Arxiv
4 Oktyabr 2019, 17:03 | MƏDƏNİYYƏT
Bakının fəxri vətəndaşı adını alan MƏŞHURLAR – Onları siz də tanıyın

Rəsmi məlumatlara görə, hələ sovet dönəmində xalqlar arasında göstərdiyi xidmətlərə görə bir neçə şəxsə Bakının fəxri vətəndaşı adı verilib. Məlum olur ki, indiyədək SSRİ dövlət xadimi Leonid İliç Brejnev, Rusiya Federasiyasının əməkdar artisti Nikas Safranov və Türkiyə Cümhuriyyətinin mərhum Prezidenti Süleyman Dəmirəl Bakının fəxri vətəndaşı adına layiq görülüblər.

 

Modern.az-ın məlumatına görə, Leonid İliç Brejnevə Bakının fəxri vətəndaşlıq medalı 24 sentyabr 1982-ci ildə verilib. Medal bakılılar adından SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudov tərəfindən hörmətli qonağa təqdim olunub.


Əməkdar artist Nikas Safranov isə Ulyanovskla yanaşı, həm də Bakının fəxri vətəndaşıdır.

2000-ci ildə mərhum Prezident Heydər Əliyev Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirələ "Azərbaycan Respublikasının Fəxri vətəndaşı" adının verilməsi haqqında fərman imzalayıb. Bu ad S.Dəmirələ Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin inkişafındakı və genişləndirilməsində böyük xidmətlərinə, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsinə və ümummilli problemlərinin həllinə xüsusi diqqət və qayğısına, xalqımıza bəslədiyi sədaqətli dost münasibətinə görə verilib.

 

Qeyd edək ki, Azərbaycan qarşısında xüsusi xidmətlərinə görə fərqlənən əcnəbilər Azərbaycanın fəxri vətəndaşı statusuna layiq görülə bilər.

 

Mərhum Prezident Heydər Əliyev tərəfindən 2000-ci ildə təsdiq edilmiş “Fəxri vətəndaşlıq haqqında” Qanununa görə, fəxri vətəndaşlıq Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslərə verilir.

- Fəxri vətəndaşlıq Azərbaycan Respublikasının fəxri vətəndaşlığına qəbul edilən şəxsin razılığı əsasında verilir.

- Azərbaycan Respublikasının fəxri vətəndaşlığının verilməsi üçün Prezident yanında yaradılan Vətəndaşlıq Məsələləri Komissiyasının tövsiyəsi bir qayda olaraq tələb edilmir.

- Azərbaycan Respublikasının fəxri vətəndaşlığı dünya birliyi, Azərbaycan dövləti və ya Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan şəxslərə verilir.

- Azərbaycan Respublikasının fəxri vətəndaşı Azərbaycan Respublikası vətəndaşları ilə eyni hüquqlara malikdir.

- Azərbaycan Respublikasının fəxri vətəndaşı ölkə Prezidentinin xüsusi himayəsi altındadır.

- İcra Hakimiyyəti orqanları, Azərbaycan Respublikasının fəxri vətəndaşı onlara müraciət edərsə, onlara hər cür yardım və dəstək göstərməlidirlər.

