Arxiv
24 Sentyabr 2019, 10:42 | AKTUAL
Ruandalı tələbələr Bakı Ali Neft Məktəbində təhsil alacaq

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Bakıda səfərdə olan Ruandanın Türkiyə Cümhuriyyətindəki səfiri Williams Nkurunziza və Səfirliyin Baş katibi Coel Uvizeye ilə görüşüb.

 

Modern.az xəbər verir ki, görüşdə Bakı Ali Neft Məktəbi ilə Ruanda Respublikası arasında əməkdaşlıq perspektivləri, tələbə mübadiləsi, birgə layihələrin reallaşdırılması kimi məsələlər müzakirə olunub.

 

Rektor Elmar Qasımov rəhbərlik etdiyi Ali Məktəbin tarixi, fəaliyyət istiqamətləri, yeniliklər, professor-müəllim heyəti, eyni zamanda tələbələrin uğurları haqda qonaqlara ətraflı məlumat verib.

 

BANM-in beynəlxalq əlaqələrə üstünlük verdiyini, eyni zamanda beynəlxlaq tədris proqramlarına əsasən tədris apardığını qeyd edən rektor Böyük Britaniyanın Heriot-Vatt, ABŞ-ın Corc Vaşinqton Universiteti, İsveçrənin Cenevrə Biznes Məktəbi ilə sıx əməkdaşlıq edildiyini, tələbə və təcrübə mübadiləsi həyata keçirildiyini qeyd edib.  

 

O bildirib ki, bu gün Azərbaycanda elmə, təhsilə, müəllim və tələbələrə dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir. Rektor bu qayğının nəticəsi olaraq, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, bu il Bakı Ali Neft Məktəbinin yüksək bal toplayan 23 tələbəsinin Prezident təqaüdünə layiq görüldüyünü diqqətə çatdırıb. Elmar Qasımov qeyd edib ki, bununla da, Ali Məktəbin Prezident təqaüdçülərinin sayı 150 nəfərə çatıb.

 

“Bu gün biz Ali Məktəbimizdə tələbələrə neft-qaz sənayesinin, istehsalatın incəlikləri ilə yanaşı, onlara bu sahədə kommersiya sirlərini da öyrədirik. Ruanda 12.6 milyon əhalisi ilə Afrikanın ən sıx məskunlaşılan dövləti hesab olunur. Ölkə intensiv inkişaf dövrünə qədəm qoyduğu üçün yüksəkixtisaslı kadrların hazırlanmasına ehtiyac duyulur. Hesab edirəm ki, Bakı Ali Neft Məktəbi ilə səmərəli əməkdaşlıq çərçivəsində Ruanda hökuməti  ilə birgə təqaüd proqramları əsasında ruandalı mühəndislərin yetişdirilməsinə nail olmaq olar ”.

 

Səfir Williams Nkurunziza da öz növbəsində ölkəsində neft-qaz sənayesinin nisbətən yeni inkişaf etdiyini qeyd edərək, təcrübəli mütəxəssislərə ehtiyac olduğunu bildirib. 

 

“Hazırda bizim ölkədə neft-qaz, energetika sahəsində azərbaycanlı mütəxəssislər kimi peşəkarlara ehtiyac var. Bu ehtiyacı nəzərə alaraq, Bakı Ali Neft Məktəbinin bütün ixtisasları üzrə təhsil almaq üçün tələbə göndərməyə maraqlıyıq”.

 

Tərəflər növbəti tədris ilindən ruandalı tələbələrin Bakı Ali Neft Məktəbində təhsil alması üçün ilkin razılığa gəliblər.

 

Sonda yaxın zamanda ikitərəfli Anlaşma Memorandumunun imzalanması qərara alınıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu şirkət 774 min avtomobili geri çağırır 31 May 2020, 23:03 Tramp G7 sammiti iştirakçılarının sayını artırır 31 May 2020, 22:47 Dünyanın ən böyük konteyner gəmisi Süveyş kanalından keçib 31 May 2020, 22:33 Azərbaycanda koronavirusla bağlı son STATİSTİKA 31 May 2020, 22:16 Türkiyədə COVİD-19 qurbanlarının sayı 4 540 nəfərə çatıb 31 May 2020, 21:59 Ağstafada ağır qəza: 2 yaralı var 31 May 2020, 21:45 Kürdəmirdə üç otaqlı ev yanaraq külə döndü 31 May 2020, 21:36 Avropada rəqəmsal avro sınaqdan keçirildi 31 May 2020, 21:24 OPEC+ ölkələrinin nazirləri bu tarixdə görüşəcək 31 May 2020, 21:10 Türkiyə sabahdan bu qadağaları ləğv edir - Siyahı 31 May 2020, 20:58 "Crew Dragon"nun Yer ilə rabitə əlaqəsində nasazlıq yarandı 31 May 2020, 20:47 Fransalı futbolçudan ABŞ-dakı irqçiliyə etiraz - VİDEO 31 May 2020, 20:38 Pompeo öldürülən afroamerikalının ailəsinə başsağlığı verdi 31 May 2020, 20:34 Çin orbitə iki peyk buraxdı 31 May 2020, 20:28 Vaxtı keçmiş kreditlərin məbləği açıqlandı 31 May 2020, 20:25 Göygöldə “KamAZ”  qoyun sürüsünə çırpıldı 31 May 2020, 20:19 Misir ordusu Şimali Sinayda daha 19 terrorçunu məhv etdi 31 May 2020, 20:18 Xorvatiya 10 ölkənin vətəndaşları üçün sərhədlərini açdı   31 May 2020, 20:18 Səudiyyə Ərəbistanında 90 min məscid ibadətə açıldı 31 May 2020, 20:14 "Honda" 774 min avtomobili nasazlığa görə geri çağırır   31 May 2020, 20:05 Rusiyalı məşqçi koronavirusdan öldü 31 May 2020, 20:02 Əhalinin banklardakı əmanətləri azaldı - Mərkəzi Bank 31 May 2020, 19:58 Məmmədyarov əfqanıstanlı həmkarı ilə telefonla danışdı 31 May 2020, 19:51 Formula 1 Qran-Pri yarışları iyulun əvvəlində bərpa olunacaq 31 May 2020, 19:47 Dünyanın ən yaşlı kişi sakini Ruminyada - 111 yaşında 31 May 2020, 19:38 “Renault”un 8 minədək işçisi nümayiş keçirdi 31 May 2020, 19:28 Corc Floydun ölümünə görə Londonda etiraz aksiyası 31 May 2020, 19:25 Xəzərin bu hissəsində çimərliklər açılır 31 May 2020, 19:22 Britaniyada son sutkada koronavirusdan 113 nəfər öldü 31 May 2020, 19:15 Göyçayda 10-cu sinif şagirdi kanalda batdı 31 May 2020, 19:07 Ünvanlı sosial yardımın verilməsi 1 ilə endirilir 31 May 2020, 18:58 Bakıda ana və azyaşlı oğlunu maşın vurdu 31 May 2020, 18:51 Milli Məclisin sabahkı iclasının gündəliyi AÇIQLANDI 31 May 2020, 18:20 Bankların kredit qoyuluşları azalıb 31 May 2020, 18:04 Şamaxı Rayon Ağsaqqalları Prezidentə müraciət etdilər 31 May 2020, 17:58