Arxiv
20 Sentyabr 2019, 16:39 | AKTUAL
Müdafiə NazirliyinKollegiya iclası - Zakir Həsənov Prezidentin tapşırılarını diqqətə çatdırdı

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin sonunda təlimlərin və 2019-cu ilin doqquz ayının yekunlarına dair Müdafiə Nazirliyinin kollegiya iclası keçirilib.


Modern.az xəbər verir ki, iclasda Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Silahlı Qüvvələrin Ali Baş Komandanının tapşırığına əsasən cari ilin doqquz ayı ərzində ordu quruculuğu sahəsində aparılan islahatlar, Azərbaycan Ordusunun döyüş fəaliyyəti, silah və texnika ilə təchizatı, maddi-texniki təminatı, kadr islahatları, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, həmçinin əldə edilən nailiyyətlər barədə geniş məruzə ilə çıxış edib.

Nazir müavini bildirib ki, hesabat dövrü ərzində müxtəlif növ hərbi təlimlər, döyüş hazırlığı məşğələləri keçirilib, qoşunların və ön xətt bölmələrinin döyüş qabiliyyəti artıb, şəxsi heyətin peşəkarlıq səviyyəsi yüksəlib. 

General-leytenant K.Vəliyev qeyd edib ki, Azərbaycan Ordusunun tabeliyində olan bütün hərbi hissələrdə və hərbi-təhsil müəssisələrində, xüsusilə də ön xətt bölmələrində böyük həcmdə quruculuq, o cümlədən təmir-bərpa işləri aparılıb, yeni hərbi obyektlər istifadəyə verilib,  şəxsi heyətin sosial təminatının yaxşılaşdırılması istiqamətində bir sıra addımlar atılıb.

Nazirliyin rəhbər heyəti, birlik və birləşmələrin komandir və qərargah rəisləri, o cümlədən məsul zabitlərin iştirak etdiyi kollegiya iclasında Müdafiə naziri general-polkovnik Zakir Həsənov yekun çıxışı edib.

Öz çıxışında təlimlərin nəticələrini təhlil edən Müdafiə naziri bildirib ki, qarşıya qoyulan vəzifələr tam həcmdə yerinə yetirilib və plana uyğun olaraq qoşunlar irimiqyaslı döyüş əməliyyatları üzrə tapşırıqları uğurla icra ediblər.

Müdafiə naziri təlimlər zamanı idarəetmə orqanları və qoşunların əməliyyat hazırlığının daha da təkmilləşdirildiyini və qərargahların öz vəzifələrini müvəffəqiyyətlə icra etdiyini qeyd edib.
Komandanlığın qoşunları idarəetmə bacarığı və hərbi qulluqçuların döyüş əzmi Müdafiə naziri tərəfindən yüksək qiymətləndirilib.

General-polkovnik Z.Həsənov keçirilən genişmiqyaslı təlimlərin əhəmiyyətini vurğulayaraq,  Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları bir daha kollegiya iştirakçılarına çatdırıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ruslan İzzətlini hərbi xidmətə apardılar 25 May 2020, 10:37 “TRT Rusca” xəbər kanalı açıldı 25 May 2020, 10:31 Muzey və qoruqlarda “açıq qapı” günləri başladı 25 May 2020, 10:26 Ağdaşda narkotik əməliyyatı 25 May 2020, 10:18 Polis aztəminatlı ailələrə sovqat apardı 25 May 2020, 10:14 Yanacaqdoldurma məntəqələrində benzin niyə EYNİ QİYMƏTədir? 25 May 2020, 10:13 Neftin qiyməti bahalaşır 25 May 2020, 10:07 Ərdoğan İlham Əliyevə zəng etdi 25 May 2020, 09:52 Qazaxıstan bütün hava limanlarını açır 25 May 2020, 09:47 Cəbhədə silhalar susmur - Rayonlarımız atəşə tutuldu 25 May 2020, 09:31 Bu Avropa ölkəsi koronavirusdan qurtuldu 25 May 2020, 09:23 Kiyevdə də metro açıldı 25 May 2020, 09:15 “Xalq artisti”, “Əməkdar artist” lüt soyunub ekrana çıxır” - Fəxri adlara ETİRAZ 25 May 2020, 09:12 Koronavirusa yoluxanların sayı 5 milyon yarımı ötdü 25 May 2020, 09:03 İtaliya çempionatı bu tarixdə bərpa olunacaq 25 May 2020, 08:57 Fransada 28 367 nəfər COVİD-19-un qurbanı olub 25 May 2020, 00:46 “Putin yenidən prezident seçilməyimi istəmir” - Tramp 25 May 2020, 00:33 ABŞ-da koronavirus qurbanlarının sayı 100 minə çatır 25 May 2020, 00:21 Moskvadakı atışmaya görə 9 nəfər saxlanıldı 25 May 2020, 00:04 Ağstafada gənc oğlan intihar edib 24 May 2020, 23:49 Daha 2 min Taliban üzvü azadlığa buraxıldı 24 May 2020, 23:30 Azərbaycanda bu kənd nəzarətə götürüldü 24 May 2020, 23:14 Koronavirus səbəbindən G7 sammitinin vaxtı dəyişdi 24 May 2020, 22:58 Zidan özünütəcrid qaydalarını pozdu 24 May 2020, 22:45 Rusiyada azərbaycanlı vəhşicəsinə qətlə yetirildi 24 May 2020, 22:29 Elmar Məmmədyarov Çavuşoğlu ilə müzakirə apardı 24 May 2020, 22:15 Gəncə sakini bıçaqlandı 24 May 2020, 21:59 TİKA Tovuzda 150 aztəminatlı ailəyə bayram sovqatı verdi - FOTO 24 May 2020, 21:51 Azərbaycanda koronavirusla bağlı son STATİSTİKA - FOTO 24 May 2020, 21:46 Türkiyədə daha 32 nəfər koronavirusdan öldü 24 May 2020, 21:31 Şahmat üzrə dünya çempionatı təxirə salındı 24 May 2020, 21:20 Yaponiyada COVİD-19-a yeni yoluxma halları artıb 24 May 2020, 21:06 Bu ölkədə koronavirusdan ölü sayında ən aşağı göstərici 24 May 2020, 20:50 Karantin yataqxanaları tamamilə boşaldıldı 24 May 2020, 20:36 Bərdədə minik maşını yandı 24 May 2020, 20:26