Arxiv
18 Sentyabr 2019, 18:04 | QARABAĞ
Azərbaycan erməni əsirləri Dilqəmlə Şahbaza dəyişməyi təklif etdi

Azərbaycan Respublikası tərəflərdə saxlanılan əsir-girovların “hamının-hamıya” prinsipi əsasında azad olunması və gələcəkdə əsir-girov götürülən şəxslərin, eyni zamanda meyitlərin 3 gündən gec olmayaraq qaytarılmasını aidiyyəti beynəlxalq təşkilatların vasitəçiliyi ilə 2016-cı ilin aprel ayında Ermənistan Respublikasına təklif edib.

Modern.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında deyilir.


“Lakin kütləvi informasiya vasitələrində son günlər yayılmış məlumatlarda bildirilir ki, Ermənistan tərəfi işğal altındakı Kəlbəcər rayonunda 2014-cü ildə girov götürülərək qeyri-qanuni həbs cəzasına məhkum edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistan Respublikasının vətəndaşları olan erməni hərbçiləri - Azərbaycan Respublikası ərazisində terror-təxribat əməllərinə görə həbs edilmiş Karen Kazaryan və cəbhənin Füzuli istiqamətində könüllü surətdə Azərbaycan Ordusuna təslim olmuş Araik Kazaryanla qarşılıqlı mübadilələrinə Azərbaycan tərəfinin hazır olmadığı barədə açıqlamalar verib.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bir daha bildirir ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərlərinin, eləcə də xarici işlər nazirlərinin görüşlərində, habelə Dövlət Komissiyasının aidiyyəti beynəlxalq təşkilatlarla 2017-ci və 2018-ci illərdə apardığı müzakirələr zamanı əsir-girovların “hamının-hamıya” formatında azad olunması ilə bağlı Azərbaycan Respublikasının prinsipial mövqeyi dəfələrlə qarşı tərəfə çatdırılıb.

Dilqəm Əsgərov və Şahbaz Quliyevin Karen Kazaryan və Araik Kazaryan ilə mübadilə edilməsinə Azərbaycan tərəfinin hazır olması barədə Dövlət Komissiyası növbəti dəfə aidiyyəti beynəlxalq təşkilatlara 11 sentyabr 2019-cu il tarixdə rəsmi məlumat verib.

Dövlət Komissiyası ölkəmizin beynəlxalq humanitar hüququn norma və prinsiplərinə daim əməl etdiyini yenidən diqqətə çatdırır, 7 sentyabr 2019-cu il tarixdə Rusiya Federasiyası və Ukrayna arasında əsirlərin “hamının-hamıya” mübadiləsini yüksək insanpərvərlik aktı kimi təqdir edir və bu humanizm nümunəsinə uyğun olaraq Azərbaycan və Ermənistan arasında əsir-girovların eyni prinsip əsasında qısa müddətdə azad edilməsinə tərəfdar olduğunu bir daha bəyan edir”,-deyə rəsmi məlumatda bildirilib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ramil Səfərov kimdir - qatil, yoxsa qəhrəman? 27 May 2020, 13:59 Bu taksi sürücülərinə şəhərlərarası sərnişin daşımağa icazə verilməyəcək 27 May 2020, 13:44 Vladimir Zelenski prezident İlham Əliyevi təbrik edib 27 May 2020, 13:36 Bakının mərkəzində yola qoyulan masa ərazidən götürülüb - FOTO 27 May 2020, 13:28 Naxçıvan istiqamətində GƏRGİNLİK: Düşmən mövqelərini irəli çəkmək istədi 27 May 2020, 13:11 Azərbaycan nefti bahalaşıb 27 May 2020, 13:04 İordaniyanın Kralı İlham Əliyevi təbrik edib 27 May 2020, 12:54 Gürcüstanda restoranlar və ticarət mərkəzləri açılır 27 May 2020, 12:44 Azərbaycandan İrana 19 məhbus ekstradisiya olunub 27 May 2020, 12:40 Lənkəranda zəlzələ olub 27 May 2020, 12:39 Bakıda qəza yolda tıxaca səbəb oldu 27 May 2020, 12:28 Millət vəkili 400-ə yaxın gəncə kitab hədiyyə etdi 27 May 2020, 12:21 Estoniyalı həmkarı İlham Əliyevi təbrik edib 27 May 2020, 12:08 Çingiz Qənizadə: "Ermənistan Azərbaycan əleyhinə qarayaxma kampaniyasına Avropa Məhkəməsini də alət etmək niyyətindədir" 27 May 2020, 11:55 Bakıda mənzildən qadın meyiti tapıldı 27 May 2020, 11:47 Azərbaycanın bu bölgəsində daha 4 nəfər koronavirusa YOLUXDU 27 May 2020, 11:32 Ermənistanda koronavirusa yoluxanların sayı artdı 27 May 2020, 11:25 Şəkidə 1 tona yaxın yaxın çətənə kolu məhv edilib 27 May 2020, 11:07 Ermənistan Futbol Federasiyasının keçmiş prezidenti axtarışa verildi 27 May 2020, 10:58 Bakının bu rayonunda su kəsiləcək 27 May 2020, 10:45 HEYDƏR ƏLİYEV mədəniyyətimizin hamisi 27 May 2020, 10:33 Masallıda "Azərişıq" əməkdaşlarının güllələnməsinə görə cinayət işi AÇILDI 27 May 2020, 10:21 Kapital Bank POS terminal komissiyalarına endirim etdi 27 May 2020, 10:17 Gördüyüm yuxunu suya danışım… 27 May 2020, 10:05 Kamilə Əliyeva: "Ölkəmiz hər zaman yeniliklərə, müasir texnologiyalara açıq olub" 27 May 2020, 10:00 Qarabağda istehsal olunan məhsullar Rusiyada satılır – FOTOFAKT 27 May 2020, 09:56 Ermənistan cəbhədə snayper tüfənglərini işə saldı 27 May 2020, 09:47 Əsas siyasi rəqibi Trampı “hərtərəfli axmaq” adlandırdı 27 May 2020, 09:39 Ermənistan ordusu Ağdamda yeni hərbi təlimlər keçirdi – VİDEO 27 May 2020, 09:25 Yazmağın ölüb-dirilmək əzabı... - “13 alqış işləmişəm, 14-cüyə gücüm çatmadı” - Xalq yazıçısı ilə MÜSAHİBƏ 27 May 2020, 09:22 Qazaxıstanda daha 335 nəfər koronavirusa yoluxub 27 May 2020, 09:06 ABŞ-ın paytaxtında Azərbaycan Milli Günü bəyan edildi 27 May 2020, 08:58 ABŞ və Rusiya qarşıdurması - 6 təhlükəsizlik müqaviləsi pozuldu 27 May 2020, 08:37 ABŞ-da koronavirusdan ölənlərin sayı 100 mini ötdü 27 May 2020, 02:38 Ermənistanda koronavirusun ikinci dalğası vəziyyəti ağırlaşdırıb 27 May 2020, 00:49