Modern.az

BMT missiyası daha bir il Əfqanıstanda qalacaq

BMT missiyası daha bir il Əfqanıstanda qalacaq

Aktual

17 Sentyabr 2019, 22:01

BMT Təhlükəsizlik Şurası Əfqanıstana Yardım Missiyasının (UNAMA) fəaliyyət müddətini daha bir il, yəni 2020-ci ilin 17 sentyabr tarixinədək uzatmaq barədə qətnamə çıxarıb.

Modern.az   “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yekdilliklə qəbul olunan qətnamədə bildirilir.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelli Kraft prezident Məhəmməd Əşrəf Qəninin seçki kampaniyası tədbirlərinə qarşı törədilən terror hücumlarını pislədiklərini deyib.

O, sözügedən qərarla Əfqanıstanda seçkiləri dəstəkləmək, həmçinin sülh və əmin-amanlığa, insan hüquqları təminatına töhfə verməklə bağlı missiyanın səlahiyyətlərinin genişlənmiş olduğunu qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü