Modern.az

Elmar Məmmədyarov ABŞ-da Qarabağ məsələsini müzakirə etdi - YENİLƏNİB

Elmar Məmmədyarov ABŞ-da Qarabağ məsələsini müzakirə etdi - YENİLƏNİB

22 Sentyabr 2019, 21:43

"Xarici İşlər naziri Elmar Məmmədyarovun Nyu Yorkda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü baş tutub".

Bu barədə Modern.az-a  Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar, eləcə də münaqişə zonasındakı vəziyyət və ümumilikdə, münaqişənin tənzimlənməsi üzrə Həmsədrlərin gələcək fəaliyyət planları və perspektivləri müzakirə edildi.

 

***

 

Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) arasında görüş başlayıb.

Modern.az  xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevə məlumat verib.



"Nyu-Yorkda xarici işlər naziri  Elmar Məmmədyarov və ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popov, Stefan Viskonti və Endryu Şafer arasında görüş başlayıb", - deyə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi