Arxiv
26 Sentyabr 2019, 08:59 | HADİSƏ
Din xadimi araq içib namaz qılanları “Şeytanın yoldaşları” adlandırdı

Şəriətə görə, şərab içmək haram və böyük günahdır. Əgər hər hansı bir içkidə məstedicilik varsa, o şərab hökmündədir. Bəzi insanlar düşünür ki, 100 qram içib, özümü idarə edirəmsə, məst olmuramsa, bunun nəyi günahdır? Hətta elələri də olur ki, içki içdiyi halda, dəstəmaz alıb namaz da qılır.
Din xadimləri isə birmənalı şəkildə belə hallarrın günah olduğunu deyir, həmin şəxləri isə cahil sayırlar.

 

İçərişəhər “Cümə” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin İşərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədli Modern.az-a açıqlamasında bildirib ki, belə bir hal Allaha qarşı edilmiş bir üsyandır:

“Qurani-Kərimin “Bəqərə”  və “Əl-Maidə” surəsində şərabın üç yerdə haram olması ilə bağlı ayələr verilib. Bu təkid olunan ayələrdəndir. Əgər kimsə araq içirsə, bilsin ki, Allahın zikrini unutmuş olur. Çünki haram dolu ağızla Allahı çağırıb, dua edirsə, bu qəbul olunmaz. Eşitmişəm ki, elə insan var ki, araq içib, daha sonra dəstəmaz alıb namaz qılır. Nə vacibdir araq içib namaz qılmaq?! Ya birdəfəlik araqdan imtina et, ya da namazdan! Çünki bu qılınan namaz Allah dərgahında günah hesab edilir. Heç bir məzhəb və din bunu qəbul etmir. Sadəcə, o insanın daxilində, düşüncələrində bir şeytan hissi var. Görünür belə insanlar şeytanla yoldaşlıq edir”.


Hacı Surxay İslam dinində şərabın haram sayıldığına dair bir hədisin olduğunu da qeyd edib:


“Həzrəti Əli buyurur: “Əgər şərabdan bir damcı quyuya düşə, həmin quyunu doldurarlar. Min il keçəndən sonra üstündə ot bitə və bir qoyun gəlib o otdan yesə, həmin qoyundan sürü əmələ gəlsə, onların heç birinin ətini mən yemərəm”.
İndi bu hədisin mənasına diqqət edin ki, hələ sudan söhbət getmir, quyunun üstündə bitən otdan danışılır. Görün şərab nə dərəcədə haramdır ki, Həzrət Əli quyunun üstündə bitən otdan, şərab suyu ilə bitməsə belə, onu yeyən heyvanın ətindən yemək istəməyib.Yəni təqvanın, Allaha olan bağlılığa baxın. Bir qram içilsə belə haramdır ”.

 

Şərqşünas, ilahiyyat sahəsi üzrə yazar Vüsal Hətəmov isə şərabı ağır cinayətlərə aparılma mexanizminin amili hesab edir.

 

“İçki içən bir insanın qıldığı namazdan ona heç bir xeyir verməz. Qurani Kərimdə də şərab içmək ən pis əməllərdən hesab olunur. İslam dinində hansısa pis bir əməli görən insan, namaz qıla bilməz anlayışı yoxdur. Çünki namaz qılmaq, oruc tutmaq hər bir insanın vəzifəsidir. Məntiqsizlik ondadır ki, həm Allahın dediyinin ziddinə çıxasan, həm də Allaha ibadət edəsən”.

 

