlıdır. Bəzi mətbuat səhifələrində Londona köçdüyümü yazdılar. Ancaq təkcə Londonda daimi olaraq qalmıram. Həm Azərbaycanda, həm də Avropada birdən çox universitet və ümumtəhsil məktəblərində birgə layihələrin icrası ilə məşğulam. Bunlarla yanaşı, təhsil eksperti kimi də çıxış edirəm. Hətta iyunda İsveçrədə biznes məktəbin fəxri professoru seçilmişəm”.

Ceyhun Osmanlı digər işləri barədə də danışıb:

“Bəzi inşaat və enerji layihələrində məsləhətçi qismində çıxış edirəm. Bütün bu işlərlə bağlı konkret olaraq hansısa ölkəyə köçməmişəm. 7 ay olar ki, Azərbaycandan kənarda  iş həyatı qurmuşam. Hətta Azərbaycandan kənarda işlərimi qursam da, tez-tez vətənə gedib-gəlirəm. Ailəm və uşaqlarım Bakıdadır. Azərbaycan bizim daimi vətənimizdir. Ona görə də vətənimizi tam olaraq tərk etmək fikrimiz yoxdur”.

Xatırladaq ki, Ceyhun Osmanlı iqtisadiyyat üzrə fəlsəfə doktorudur. Deputat olduğu dövrdə (2010-2015-ci illər, 63 saylı Sabirabad birinci seçki dairəsi) Avropa Parlamenti, Avronest, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə sıx əməkdaşlıq edib. Həmçinin, "İrəli” İctimai Birliyinin həmtəsisçisi və sədri olub. 
C.Osmanlı 2017-2019-cu illərdə Odlar Yurdu Universitetində beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində çalışıb.
Ailəlidir, 3 oğlan övladı var.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Tanınmış jurnalistlər Əfqan Muxtarlı ilə bağlı ölkə rəhbərliyinə MÜRACİƏT ETDİLƏR 15 Oktyabr 2019, 15:04 Fəzail Ağamalı Pənah Hüseynə CAVAB VERDİ:  “Fikirlərində diqqətli olsun!” 15 Oktyabr 2019, 14:58 Deputatlar Nazarbayevin “Türk dövlətləri” təklifini dəstəklədilər: “Doğrudur” 15 Oktyabr 2019, 14:52 Qatar eşitmə qüsurlu kişini vurdu 15 Oktyabr 2019, 14:50 Təhsil Nazirliyi yeni sosial kampaniyaya start verir 15 Oktyabr 2019, 14:46 Azərbaycanlı deputatlar NATO PA-nın sessiyasında ETİRAZ ETDİLƏR 15 Oktyabr 2019, 14:34 Nursultan Nazarbayevə Türk Dünyasının Ali Ordeni verildi - FOTO 15 Oktyabr 2019, 14:18 Türk Şurasının növbəti Zirvə Görüşü Türkiyədə keçiriləcək 15 Oktyabr 2019, 14:16 Günay Əfəndiyeva Darhan Kıdıralını yeni ofisində qarşıladı - FOTOLAR 15 Oktyabr 2019, 14:10 Vasim müəllim milli sərvətimizdir - Deputat YAZDI 15 Oktyabr 2019, 14:00 Ərdoğan Bakıda Dədə Qorquddan sitat gətirdi, Türk dövlətlərini birliyə çağırdı 15 Oktyabr 2019, 14:00 Bakıda saxta içkilər hazırlayan “Beluqa Tahir”in dəstəsi tutuldu - FOTOLAR 15 Oktyabr 2019, 13:50 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı” 15 Oktyabr 2019, 13:36 Gömrük Akademiyasının tələbəsi: “Burda təhsil almaq bir addım öndə olmağa imkan verir” - MÜSAHİBƏ 15 Oktyabr 2019, 13:29 Kiyevdə öldürülən azərbaycanlı tələbənin qatili beynəlxalq axtarışa verildi - Səfirliyimizdən NOTA 15 Oktyabr 2019, 13:23 Bakıda Türk Şurasının VII Zirvə Görüşü keçirilir - YENİLƏNİB 15 Oktyabr 2019, 13:14 Pənah Hüseyn: “Fəzail Ağamalıya necə təzyiq olubsa, danışmaqdan belə çəkinir” 15 Oktyabr 2019, 13:01 Litva səfiri Ekologiya Nazirliyində olub 15 Oktyabr 2019, 12:54 Paşinyan Minsk Qrupunun həmsdərləri ilə görüşdü 15 Oktyabr 2019, 12:54 Piyadanı vurub qaçan sürücü tutulub 15 Oktyabr 2019, 12:50 Sabah 28 dərəcə isti olacaq - PROQNOZ 15 Oktyabr 2019, 12:44 BŞTİ müdiri qızıl və gümüş medal alanların sayını açıqladı  15 Oktyabr 2019, 12:35 Komitə sədri: “Azərbaycan Ermənistana imkan verməyəcək” 15 Oktyabr 2019, 12:35 Deputatdan Qarabağ icması ilə bağlı TƏKLİF 15 Oktyabr 2019, 12:29 Metronun Xocəsəndə tikilən yeni deposu nə vaxt AÇILACAQ? 15 Oktyabr 2019, 12:27 Leyla Əliyevanın “Sanki bir alovsan” adlı şeirlər toplusu Ankarada nəşr olunub 15 Oktyabr 2019, 12:21 Suriyanın şimalında kim hara nəzarət edir? - XƏRİTƏ 15 Oktyabr 2019, 12:17 Övladını digər məktəbə dəyişmək istəyən valideyn nə etməli? 15 Oktyabr 2019, 12:17 Rusiyada həbs olunan Orxan Zeynalovun atası NARAZIDIR 15 Oktyabr 2019, 12:15 Ermənistan Suriyaya qoşun göndərdi – TƏCİLİ 15 Oktyabr 2019, 12:09 Rövşən Lənkəranskidən bəhs edən “Böyük qardaş” kitabı satışa çxarıldı 15 Oktyabr 2019, 12:05 Təhsil idarəsinin müdiri paytaxt məktəblərində süni şagird sıxlığından DANIŞDI 15 Oktyabr 2019, 12:04 İlham Əliyev Yaponiyanın Baş Nazirinə başsağlığı  verib 15 Oktyabr 2019, 12:03 Ermənilər tanınmaz hala saldıqları Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR 15 Oktyabr 2019, 11:55 Nazirlər Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna gəldilər - FOTOLAR 15 Oktyabr 2019, 11:48