- Azərbaycan Respublikasının xarici dövlətlərdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluq idarələri Azərbaycan Respublikasının fəxri vətəndaşına hər cür yardım və dəstək göstərməlidirlər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Lukaşenko: "Rusiya dövlət deyil..." 17 Oktyabr 2019, 19:53 Ərdoğan “görüşməyəcəm” dediyi amerikalı vitse-prezidenti qəbul etdi 17 Oktyabr 2019, 19:34 “Prezident eyhamla söylədi ki, özünüzü yığışdırın” - Dövlət başçısının mesajları kimlərə ÜNVANLADI 17 Oktyabr 2019, 19:29 İstanbulda yeni zəlzələ proqnozlaşdırıldı 17 Oktyabr 2019, 19:24 Ermənistanda yaşayış binası çökdü 17 Oktyabr 2019, 19:09 Notariusun evindən 374 min manat oğurlayan şəxslərə hökm oxundu 17 Oktyabr 2019, 18:55 Fuad Qəhrəmanlı və Zümrüd Yağmurun boşanma məhkəməsi təxirə düşdü 17 Oktyabr 2019, 18:41 Şəhid xanımı xarici jurnalistlərlə Quba Soyqırım Məzarlığında - FOTO 17 Oktyabr 2019, 18:30 Minsk qrupundan Qarabağla bağlı nikbin BƏYANAT 17 Oktyabr 2019, 18:20 Deputatlar Prezidentin Saleh Məmmədovu qəbul etməsindən DANIŞDILAR 17 Oktyabr 2019, 18:19 65 xarici jurnalist 3 gün Azərbaycanda – FOTOLAR 17 Oktyabr 2019, 18:17 Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilir   17 Oktyabr 2019, 17:56 “Sanksiya ritorikaları 70 illik NATO alyans ruhu ilə uyğun gəlmir” - Türk ordusundan ETİRAZ 17 Oktyabr 2019, 17:54 Zakir Həsənov Pekinə gedəcək 17 Oktyabr 2019, 17:53 Bakıda rəisin evindən yarım milyonluq oğurluq edən şəxslərə hökm oxunub 17 Oktyabr 2019, 17:41 Manat sabah bu məzənnədə olacaq 17 Oktyabr 2019, 17:39 İcra Hakimiyyəti Tərtərdəki aksiyanı TƏSDİQLƏDİ: “Yayılan video yenidir” 17 Oktyabr 2019, 17:24 Gənclər Fondunun qrant müsabiqəsinin nəticəsini ELAN ETDİ 17 Oktyabr 2019, 17:20 Ukrayna Azərbaycanlıları Radası: diaspor siyasətində nə dəyişir 17 Oktyabr 2019, 17:15 İlham Əliyevdən çoxmənzilli binaların lift təsərrüfatı ilə bağlı SƏRƏNCAM 17 Oktyabr 2019, 17:12 Serbiyada təhsil üçün TƏQAÜD proqramı elan olundu 17 Oktyabr 2019, 17:10 Azərbaycan Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur 17 Oktyabr 2019, 17:10 Prezident Yuxarı Şirvan kanalı ilə bağlı sərəncam imzaladı 17 Oktyabr 2019, 17:06 Sabah bələdiyyə seçkiləri ilə bağlı qərar veriləcək 17 Oktyabr 2019, 17:01 Prezident Saleh Məmmədovu qəbuluna çağırdı: “Belə də davam edin!” 17 Oktyabr 2019, 17:00 Mariya Zaxarova rəsmi Bakının etiraz notasına REAKSİYA VERDİ 17 Oktyabr 2019, 16:59 Elina Hacıyevanın anasından Prezidentə MÜRACİƏT 17 Oktyabr 2019, 16:56 Rektor əmr İMZALADI - Universitet müəllimlərinin maaşı 25 faiz artdı 17 Oktyabr 2019, 16:51 Hulusi Akardan şok AÇIQLAMA: “Terrorçular kimyəvi silahdan istifadə edib günahı üzərimizə atmağa çalışır" 17 Oktyabr 2019, 16:49 Prezidentdən Faiq Qarayevlə bağlı SƏRƏNCAM 17 Oktyabr 2019, 16:41 Putin şəxsən “İsgəndər” raketlərinin sınağını keçirdi 17 Oktyabr 2019, 16:36 Dövlət Nəzarət Təhlükəsizlik Departamentinin rəhbəri HƏBS edildi 17 Oktyabr 2019, 16:33 Zakir Həsənov həmsədrlərlə müzakirə apardı 17 Oktyabr 2019, 16:28 Goranboyda Nəsiminin 650 illik yubileyi qeyd olundu   17 Oktyabr 2019, 16:20 “Biznesdə məmur sahibkarlığı aradan qaldırılsın!” - Deputatdan 8 TƏKLİF 17 Oktyabr 2019, 16:15