V.Hətəmov deyib ki, şərab içmək fiziki cəhətdən də ziyandır: “İnsan içib keflənir, dünyadan xəbəri olmur. Pis bir şey də onun gözündə yaxşı görsənir. Hətta bununla bağlı bir hədisdə qeyd olunub ki, “Bütün günahları bir otağa yığsanız görərsiniz ki, həmin otağın açarı şərab içməkdədir ”.
Mən dəfələrlə şərab içənlərdən soruşuram ki, niyə bu qədər içdikcə içirsiniz. Ayıq vaxtlarında cavab verirlər ki, “əslində çox içmək istəmirik, sadəcə narkotik kimi asılılıq yaradır və bədən tələb edir ki iç”. Heç kim suğortalanmayıb ki, mən ancaq 100 qram içəcəm. Təbi ki, haramın azı da haramdır. Dində tibbi cəhətdən ölməmək xatirinə donuz ətinin yeyilməsinə  icazə verilir. Ancaq şəraba bir qram da olsa icazə verimir ”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Qalatasaray”  doğma meydanda məğlub oldu - YENİLƏNİB 23 Oktyabr 2019, 00:57 Əsəddən Ərdoğanla Putin razılaşmasına dəstək gəldi 23 Oktyabr 2019, 00:45 AMEA-nın 85 yaşlı prezidenti istefa verdi - Rəyasət Heyətinin iclası çağırıldı 23 Oktyabr 2019, 00:39 Hacıqabulda qadın yük maşınının altında qaldı 23 Oktyabr 2019, 00:27 Gəncədə 17 yaşlı gənc qətlə yetirildi 23 Oktyabr 2019, 00:09 Azərbaycan nefti ucuzlaşıb 22 Oktyabr 2019, 23:51 Parlament "Brexit" haqqında yeni qanun qəbul etdi 22 Oktyabr 2019, 23:38 NATO Türkiyəyə qarşı çıxmayacaq 22 Oktyabr 2019, 22:57 Rusiya televiziyası İlham Əliyevin tələbə biletini nümayiş etdirdi - FOTO 22 Oktyabr 2019, 22:34 "Putin Ərdoğanı Dəməşqlə təmaslara başlamağı da razı salıb"  - ŞƏRH 22 Oktyabr 2019, 22:19 Ərdoğanla Putin bu məsələlərdə razılaşdı - VİDEO 22 Oktyabr 2019, 21:59 "Qarabağ" - APOEL matçına 25 min bilet satılıb 22 Oktyabr 2019, 21:41 Qarabağ əlilləri, veteranları və şəhid ailələrindən Prezidentə DƏSTƏK 22 Oktyabr 2019, 21:33 “Mövqeyimizi ortaya qoymalıyıq” – Eldar İbrahimovdan  həmkarlarına və YAP-çılara çağırış 22 Oktyabr 2019, 21:18 Müdirlərə qadın katibə rəsmən qadağan olundu 22 Oktyabr 2019, 21:01 Bələdiyyə sədri həbs edildi 22 Oktyabr 2019, 20:44 Prezidentdən Baş Nazirin yeni müavininə TAPŞIRIQ: “İnhisarçılığa qarşı mübarizə mütəşəkkil xarakter daşımalıdır” 22 Oktyabr 2019, 20:28 ABŞ səfirliyi cavab verdi:  “Yalandır və absurddur”  22 Oktyabr 2019, 20:16 Milli Park ərazisində ceyran ovlayanlar saxlanıldı 22 Oktyabr 2019, 20:01 Erməni terror təşkilatlarının 49 ildə qətlə yetirdikləri türk diplomatlar - SİYAHI 22 Oktyabr 2019, 19:44 60 yaşlı kişini maşın vurdu - Baş Dövlət Yol Polisi İdarəsinin qarşısında 22 Oktyabr 2019, 19:33 Əlahiddə Ümumqoşun Orduda yoxlama aparıldı 22 Oktyabr 2019, 19:06 Fermerlər Şurasına yeni üzvlər qəbul olundu 22 Oktyabr 2019, 18:57 Rusiya və Belarus İttifaq Dövlətinin İctimai Palatasının üzvündən İlham Əliyevə MƏKTUB   22 Oktyabr 2019, 18:49 “Kəllə qənd”ə mənşəyi bəlli olmayan maddə vururdular - REYD 22 Oktyabr 2019, 18:40 Tbilisidə “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” ilə bağlı müzakirə aparıldı 22 Oktyabr 2019, 18:27 Ermənistanın zəif, Azərbaycanın güclü iqtisadiyyatı: Təhlilin NƏTİCƏLƏRİ 22 Oktyabr 2019, 18:19 Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib 22 Oktyabr 2019, 18:11 Qənirə Paşayevadan ÇAĞIRIŞ 22 Oktyabr 2019, 18:00 Qoşulmama Hərəkatı ölkələrin gənc liderlərinin Bakı Forumu başladı 22 Oktyabr 2019, 17:52 Azərbaycanda keçirilən Qoşulmama Hərəkatı nədir? - VİDEO 22 Oktyabr 2019, 17:42 Dövlət Xidmətinin 5 regional idarəsi yaradıldı 22 Oktyabr 2019, 17:38 Sabahın məzənnəsi açıqlandı... 22 Oktyabr 2019, 17:35 Rövşən Rzayev 40-dan çox vətəndaşı dinlədi 22 Oktyabr 2019, 17:20 3 və 4 yaşlı uşaqlar məktəbəqədər təhsilə cəlb edilir 22 Oktyabr 2019, 17:20