Modern.az

Müsavat başqanlığına yeni NAMİZƏD: “Partiyanın idarə olunması qənaətbəxş deyil”

Müsavat başqanlığına yeni NAMİZƏD: “Partiyanın idarə olunması qənaətbəxş deyil”

17 Sentyabr 2019, 08:14

Müsavat Divanı partiyanın növbəti qurultayının oktyabrın 12-də keçirilməsi barədə qərar qəbul edib. Artıq iki namizəd bəllidir.
Bunlar I Qarabağ savaşının iştirakçısı Tofiq Yaqublu və partiyanın Lənkəran təşkilatına rəhbərlik etmiş Yadigar Sadıqlıdır.
Müsavat hazırda Bakı şəhər İcra Hakimiyyətindən yerlə bağlı cavab gözləyir.


Modern.az-ın məlumatına görə, başqanlığa namizədliyini irəli sürmüş Yadigar Sadıqlı bununla bağlı açıqlama da verib.

“Əvvəl də bildirdiyim kimi, öz namizədliyimi irəli sürəcəyəm. Partiyanın son 5 ildə idarə olunmasını qənaətbəxş hesab etmirəm və bunu Müsavatın reytinqinin zəifləməsində də müşahidə etmək olar. Hesab edirəm ki, mənim başqan seçilməyim təkcə Müsavatda deyil, ümumilikdə demokratik düşərgədə ab-havanı kökündən dəyişər, yeni qüvvələrin axınına xidmət edər”,-deyə Y.Sadıqlı bəyan edib.

Müsavat Partiyasının hazırkı başqanı Arif Hacılının da tezliklə namizədliyini elan edəcəyi gözlənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...